Sütəmurdov — Vikipediya
Sütəmurdov | |
---|---|
38°44′34″ şm. e. 48°51′41″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sütəmurdov — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lənkəran rayonunun Sütəmurdov kəndi Gərmətük kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sütəmurdov kənd Soveti yaradılmışdır. Kəntdə Xəzər Lənkəran Mərkəzi Stadionu,Lənkəran Olimpiya-İdman Kompleksi,Sütəmurdov Kənd Bələdiyyəsi,Sütəmurdov Kənd Qəbirstanlığı və Sütəmurdov Şəhidləri Abidəsi yerləşir.[1]
Əhalisi[redaktə | mənbəni redaktə et]
Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]
- Mirbaba Babayev — fizika-riyaziyyat elmləri doktoru.
- Fərman Quliyev — kənd təsərrüfatı elmləri doktoru, professor.
- Rüfət Quliyev — millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü.
İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]
Sütəmurdov kəndi hallabonqun Azərbaycanda əkildiyi ilk kənddir.[2] Sütəmurdov kəndinin ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur ki, bunun 10 hektarında təxminən 4 minədək hallabonq ağacı əkilmişdir.[2][3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ 1 2 Hallabonq / Dekopon - Dünyada cəmi 5 ölkədə, o cümlədən Azərbaycanda əkilən meyvə — YouTube (az.)
- ↑ Aqronom: Əkin yeri yaxşı olarsa, hallabonq ağacından ildə 3-4 dəfə məhsul götürmək mümkündür VİDEO Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 28.11.2018 (az.)
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Lənkəran rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |