Samir Şərifov — Vikipediya

Samir Şərifov
Vəzifədədir
18 aprel 2006-cı ildən
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiƏvəz Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1961(1961-09-07) (62 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti dövlət xadimi, iqtisadçı
Dini islam

Təltifləri "Şöhrət" ordeni — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samir Rauf oğlu Şərifov (7 sentyabr 1961, Azərbaycan) — Azərbaycan Respublikasının maliyyə naziri (2006-cı ildən)[1], Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. Evlidir, üç övladı var.

Təhsili[redaktə | mənbəni redaktə et]

  • 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi almışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı,
  • 1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışmışdır.
  • 1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor,
  • 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru,
  • 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləmişdir.
  • 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır.
  • Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.[2]

6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Maliyyə naziri". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  2. "Maliyyə naziri". 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  3. "S.R.Şərifovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]