Sabir bağı — Vikipediya

Sabir bağı
Sabir bağı 2019-cu ildə
Sabir bağı 2019-cu ildə
Məlumatlar
Parkın tipi Şəhər parkı
Yerləşməsi
Koordinatları 40°22′07″ şm. e. 49°50′04″ ş. u.
Yaradılıb 1922
Statusu həmişə açıq
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sabir bağıAzərbaycanın paytaxtı Bakının skverlərindən biri. Şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır. Cənub tərəfdən skver İçəri şəhərin qala divarına söykənir, şimal tərəfində İstiqlaliyyət küçəsi, şərqində tərəfdən – Konstitusiya məhkəməsinin binası, qərbində isə, daha çox İsmailiyyə adı ilə tanınan, Azərbaycan Elmlər Akademiyasının prezidiumu yerləşir. Bağın mərkəzində həmçinin şairin heykəli ucaldılıb.

Tarix[redaktə | mənbəni redaktə et]

Bağ 1922-ci[1] ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy"[2] tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.

Skverin formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (skulptor Yakov Keylixis, memar Sırişev). 50-ci illərdə skver olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır.

Bağın görüntüsü (1924-cü il).
Solda – İsmailiyyə binası,
sağda – Aleksandr-Nevskiy soboru

Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-arxitektur görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (skulptor Cəlal Qaryağdı, memarlar Əlizadə və İsmayılov) 1958-ci ildə skverin layihə kompozisiyasının mərkəzində yerləşdirilir.

Skverin ətrafında bulunan tarixi memarlıq abidələri də mühüm komponent rolunu daşıyır. Skverin arxitektur-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən rekonstruksiya tədbirləri oynayıb.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — Стройиздат. — М., 1986. — С. 74.
  2. Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с.
  3. А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.