Slovakiya iqtisadiyyatı — Vikipediya

Slovakiya Milli Bankı

Slovakiya iqtisadiyyatıSlovakiya Respublikasının iqtisadiyyatı.

Tarixi[redaktə | mənbəni redaktə et]

XX əsrin 90-cı illərində Slovakiyada iqtisadi sistem dəyişikliyi baş vermişdir. Belə ki, Çexoslovakiyanın dağılması ilə daha çox inkişaf etmiş vəziyyətdə olan Çex Respublikasından ayrılması nəticəsində qardaş ölkədən mal və pul axınının əhəmiyyətli ölçüdə azalması səbəbindən ölkə iqtisadiyyatı çətin vəziyyətə düşmüşdür. Buna baxmayaraq daxili imkanları sayəsində Slovakiyanın öz iqtisadi sistemi formalaşmışdır.

Əsas istiqamətləri[redaktə | mənbəni redaktə et]

Slovakiya iqtisadiyyatı ilk növbədə sənaye, əkinçilikheyvandarlığa söykənir. Bundan başqa meşəçilik və turizm də inkişaf etmişdir.

Sənaye[redaktə | mənbəni redaktə et]

Sənaye üzrə daha çox kimya və maşın sənayesi inkişaf etmişdir. Dağlıq bölgələrdə olan mədənlər çıxardılaraq işlənir. Kömür və neft yataqları tapılmamasına baxmayaraq sənayenin təməl enerji ehtiyacı çaylar üzərindəki hidroelektrik stansiyaları vasitəsilə qarşılanar. Yaslovske Bohunisedə bir atom elektrik stansiyası vardır. Ağır sənaye qurumları BratislavaKoşitse şəhərlərində toplanmışdır. Torpaqlarından keçən təbii qaz və neft boru xətlərinin gəliri ölkənin bu ehtiyaclarını qarşılayır. Maşın sənaye sahəsində dəstə dəzgahları, çay gəmiləri, yük maşını ehtiyat hissələri, televiziyalar, radiolar, paltaryuyan maşınlar, soyuducular istehsal edilir. Kimya sahəsində isə azotlu gübrə və petrokimya kombinaları əhəmiyyətli yer tutur.

Əkinçilik[redaktə | mənbəni redaktə et]

Əkinçilik düzənliklərdə və axar su vadilərində tətbiq edilir. Ölkə ərazisi dağlıq olduğundan torpaqların ancaq üçdə bir hissəsi əkinçilik üçün əlverişlidir. Başlıca əkinçilik məhsulları buğda, arpa, qarğıdalı, çovdar, kartof, yulaf, tütün, tərəvəzmeyvədir. Əldə edilən əkinçilik məhsulları ölkə istehlakının 92%-ini qarşılamaqdadır.

Heyvandarlıq[redaktə | mənbəni redaktə et]

Heyvandarlıq Slovakiyada kənd təsərrüfatının inkişaf etmiş sahəsidir. Maldarlıq, qoyunçuluq və donuzçuluq bu sahənin əsas tərkib hissələrini təşkil edir və ölkədə geniş şəkildə yayılmışdır.

Meşəçilik[redaktə | mənbəni redaktə et]

Dağların meşələrlə əhatə olduğu bu ölkədə meşəçiliyin ölkə iqtisadiyyatında əhəmiyyətli bir yeri vardır. Meşələrdən taxta-şalban və kağız sənayeninin ehtiyacı ödənilir.

Turizm[redaktə | mənbəni redaktə et]

Turizm də ölkənin əhəmiyyətli gəlir qaynaqlarından biridir. Dadara dağlarındakı qış idman və alpinistlik mərkəzləri ölkənin dörd bir tərəfinə yayılmış olan qablıca və mineral bulaqlar, qoruma altına alınmış tarixi şəhərlər sayəsində hər il bu ölkəyə çox sayda turist gəlir. 2016-cı ildə Slovakiyaya 4,6 milyon nəfər turist gəlmişdir[1].

ÜDM artımı[redaktə | mənbəni redaktə et]

Dünya Bankının məlumatına görə Slovakiyada Ümumi Daxili Məhsulun artımı 2001-ci ildən bəri aşağıdakı kimi olmuşdur:[2]

İl 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015
ÜDM artımı
(%-lə)
3.3 4.7 5.4 5.2 6.5 8.3 10.7 5.4 -5.3 4.8 2.7 1.6 1.4 2.4 3.6

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Historické výsledky. Na Slovensku dovolenkovalo rekordné množstvo turistov Arxivləşdirilib 2017-12-16 at the Wayback Machine. hnonline.sk  (slovak.)
  2. "GDP growth (annual %)". Data.worldbank.org. 2 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]