Səkinəxanım məscidi — Vikipediya

Səkinəxanım məscidi
Xəritə
41°21′40″ şm. e. 48°30′42″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Quba
Yerləşir Quba şəhəri, Heydər Əliyev prospekti 144
Tikilmə tarixi 1854
Üslubu islam memarlığı
İstinad nöm.298
KateqoriyaMəscid
Əhəmiyyətiölkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səkinəxanım məscidi — 1854-cü ildə Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi.

Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədi ilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib.

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında[redaktə | mənbəni redaktə et]

Səkinə xanım məscidi Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən tikdirilmişdir[1]. Səkinə xanım Bakıxanova 1853-cü ildə dünyasını dəyişib. Məscidin tikintisi onun ölümündən sonra 1854-cü ildə bitib[2].

Sovet işğalında[redaktə | mənbəni redaktə et]

Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3]

İşğaldan sonra 1930-cu illərdə dinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində məscid bağlanmış ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır. İlk illər məscidin binasından anbar daha sonra isə tikiş sexi kimi istifadə edilib[4].

Müstəqillikdən sonra[redaktə | mənbəni redaktə et]

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə məsciddə təmir işləri aparılıb və məscid insanların istifadəsinə verilib. Məscidin ətrafına hasar çəkilib, su, kanalizasiya, işıq, qaz xətləri bərpa edilib. 1990-1993-cü illərdə dəstəmazxana və baş köməkçi binalar tikilib.[5][6]

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]

Memarlığı[redaktə | mənbəni redaktə et]

Məscidin xüsusi memarlıq üslubu var və Qubadakı digər məscidlərdən fərqlənir. Qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Hər bir divar-tildə bir yarımdairəvi tağ şəkilli pəncərə var. Fasadın üstünü xırda kərpiclərdən hörülmüş orijinal karniz əhatə edir[8]. Döşəməsi daş plitələrlə örtülüb, tavanı dörd böyük sütun üzərində dayanıb. Minbər qoz ağacından düzəldilib və səkkizpilləlidir. Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi və iki qapısı var. Hündürlüyü 27 metrdir. Yerdən günbəzədək 9 metrdir. Günbəzin diametri 4,5 metrdir. Damı və günbəzin üstü dəmir təbəqə ilə örtülüb. Onun da ətrafı çoxsaylı tillərlə əhatə olunub. Günbəzin mərkəzi incə nazik millə bəzədilib[8]. Məscidinin nəzdində mədrəsə də var. Mədrəsə 1994-cü ildən fəaliyyət göstərir[9].

Məscidin günbəzinin üstündə məscidin şərəfəsi yerləşir. Şərəfəyə çıxmaq üçün yer məscidin içindədir[10].

Məscid binasının giriş portiki üstündəki epiqrafik kitabənin haşiyə hissəsində nəsx xətti ilə ərəb və fars dillərində Qurandan ayə verilib. Həmçinin kitabənin ortasında yazılıb[1]:

" Həqiqətən Allaha və axirətə inananlar. Allahın məscidlərini təmir edən kimsələrdir. (Tövbə surəsi 18-ci ayədən bir parça);

Peyğəmbər ona salam olsun dedi. Quş qəfəsi qədər də olsa, hər kəs bir məscid tikdirsə, Allah onun üçün cənnətdə bir qəsr tikər (hədis);

Buna görə bu məscidi yüksək dərəcəli cənnətməkanlı Hacı Abbas Qulu xan Bakıxanovun Səkinə xanım adlı qadını. - Allah onların hər ikisini bağışlasın. Mərhumənin vəfatından sonra 1271-ci ilin məhərrəm ayında (sentyabr 1854-cü il) tamamilə tikilib qurtardı.

"

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Səkinə xanım məscidi" (az.). irs.gov.az. 10 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  2. "Mədəniyyət naziri Anar Kərimov Qubanın mədəniyyət müəssisələrinə baxış keçirib" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 14 aprel 2022. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  3. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
  4. S.Abdullayeva. "Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri" (az.). 525-ci qəzet. 1 oktyabr 2013. 16 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  5. "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi". 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  6. "Səkinə Xanım məscidi". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 17, 2022.
  8. 8,0 8,1 "Qubada hökmən görməli olduğunuz - 8 turizm məkanı" (az.). seyyah.az. 12 Sentyabr 2016. 7 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  9. "Səkinə xanım məscidi: Bakıxanovun xatirəsi" (az.). shimal.news. 16 iyul 2021. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  10. Nazilə Məmmədova. "Azərbaycanın Quba bölgəsində olan tarixi yerlər və abidələr" (az.). kanal32.az. 18 aprel 2022. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.