Sidney — Vikipediya

Sidney
Sydney
悉尼
Bayraq Gerb
Bayraq Gerb
33°52′04″ c. e. 151°12′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 26 yanvar 1788
Sahəsi
  • 12.144,6 km²
Mərkəzin hündürlüyü 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.698.656 nəf. (10 avqust 2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 0272, 0273, 0274, 0276, 0277, 0279, 0280, 0282, 0283, 0285, 0288, 0290, 0291, 0292, 0293, 0294, 0295, 0296, 0297, 0298, 0299
Poçt indeksi 2000
Digər
cityofsydney.nsw.gov.au
Xəritəni göstər/gizlə
Sidney xəritədə
Sidney
Sidney
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SidneyAvstraliyada şəhər.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şəhərin əsası 1788-ci ildə Port-Cekson körfəzinin sahilində, avropalıların Avstraliyada ilk məskunlaşması dövründə qoyulub. 200 il ərzində kiçik katorqa qəsəbəsindən iri meqapolisə çevrilib.

Görməli yerlər[redaktə | mənbəni redaktə et]

Sitinin göydələnləri ilə şəhərin Roks və Kinq-Kross rayonunun qədimi binaları arasındakı nadir ziddiyyət vardır. Yorks və Elizabet rayonlarındakı suvenir dükanları, Çaynataun və Liverpul küçəsinin Asiya dövlətlərinə oxşar kvartalları, geniş, yaşıl park və bulvar sahələri, Kronos-Hillin olimpik tikilişli supermüassir binaları vardır. Xoumbuş rayonunda isə Sidni Super ev və Olimpik stadion, əzəmətli və dünyada ən böyük Sidni-Harbor buxtaları və onun üzərindən daşınmış nadir, uzunluğu 503 metr olan dirəksiz Harbor-Bric körpüsü vardır. 305 metr hündürlüklü Sidney Qülləsindəni şəhərlə hərtərifli tanış olmaq olar. Oksford-stritdə çoxlu bar və restoranlar, Darlinq-Harbor rayonunda yüzlərcə qalereya, bar, mehmanxana və restoranlar, Corc-strit və Market-stritdə isə şəhərin ən yaxşı ticarət mərkəzləri cəmlənmişdir.

Elə burdaca şəhər hüdudlarında Bodni (ölkədə ən məşhur çimərlik, onun qızılı qumu neçə kilometrlərlə uzanır) və Menlinin ən dəbdəbəli çimərliklərində qaralmaq olar, dünyada ən böyük akvariumlardan biri olan, 1916-cı ildə ilk dəfə dünyada təbii şəraitdə — açıq volyerlərdə canlıları saxlamağa başlayan Darlinq-Harbordakı Sidney Akvariumuna, eləcə də Sidneyin simvolu olan məşhur Operanı və ya hələ şəhərin birinci qubernatoru tərəfindən qayada yonulmuş baxış meydançası "Xanım Makquayrın Kreslosu" na baş çəkmək olar. Bütün günü nəhəng ticarət kompleksi "Şahzadə Viktoriyanın Evi"ndə, və ya bütün dünyadan toplanmış çoxlu gül kolleksiyalarından ibarət gözəl Şahzadə Botanika bağında keçirmək olar.

Şəhərdə maraqlı, mədəni obyektlərin sayı – məşhur Sidney Tarix və Avstraliya antropologiyası Muzeyi, Hərbi-xatirə rəssamlıq qalereyası, Milli Dəniz Muzeyi (həqiqətən maraqlı yerdir- burda dəniz və üzgüçülük vasitələri haqqında — yerli əhalinin qayıqlarından linkor və serfinq üçün lövhəciklərə qədər hər şey toplanıb), Yeni Cənubi Uelsin Rəssamlıq qalereyası, tətbiqi elmlər və incəsənət Muzeyi, dünyanın ən "cəsarətli" muzeyi- Müassir incəsənət Muzeyi, Nikolsun antik Muzeyi, Avstraliyanın və Qayd-Parkın ən Vəhşi Heyvanlarının Parkı.

Mütləq Vulumulu rayonunda sahilboyunu, opal fabrikini- burada heyranedici daşlar haqqında nəinki bilmək eləcə də, onların görkəmsiz dağ süxurlarından belə qiymətli daşlara çevrilmə prosesini də görə bilərsiniz (Avstraliya dünya miqyasında opalın 90% -i istehsal edir). Elə ordaca qara opaldan hazırlanmış müxtəlif cür zərgərlik bəzəkləri, mirvari və rəngli almazlar almaq olar.

Pertanın ətrafında Kalquri rayonunda dünyanın ən böyük qızıl və nikel yataqlarına, eləcə də dünyanın ən böyük almaz rayonu olan Kimberlinin mədənlərinə baxmaq çox maraqlıdır. Bu, böyük çaylar, heyranedici peyzaj, qeyi-adi təbiət və çox qədim bitki və canlılar vilayətidir. Deyilənə görə, Avstraliya üçün daha çox xarakterik olan peyzaja- qırmızı torpaq, qayalar, ağaclar və mavi səma məhz burada rast gəlinir.

Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]