Show TV — Vikipediya

Show Televiziyası
Loqonun şəkli
Ölkə Türkiyə Türkiyə
Azərbaycan Azərbaycan (rəqəmsal yayım)
Yayım ərazisi Türksat 3AAzerspace-1 peyklərinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah
Yaranma tarixi

1 mart 1991 (Fransa yayımı),

1 mart 1992 (Türkiyə yayımı)
Sahibi Erol Aksoy-Haldun Simavi-Erol Simavi-Dinç Bilgin (1991-1993)
Erol Aksoy (1993-1994)
Erol Aksoy-Dinç Bilgin (1994-1997)
Erol Aksoy (1997-1999)
Çukurova Holding (1999-2013)
TMSF (2013)
Ciner Medya Grubu (2013-2014)
TMSF (2014)
Ciner Medya Grubu (2014-indi[1])
Şüar Başka bir alem! (1 mart 1991-sentyabr 1992)
Türkiye'nin ekranı (sentyabr 1992-30 sentyabr 2002)
Esas Show bu Show! (1 oktyabr 2002-may 2005)
Show'da kalın, Show'u kaçırmayın! (may 2005-avqust 2007)
Show'da hayat var! (avqust 2007-avqust 2009)
Sende Sende Show'la (avqust 2009-oktyabr 2011)
Şoooovvvv (oktyabr 2011-yanvar 2012)
Show'da Hayat Var (sentyabr 2012-noyabr 2012)
Hayata Gülümse (yanvar 2012-iyul 2013)
Show Başlıyor! (iyul 2013-indi)
Sayt showtv.com.tr

Show TV — Ciner Mediya Qrupu tabeliyində nəşr edən, xüsusilə 2000-ci illərdə yarışma proqramları və seriallarıyla ön plana çıxmış, Türkiyənin ən çox izlənilən televiziya kanallarından biridir.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Quruluş[redaktə | mənbəni redaktə et]

Show TV, Show Radio ilə birlikdə 1 mart 1991 tarixində Erol Aksoy, Dinç Bilgin və Haldun Simavi tərəfindən Fransada qurulmuş və yayıma Başka Bir Alem! şüarı ilə həmin ölkədə başlamışdır. 1 mart 1992 tarixində də Türkiyədə yayıma başlamışdır. Yayıma başladığı ilk vaxtlarda yayımlanmayan xəbər bülleteni, aylar sonra ilk dəfə Mehmet Ali Birandın təqdimatı ilə 2 mart 1992 tarixində yayımlanmağa başlanmışdır. Show TV bir vaxtlar qardaş kanalı olan Cine5 ilə birlikdə türk televiziya məkanına yeni həyəcan gətirmişdi.

1991-2002[redaktə | mənbəni redaktə et]

Kanalın ilk baş müdiri Güneri Civaoğlu idi. Ana Haber Bülteni"ni kanalın ilk dövrlərində Gülgün Feyman, 1996-cı ildən 2002-ci ilə qədər Reha Muhtar təqdim etmiş idi. Reha Muhtar bu sayədə həmin dövrün Show TV-sinin ən məşhur simalarından biri idi. 1993-cü ildə Erol Aksoy və Dinç Bilgin arasında ortaqlıq, 1994-cü ildə Erol Aksoy, Dinç Bilgin və Aydın Doğan arasında ortaqlıq, 1995-ci ildə yenə Erol Aksoy və Dinç Bilgin arasında ortaqlıq olmuşdur. 1997-ci ildə kanalın sahibi Erol Aksoy idi. 1999-cu ildə Mehmet Emin Karamehmet tərəfindan satın alındı.

90-cı illərdə Arena adlı ən yaxşı xəbər verilişini yayımlamaqla tamaşaçı sayı çoxalmışdı. 90-cı illərin əvvəllərində "qırmızı nöktə sistemi ilə gecə yarısı Tutti Frutti kimi erotik proqramlar yayımlamışdı. Bu proqramlar daha sonra RTÜK tərəfindən qadağan olunmuş və qadağan olunduğu ilk aylarda gecə teletekst və məşhur xarici seriallar yayımlamışdı.

Show TV yenə 90-cı illərdə "Simpsonlar", "Seinfeld", "Dostlar", "Dallas", "Battlestar Galactica", "The Young and the Restless", "Roseanne", "Power Rangers", "S. W. A. T.", "Superboy" və "The Rookies" kimi bir çox xarici serialların təkrar bölümlərini gündüz və gecə saatlarında yayımlamışdı. TRT 1Star TV-dən sonra yayımladığı "Bizimkiler"; "Sıdıka", "Deli Yürek", "Dadı", "Örümcek", "Şehnaz Tango", "Küçük İbo", "Zehirli Çiçek", "Sırılsıklam", "Canısı", "Haşlama Taşlama", "Bu Sevda Bitmez", "İki Kız Kardeş", "Mirasyediler", "Hangimiz Eşek (Keko ile Eşeko)", "Gökkuşağı", "Ana Kuzusu", "Hemşerim", "Ayşecik", "Zirvedekiler" və "Tatlı Hayat" kimi yerli seriallarla da xeyli tamaşaçı cəlb etmişdi.

Yarışma verilişlərindən olan "Biri Bizi Gözetliyor"un 2000-ci ildə yayımlanan ilk sezonu Show TV-yə xeyli reytinq qazandırmışdır.

Show TV ilk loqosu ilə 90-cı illərdə insanların həyatında vacib ünsür olmuşdur. Proqramların başlanğıcında Haber, Yerli Dizi, Dizi, Sinema, Türk Sineması, Güncel, Belgesel, Eğlence, Müzik, Söyleşi jeneriklərində "O" hərfinin iç tərəfinin rənginin və hərfin şəklinin dəyişilməsi ilə yadda qalan kanallardan biri olmuşdur.

2002–2013[redaktə | mənbəni redaktə et]

1 oktyabr 2002-ci il tarixində Show TV SHOW sözündəki "O" hərfinin, göyqurşağı rənklərində olan 12 yarpaqlı çiçəyin mərkəzində olan yeni loqosu və yeni Esas Show bu Show! şüarı ilə yeni yayım dövrünə başlamışdır. Bu dövrdə Acun Ilıcalı, Serap Ezgü, Magic Necmi, Çağla Şikel və Alişan kanalın məşhur simalarından olmuşdular. "Serap Ezgü İle Biz Bize", "Deryalı Günler" kimi verilişlər gündüz saatlarının ən çox izlənilən proqramlarından olmuşdular. "Acun Firarda" verilişi 2000-ci illərdə yayımlanan vacib gəzinti verilişlərindən biri idi.

"Ekmek Teknesi", "Tatlı Hayat", "Hayat Bilgisi", "Cennet Mahallesi", "Dadı", "Doktorlar" və "Adını Feriha Koydum" kimi bəyənilən seriallar başda olmaqla, Show TV ən çox fərqli serial yayımlayan Türkiyə televiziya kanalıdır. 2003–2005 illər arasında yayımlanan Kurtlar Vadisi, 2007-ci ildə 2 bölüm yayımlanan "Kurtlar Vadisi Terör" və yenə 2007–2009 illər arasında Show TV-də yayımlanan Kurtlar Vadisi Pusu serialları ən reytinqli seriallar olmuş, habelə mafiya/silah mövzulu serialların dəbi başlamışdır. Ancaq seriallara görə "RTÜK" tərəfindən kanala xeyli qadağalar qoyulmuşdur.

"Survivor Türkiye — Yunanistan", "Fear Factor", "Şarkı Söylemek Lazım", "Buzda Dans", "Var Mısın Yok Musun?", "Yemekteyiz" kimi xarici mənşəli və "Gelinim Olur Musun?" kimi yerli mənşəli yarışmaların çox izlənilmələri Türkiyə televiziya tarixində yeni səhifə açmışdır. Show TV həm də 25 yarışma ilə ən çox fərqli yarışma yayımlamış Türkiyə telekanalıdır.

29 sentyabr 2005 tarixində Avropada yaşayan türklər üçün "Show Türk" yayıma başlamışdır.

atv-nin sahibinin dəyişməsindən sonra kanalın yeni sahiblərinə öyrəşməyin asan olmayacağını fikirləşən Ali Kırca və "atv Haber" işçilərinin bir çoxu 31 dekabr 2007 tarixində Show TV ilə razılığa gəlmiş və "Show TV Ana Haber Bülteni"ni həftə içləri Ali Kırca təqdim etmişdir. Həftəsonu xəbərlərini isə 31 dekabr 2007-ci il tarixindən etibarən Korcan Karar təqdim etmişdir. "Show TV Ana Haber Bülteni"ndən sonra yayımlanan "Spor Sayfası" verilişini həftə içləri Melih Gümüşbıçak, həftə sonları isə Merve Toy, Ebru Gürsoy və Birsu Eren təqdim etmişdir. "Siyaset Meydanı" verilişini hər cümə axşamı gecəsi Ali Kırca təqdim etmişdir. Show TV-nin səsləndirmə sənətkarı 2010–2013 illər arasında Mehmet Onur idi. Tuba Atav, Korcan Kararın yerinə həftəsonu xəbərlərini təqdim etmişdir.

3 sentyabr 2012-ci il tarixində 16:9 formatlı yayıma keçmişdir.

2013-günümüz[redaktə | mənbəni redaktə et]

18 may 2013 tarixində kanalın sahibi Mehmet Emin Karamehmetin, Cavit Çağlar, ile İnterbank-la bağlı kreditdən yaranan 455.000.000 dollara görə TMSF, Skyturk360, Lig TV, Show TV, Show Türk, Show Max, Digitürk, Alem FM, Lig Radyo, Akşam Gazetesi, Güneş Gazetesi və BMC şirkətlərini ələ keçirtdi.

Daha sonra TMSF tabeliyində olan Show TV və qardaş kanalları Show Türk və Show Max-ı 402.000.000 dollara Ciner Medya Grubu-na satdı.

15 iyun 2013 tarixindən etibarən Show Haber-i həftəiçi Erhan Çelik təqdim edir. Həftəsonu isə Cansu Oyan təqdim etmişdi. Bundan başqa "Show Kulüp" verilişi yayımdan çıxardılmışdı. Kanalın yeni sezondakı yeniliklərinə görə "Aşk Emek İster" serialı da yayımdan çıxardılmışdı. Ciner Grubu-nun Show TV-yə ilk transferi "Benim İçin Üzülme" serialı oldu. Daha sonra "Dila Hanım", "Güldür Güldür", "Var mısın Yok musun?", "Makina Kafa", "Muhallebi Kafa", "Çıplak Kafa" transfer edildi. 5 avqust 2013 tarixindən etibarən həftəsonu xəbərlərini Pınar Erbaş təqdim edir.

TMSF-nin 30 may 2014-cü il tarixində verdiyi açıqlamaya əsasən İstanbul 4-cü İdarə Məhkəməsi "Show TV"nin satışının ləğvi ilə bağlı qərar verdiyini və buna görə də kanalın yenidən TMSF-nin tabeliyinə keçdiyi bildirildi.

TMSF-nin 18 iyul 2014-cü il tarixli açıqlamasına görə kanal yenidən "Ciner" şirkətinə verildi.[1] 2014-cü ilin iyul ayından "Türksat 4A" peyki vasitəsilə şifrəsiz və ödənişsiz HD yayıma başladı.

Günümüzdə Yayımlanan Serialları[redaktə | mənbəni redaktə et]

  • Tezliklə-: Deha
  • 2024-: Bahar (Çərşənbə Axşamı 21:00)
  • 2023-: Sandık Kokusu (Çərşənbə 21.00)
  • 2022-: Kızılcık Şerbeti (Cümə 21:00)

Loqoları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2014-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]