Sərdar Fərəcov — Vikipediya

Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov
Ümumi məlumatlar
Doğum tarixi 8 dekabr 1957(1957-12-08) (66 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera bəstəkarı, bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2019 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2007

Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[1]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Opera
  • "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera
Operetta
  • "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir
  • "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır
  • "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir
Digər vokal əsərləri
  • T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996);
  • S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998);
  • "Dədə Qorqud" Oratoriyası (1999);
  • A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999);
  • M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);
İnstrumental əsərlər
  • Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə
  • Simli kvartet üçün 3 pyes (1991);
  • Skripka və piano üçün pyeslər (2001).
Orkestr üçün
  • Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995);
  • Simfonik süita (1990)
  • Balet süitası (1991)
  • Simli orkestr üçün Süita (1995);
  • Kamera orkestri üçün "Oxunmamış lay-lay" poeması (1995);
  • "Matəm harayları" simfonik lövhəsi (2000);

Teatr tamaşalarına musiqi[redaktə | mənbəni redaktə et]

Məqalələr[redaktə | mənbəni redaktə et]

  • Bir daha himn haqqında. "Mədəniyyət" qəzeti, 07.03.1991;
  • Ü.Hacıbəyovun unudulmuş "Bahar nəğməsi". "Mədəniyyət", 21.03.1991;
  • "Ü.Hacıbəyov Ensiklopediyası"nda 25 məqalə. B., "Azərbaycan", 1996;
  • Əgər onlar da tamamlansaydı, yaşasaydı. "Musiqi dünyası" jurnalı, №1, 1999;
  • Ü.Hacıbəyov və erməni sənətçilərinin mədəni təcavüzü. "Musiqi dünyası", №3-4, 2000;
  • Belə bir məktəb var. "Musiqi dünyası", №1-2, 2001.
  • Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001).
  • Dövri mətbuatda məqalələr (1990 – 2001).

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Əbədi iftixarımız[2]
  2. Cavad xan (film, 2009)
  3. Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-09-17. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  2. Fərəcov, S. Əbədi iftixarımız: [Bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş eyni adlı filmin ssenari müəllifi Sərdar Fərəcov və quruluşçu rejissoru Tahirə Hüseynova ilə söhbət] //Mədəniyyət.- 2010.- 25 avqust.- S. 5.