Semiha Berksoy — Vikipediya

Semiha Berksoy
türk. Semiha Berksoy
Ümumi məlumatlar
Doğum tarixi 24 may 1910(1910-05-24)
Doğum yeri
Vəfat tarixi 15 avqust 2004(2004-08-15)[1][2] (94 yaşında)
Vəfat yeri
Dəfn yeri Çengelköy qəbiristanlığı
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi

Semiha Berksoy (24 may 1910, Konstantinopol15 avqust 2004[1][2], İstanbul) — Türkiyə opera müğənnisi və rəssamı. Türkiyənin ilk opera müğənnisi sayılır.

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

İstanbulun Çengelköy kvartalında anadan olmuşdur. Onun anası rəssam idi. Semiha musiqi və təsviri sənət üzrə İstanbul Konservatoriyasında oxumuşdur.[4]

Berksoy aktyorluq karyerasına 1931-ci ildə rejissor "İstanbul sokaklarında" adlı Muhsin Ertuğrulun çəkdiyi ilk səsli türk filmində Semiha rolu ilə başladı. Sonra İstanbul teatrlarında operettalarda oynayırdı. 1934-cü ildə "Özsoy" adlı ilk türk operasında rol aldı. Elə həmin il Almaniya və Portuqaliyada çıxış edərək beynəlxalq debüt etdi. 1939-cu ildə Rixard Ştrausun "Ariadne Naksosda" operasında Ariadne rolunu ifa etməklə o, Avropada çıxış edən ilk Türkiyə opera müğənnisi oldu.[4] 1940-cı ildə Türkiyəyə qayıdan Semiha Berksoy, Karl Ebertin səhnələşdirdiyi ToskaMadam Batterflay operalarında oynamışdır.

1972-ci ildə opera müğənnisi karyerasını başa vurdu, ancaq teatrda oynamağa davam etdi.

1998-ci ildə Dövlət sənətçisi adına layiq görüldü.

15 avqust 2004-cü ildə İstanbulda ürək əməliyyatından sonrakı ağırlaşmadan vəfat etdi.

24 may 2019-cu ildə Google, Semiha Berksoyun anadan olmasının yüz doqquz ilinə doodle həsr etdi.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Semiha Berksoy // SNAC (ing.). 2010.
  2. 1 2 Semiha Berksoy // Find a Grave (ing.). 1996.
  3. 1 2 Turkish // (unspecified title).
  4. 1 2 Sebnem Arsu (August 23, 2004) "Semiha Berksoy, 94, Turkish Star of Opera and Art, Dies" Arxivləşdirilib 2013-09-25 at the Wayback Machine, The New York Times.
  5. "Semiha Berksoy's 109th Birthday". Google (ingilis). 2019-05-24. 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.