Sənan İbrahimov — Vikipediya

Sənan İbrahimov
Sənan Məmmədəli oğlu İbrahimov
Sənan İbrahimov BDU-da Azərbaycan Ədəbiyyatı kafedrasında
Sənan İbrahimov BDU-da Azərbaycan Ədəbiyyatı kafedrasında
Doğum tarixi (64 yaş)
Doğum yeri Culfa, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Məmmədəli İbrahimov
Elm sahələri Filologiya, şərqşünaslıq
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adları Professor, aparıcı elmi işçi
İş yerləri Bakı Dövlət Universiteti, AMEA Şərqşünaslıq İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Tanınmış yetirməsi 3 doktor
Mükafatları

1. orden “Qızıl ulduz”

2. orden “Cəsarətə görə” 3. medal “Döyüş xidmətlərinə görə” 4. medal “Ordu -70” 5. medal “Veteran” 6. tərifnamə “Yaxşı xidmətə görə” 7. tərifnamə “Yaxşı xidmətə görə”

8. tərifnamə “Təhsildəki nailiyyətlərə görə”

Sənan İbrahimov (tam adı:Sənan Məmmədəli oğlu İbrahimov; 18 aprel 1959, Culfa, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Filologiya elmləri doktoru, professor, filoloq, şərqşünas, mətnşünas, yazıçı-dramaturq, nizamişünas.

Həyatı[redaktə | mənbəni redaktə et]

18 aprel 1959-cu ildə Naxçıvan MSSR-in Culfa rayonunda anadan olmuşdur.[1][2]

Təhsili[redaktə | mənbəni redaktə et]

1976-cı ildə orta məktəbi bitirmişdir.[1]

1977-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Aviasiya məktəbində oxumuşdur. "Mİ-8" vertolyotları üzrə aviamexanik-pilotdur.[1]

1980-1985-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində oxumuşdur.[1]

Hərbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1979-cu ildə hərbi xidmətini bitirmişdir.[1]

1985-1987-ci illərdə Əfqanıstanda hərbi müşavir-tərcüməçi olmuşdur.[1]

1992-1994-cü illərdə Milli Orduda olmuş: Bakı Ali Birləşmiş Komandirlər Məktəbində dosent vəzifəsində çalışmışdır.[1]

Hərbi əməliyyatlarda göstərdiyi rəşadətə görə 2 döyüş ordeni, 3 medalla təltif olunmuş və hərbi bacarığına görə iki dəfə xüsusi təltifata layiq görülmüşdür.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1988-ci ildən BDU-da işləyir. Əvvəl xarici tələbələrin inspektoru olmuş, hal-hazırda isə Filologiya fakültəsinin, Klassik Azərbaycan Ədəbiyyatı kafedrasının professorudur.[1]

1992-1994-cü illərdə Milli Orduda olmuş: Bakı Ali Birləşmiş Komandirlər Məktəbində dosent vəzifəsində çalışmışdır.[1]

1995-ci ildən 2014-cü ilədək AMEA Şərqşünaslıq İnstitutunda (0,5 ş/v) aparıcı elmi işçi olmuşdur.[1]

İndiyədək rəsmi təşkilatlarda; istintaq və məhkəmə orqanlarında tərcüməçi-ekspert kimi çalışır.[1]

Elmi-yaradıcı fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992-ci ildə "Suli Fəqih və onun “Yusif və Züleyxa” poeması" adlı namizədlik dissertasiyası müdafiə etmiş və dosent kimi hərbi-pedaqoji fəaliyyət göstərmişdir.[1][2]

1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[1]

2008-ci ildə "Klassik ədəbiyyatda ideya-mövzu problemləri" adlı doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildən etibarən professor kimi pedaqoji fəaliyyətini davam etdirir.[1][2]

Beynəlxaql seminar, simpozium və konfranslarda iştirak[redaktə | mənbəni redaktə et]

Mənbə[1]

  • “Şəhriyar – 90 “
  • “Sədi Şirazi”
  • “Hafiz Şirazi”
  • “Füzuli – 600”
  • “Nizami-850”
  • “Nizami- 870”
  • “Məhsəti -900”
  • “Cavid- 130”
  • "Məhdimqulu-230"

Elmi kitabları[redaktə | mənbəni redaktə et]

Mənbə[1]

  • Fars dili. (hərbi məktəblərin I kurs kursantları üçün dərslik), Bakı, 1993.
  • Fars dili. (hərbi məktəblərin II kurs kursantları üçün dərslik), Bakı, 1994
  • Yaxın Şərq klassik ədəbiyyatında mpvzuların tipologiyası. Tehran, Firuzan, 1380 (2001)  (fars.)
  • سبک آذربایجانی در شعر فارسی زبان و موضوعت آن (Farsdilli poeziyada "Azərbaycan səbki" və onun ideya-mövzu aspektləri. Tehran, Firuzan, 1381 (2002))
  • Əsədi TusiFəxri İrəvani. Bakı, Ağrıdağ, 2002
  • Əsirəddin Əxsikəti Turani. Bakı, BU nəşr., 2003
  • Klassik ədəbiyyatda "vəhdəti-vücud". (dərs vəsaiti) Bakı, Nurlan, 2007
  • Mətnşünaslıq (dərslik). Bakı, 2003
  • Klassik Azərbaycan poeziyasında ideya-mövzu qaynaqları və onların tipologiyası (XIII əsrədək). Bakı: Elm. 1999
  • Qaçaq Kərəmin xatirələri. Bakı, 2007
  • Azərbaycan klassik ədəbiyyatı ümumşərq kontekstində.(dərslik) Бакы, НМБ, 2007
  • Klassik Azərbaycan ədəbiyyatı. (dərslik). BDU, 2009
  • Divan ədəbiyyatının poetikası. (dərslik). BDU, 2009
  • Mirzə Ələkbər xan Dehxuda. BU nəşr., 2009
  • Hatif İsfahani. Bakı, 2010
  • Suli Fəqih. Yusif və Züleyxa. Bakı, 2010
  • Mətnşünaslıq. (dərslik) Bakı, BDU 2010
  • İran, Əfqanıstan, Tacikistan ədəbiyyatı (XIII əsrədək). (dərslik) Bakı: Ağrıdağ, 2011
  • Azərbaycan ədəbiyyatşünaslığı tarixi, metodologiyası və problemləri. (dərslik) Bakı: Bakı Universiteti, 2012
  • Nizami Gəncəvinin türkcə divanı. Bakı, 2013
  • Orta əsrlər Azərbaycan romantik ədəbiyyatı. Bakı, HMB, 2014
  • Qədim və orta əsrlər İran, Əfqanıstan və Tacikistan ədəbiyyatı. Bakı, HMB, 2015
  • Тюркство Низами. Берлин, Ланберги, 2015
  • Kövnü-məkana sığmayan Nəsimi. Bakı, "Ləman" nəşriyyatı,2019, 320 s.

və 200-dək elmi-publisistik məqalənin müəllifidir.

Bədii kitabları[redaktə | mənbəni redaktə et]

Mənbə[1]

  • Yumoristik hekayələr. Bakı, 1998
  • Xəstəlik düşüncədən başlayır. Bakı, 2000
  • Kinossenarilər. Bakı, 2004
  • Приключения пародиста. Москва, 2005
  • Hekayələr. Bakı, 2007
  • Fantomaslıq peşəsi. Bakı, 2008
  • Pyeslər. Bakı, 2010.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Evlidir: iki övladı var.[1]

AMEA Naxçıvan bölməsinin elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru (elmlər namizədi), Səbuhi İbrahimovun böyük qardaşıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "Azərbaycan ədəbiyyatı tarixi kafedrasının f.e.d İBRAHİMOV SƏNAN" (az.)). philology.bsu.edu.az. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  2. 1 2 3 "İbrahimov Sənan Məmmədəli oğlu" (az.)). science.ab.az. 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]