Saksaul — Vikipediya

Saksaul
Elmi təsnifat
Beynəlxalq elmi adı

Saksaul (lat. Haloxylon) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Səhra-meşə cəngəlliklərini — saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur.

Bioloji təsviri[redaktə | mənbəni redaktə et]

Kol və ya çox hündür olmayan ağaclar (1,2-1,5 m hündürlükdə) dixotomik budaqlanan və kövrək cavan zoğlar pöhrələrə malikdir. Yarpaqları qarşı-qarşıya düzülmüş xırda rəngsiz pulcuq və ya qalxanşəkilli (fotosintez yaşıl budaqlarda gedir). Çiçəkləri ikicinslidir, pulcuqlar arasında dörd-dörd yerləşir. Çiçəkyanlığı 5 pərdəşəkilli yarpaqcıqlardan ibarət olub, fındıqcameyvə üçün qanadcıq əmələ gətirir. Kök sistemi çox güclüdür, 10-11 metrə qədər dərinliyə gedir. Düzgün olmayan, möhkəm, bəzən isə kövrək olan gövdəyə malikdir. Gövdə qabığının rəngi ağ, qara və ya qəhvəyi olur.

Növləri[redaktə | mənbəni redaktə et]

10-a qədər növü məlumdur. Bunlar hamısı Asiyanın səhra və yarımsəhralarında yayılıb. Qazaxıstan və Orta Asiyada 2 növü bitir:

Saksaul cinsinin digər növləri:

  • Haloxylon griffithii (Moq.) Boiss.
  • Haloxylon negevensis (Iljin & Zohary) Boulos
  • Haloxylon salicornicum (Moq.) Bunge ex Boiss.
  • Haloxylon stocksii (Boiss.) Benth. & Hook.f.
  • Haloxylon tamariscifolium (L.) Pau

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]