Saxarov mükafatı — Vikipediya

Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı
ing. Sakharov Prize for Freedom of Thought

Ölkə Avropa Parlamenti
Tip Diplom
Kimə verilir Şəxslərə və təşkilatlara
Təltif edir
Status Təqdim olunur
Deviz "Dünyadakı insan hüquqları uğrunda mübarizəyə müstəsna bir töhfə"
Statistika
Parametrlər Məbləğ: €50000[1]
Təsis tarixi 1988
İlk təltif
Son təltif
Təltif sayı 46 nəfər
europarl.europa.eu/sakha…
europarl.europa.eu/sakha…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqlarıdüşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur.[2] SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir.[2] Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır.[3] Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir.[1][3] Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir.[1]

Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandelarus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır.[4] Mükafat, həmçinin təşkilatlara da verilə bilir. Bu hal ilk dəfə 1992-ci ildə mükafatın Argentinadakı "Maya meydanının anaları"na təqdim olunması ilə baş vermişdir. Saxarov laureatlarından beşi daha sonra Nobel sülh mükafatına layiq görülmüşdür: Nelson Mandela, Anq San Su Ki, Məlalə Yusəfzay, Denis MukveqeNadiyə Murad.[5]

Mükafatın laureatlarından Razan Zeytunə 2013-cü ildə qaçırılmışdır və hələ də axtarılır.[6] Nəsrin Sotudə 2013-cü ilin sentyabrında həbsdən azad edilmişdir,[7] lakin indi də onun və onunla eyni ildə (2012) laureat olan Cəfər Pənahinin İranı tərk etməsinə qoyulan qadağa qüvvədə qalmaqdadır.[8] 2017-ci ildə mükafat Venesueladakı demokratik müxalifətə Avropa Birləşmiş Sol Qrupunun (fr. Gauche unitaire européenne, GUE) boykotu adı altında təqdim olunmuşdur.[9][10]

Laureatlar[redaktə | mənbəni redaktə et]

Nelson Mandela (şəkildə) Anatoli Marchenko ilə birlikdə mükafatın ilk qalibi olmuşdur.
Kofi Annan — mükafatın 2003-cü ildəki laureatı
"Ağ rəngli qadınlar" təşkilatının üzvləri (2005-ci ilin qalibləri) Kubanın paytaxtı Havanada nümayişdə
Mükafatın 2012-ci ildəki laureatlarından biri, əslən Cənubi Azərbaycandan olan Cəfər Pənahi
Mükafatın 2018-ci ildəki laureatı kinorejissor Oleq Sentsov
Mükafatın 2019-cu ildəki laureatı, uyğur professor İlham Tohti
İl Qəbul edən Milliyyəti Qeydlər İstinadlar
1988 Nelson Mandela Cənubi Afrika Respublikası CAR İrqi ayrı-seçkiliyə qarşı mübarizə aparmış aktivist və Cənubi Afrika Respublikasının keçmiş prezidentlərindən biri [11]
Anatoli Marçenko (ölümündən sonra) SSRİ SSRİ Sovet dissidenti, müəllifi və insan haqları aktivisti [11]
1989 Aleksandr Dubçek Çexoslovakiya Çexoslovakiya Praqa Baharı dövründə kommunist rejimini islah etməyə çalışmış slovak siyasətçi [11]
1990 Anq San Su Ki Myanma Birma Müxalif siyasətçi və Demokratiya üçzrə Milli Liqanın Baş Katibi [12]
1991 Adem Demaçi Kosovo Kosovo[a] Kosovo albanı siyasətçi və uzunmüddətli siyasi məhbus [11]
1992 Maya meydanının anaları Argentina Argentina Çirkli müharibə dövründə Argentinada yoxa çıxmış uşaqların analarının qurduğu təşkilat [12]
1993 Oslobođenje Bosniya və Herseqovina Bosniya və Herseqovina Bosniya və Herseqovinanı fərqli etnik qrupların olduğu ölkə kimi müdafiə edən qəzet [12]
1994 Təslimə Nəsrin Banqladeş Banqladeş Keçmiş həkim, feminist müəllif [12]
1995 Leyla Zana Türkiyə Türkiyə Kürd mənşəli siyasətçi [11]
1996 Vey Cinqşenq Çin ÇXR Çin demokratiya hərəkatının aktivistlərindən biri [12]
1997 Səlimə Gezali Əlcəzair Əlcəzair Əlcəzairdə qadın haqları, insan hüquqları və demokratiya aktivisti, jurnalist və yazıçı [12]
1998 İbrahim Ruqova Kosovo Kosovo Kosovo albanı siyasətçi, Kosovonun ilk prezidenti [11]
1999 Şanana Quzmau Şərqi Timor Şərqi Timor Şərqi Timorun ilk prezidenti [13]
2000 ¡Basta Ya! İspaniya İspaniya Terrozimə qarşı müxtəlif siyasi mövqelərə sahib insanları birləşdirən təşkilat [14]
2001 Nurit Peled-Elhanan İsrail İsrail Sülh aktivisti [11]
İzzət Qəzzavi Fələstin Fələstin Dövləti Yazıçı, professor
Zakarias Kemvenu Anqola Anqola Baş yepiskop və sülh aktivisti
2002 Ozvaldo Paya Kuba Kuba Siyasi aktivist və dissident [15]
2003 Kofi Annan Qana Qana Nobel sülh mükafatı laureatı və Birməşmiş Millətlər Təşkilatının yeddinci baş katibi [11]
Birləşmiş Millətlər Təşkilatı (Beynəlxalq)
2004 Belarus Jurnalistlər Assosiasiyası Belarus Belarus "Söz azadlığı, informasiyanın qəbulu və bölüşdürülməsi və jurnalistikanın professional standartlarının önə çəkilməsi haqlarını təmin etmək məqsədi güdən" qeyri-hökumət təşkilatı [16]
2005 Ağ rəngli qadınlar Kuba Kuba Müxalif hərəkat, həbs olunmuş dissidentlərin yaxınları [17]
Sərhədsiz reportyorlar (Beynəlxalq) Fransanın Paris şəhərində yerləşən və mətbuat azadlığını əsas prinsip tutan beynəlxalq qeyri-hökumət təşkilatı [17]
İbrahim Hauva Nigeriya Nigeriya İnsan haqları hüquqşünası [17]
2006 Aleksandr Milinkeviç Belarus Belarus 2006-cı il prezident seçkilərində müxalifətin ortaq namizədi olaraq Belarusiya Vahid Demokratik Qüvvələri tərəfindən seçilən siyasətçi [18]
2007 Salih Mahmud Osman Sudan Sudan İnsan haqları hüquqşünası [12]
2008 Hu Cia Çin ÇXR Aktivist və dissident [19]
2009 Memorial (təşkilat) Rusiya Rusiya Beynəlxalq vətəndaş hüquqları cəmiyyəti [20]
2010 Qiyermo Farinyas Kuba Kuba Həkim, jurnalist və siyasi dissident [21]
2011 Asma Mahfuz Misir Misir Ərəb xalqının beş nümayəndəsi, azadlıq və insan hüquqları uğrunda mübarizələrini tanıtmaq və dəstək əldə etmək cəhdləri [22]
Əhməd əl-Senussi Liviya Liviya
Razan Zeytunə Suriya Suriya
Əli Fərzət
Məhəmməd Buəzizi (ölümündən sonra) Tunis Tunis
2012 Cəfər Pənahi İran İran İrandakı aktivistlər. Sotudə hüquqşünas, Cənubi Azərbaycanda doğulan Cəfər Pənahi isə kinorejissordur. [23][24]
Nəsrin Sotudə
2013 Məlalə Yusəfzay Pakistan Pakistan Qadın hüquqları və onların təhsil alması uğrunda mübarizə aparan aktivist [25]
2014 Denis Mukveqe Konqo Demokratik Respublikası KDR Təcavüz qurbanlarının müalicəsi ilə məşğul olan ginekoloq [26]
2015 Raif Bədavi Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanından olan yazıçı, aktivist və "Səudiyyə liberallarını azad et" veb-saytının yaradıcısı [27]
2016 Nadiyə Murad İraq İraq İraq Şam İslam Dövləti tərəfindən qaçırılan yezidi insan haqları aktivistləri [28]
Lamiyə Hacı Bəşər
2017 Venesuela demokratik müxalifəti Venesuela Venesuela "Foro Penal" təşkilatı tərəfindən adları sadalananan Milli Məclisin üzvləri və bütün siyasi məhbuslar[29] [30]
2018 Oleq Sentsov Ukrayna Ukrayna Kinorejissor, Rusiyada və dünyada siyasi məhbusların hüquqları uğrunda mübarizənin simvolu [31]
2019 İlham Tohti Çin ÇXR Uyğur iqtisadçı, elm xadimi və insan haqları aktivisti [32]
2020 Belarus demokratik hərəkatı  Belarus [33]
2021 Aleksey Navalnı  Rusiya Rusiya müxalifət lideri. [34]
2022 Ukraynalılar Ukrayna Ukrayna 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra "demokratiya, azadlıq və qanunun aliliyini qoruyan" ukraynalılara verilmişdir.[35] [36]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Kosovo ərazisi Serbiya Respublikası ilə Kosovo Respublikası arasında mübahisə mövzusudur. Kosovo Respublikası birtərəfli qaydada müstəqilliyini 17 fevral 2008-ci ildə elan etdi, lakin Serbiya buranı öz suveren ərazisinin bir hissəsi kimi iddia etməyə davam edir. İki hökumət 2013-cü ildə Brüssel Sazişindən sonra münasibətlərini normallaşdırmağa başladılar. Kosovo hazırda Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 97-si tərəfindən müstəqil dövlət kimi tanınır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Sakharov Prize". Avropa Parlamenti. 15 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2017.
  2. 1 2 "1986: Sakharov comes in from the cold". BBC News. 23 dekabr 1986. 26 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  3. 1 2 "Sakharov Prize 2018: three finalists selected", News—European Parliament, 10 sentyabr 2018 Arxivləşdirilib 2019-05-10 at the Wayback Machine.
  4. Cook, Annabel. "Aung San Suu Kyi collects Sakharov prize 23 years on". Financial Times. 22 oktyabr 2013. 28 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2017.
  5. Boshnaq, Mona; Chan, Sewell; Dremeaux, Lillie; Karasz, Palko; Kruhly, Madeleine. "Nobel Peace Prize Winners Throughout History". The New York Times. 13 oktyabr 2017 tarixində arxivləşdirilib.
  6. "Razan Zaitouneh". Avropa Parlamenti. 28 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2017.
  7. "Nasrin Sotoudeh". Avropa Parlamenti. 28 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2017.
  8. "Jafar Panahi". 28 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2017.
  9. Schreuer, Milan. "Venezuelan Opposition Receives E.U.'s Sakharov Freedom Prize". The New York Times (ingilis). 26 oktyabr 2017. ISSN 0362-4331. 26 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2017.
  10. "Left to boycott politicised Sakharov Prize ceremony - GUE/NGL - Another Europe is possible". www.guengl.eu (ingilis). 1 fevral 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  11. 1 2 3 4 5 6 7 8 "20 years of the Sakharov Prize: Human rights and reconciliation". Avropa Parlamenti. 28 oktyabr 2008. 12 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2010.
  12. 1 2 3 4 5 6 7 "Sakharov Network calls for immediate release of Aung San Suu Kyi, Sakharov Prize laureate 1990". Reporters Without Borders. 15 may 2009. 16 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2010.
  13. "Gusmão receives EU Sakharov prize". BBC News. 15 dekabr 1999. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  14. "Basque group wins peace prize". BBC News. 26 oktyabr 2000. 1 aprel 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  15. "Cuban dissident collects EU prize". BBC News. 17 deakbr 2002. 7 may 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  16. "The Belarusian Association of Journalists - 2004, Belarus". Avropa Parlamenti. 9 noyabr 2004. 18 fevral 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2015.
  17. 1 2 3 Gibbs, Stephen. "Cuba 'bars women from prize trip'". BBC News. 14 dekabr 2005. 17 noyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktaybr 2010.
  18. "Belarussian takes EU rights award". BBC News. 26 oktyabr 2006. 2019-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  19. "China dissident wins rights prize". BBC News. 17 dekabr 2008. 30 dekabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  20. "Russia rights group wins EU prize". BBC News. 22 oktyabr 2009. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  21. "Cuba dissident Farinas awarded Sakharov Prize by EU". BBC News. 21 oktyabr 2010. 22 oktyabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2010.
  22. "Sakharov Prize for Freedom of Thought 2011". Avropa Parlamenti. 23 oktyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2011.
  23. Dehghan, Saeed Kamali. "Nasrin Sotoudeh and director Jafar Panahi share top human rights prize". The Guardian. 26 oktyabr 2012. 26 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2012.
  24. "Nasrin Sotoudeh and Jafar Panahi – winners of the 2012 Sakharov Prize" (PDF). Avropa Parlamenti. 22 dekabr 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 oktyabr 2012.
  25. Jordan, Carol. "Malala wins Sakharov Prize for freedom of thought". CNN. 10 oktyabr 2013. 15 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
  26. "DR Congo doctor Denis Mukwege wins Sakharov prize". BBC News. 21 oktyabr 2014. 22 oktyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2014.
  27. "Raif Badawi wins Sakharov human rights prize". The Guardian. Brussels. Associated Press in. 29 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2015.
  28. "Sakharov prize: Yazidi women win EU freedom prize". BBC News. 27 oktyabr 2016. 27 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2016.
  29. "Venezuela's opposition awarded Sakharov Prize for championing human rights". The Independent. 26 oktyabr 2017. 28 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2017.
  30. "Parliament awards Sakharov Prize 2017 to Democratic Opposition in Venezuela". Avropa Parlamenti. 26 oktyabr 2017. 28 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2017.
  31. "Sakharov Prize 2018 goes to Oleg Sentsov". Avropa Parlamenti. 4 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2018.
  32. "Ilham Tohti awarded the 2019 Sakharov Prize". Avropa Parlamenti. 24 oktyabr 2019. 30 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.
  33. "The 2020 Sakharov Prize awarded to the democratic opposition in Belarus". europarl.europa.eu. October 22, 2020. February 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2020.
  34. "Ukrainian people win European parliament's Sakharov prize". the Guardian. 19 oktyabr 2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2022.
  35. "Ukrainian people win European parliament's Sakharov prize". the Guardian. 2022-10-19. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
  36. "The Ukrainian people awarded the European Parliament's 2022 Sakharov Prize". europarl.europa.eu. 19 October 2022. 19 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]