Smilyan — Vikipediya

Kənd
Smilyan
44°34′ şm. e. 15°19′ ş. u.
Ölkə  Xorvatiya
Region Lika
Tarixi və coğrafiyası
İlk məlumat 1504
Sahəsi
Saat qurşağı
Əhalisi
Əhalisi 418 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +385 053
Poçt indeksi 407 31292
Xəritəni göstər/gizlə
Smilyan xəritədə
Smilyan
Smilyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SmilyanXorvatiyanın Lika dağlıq regionunda yerləşən kənd. Kənd Qospiç qəsəbəsinin 6 km şimal-şərqində və Zaqreb-Split şossesindən 15 kilometr uzaqlıqda yerləşir. Əhalisi 418 nəfərdir.[2] Smilyan kəndi Nikola Teslanın anadan olduğu yer kimi çox məşhurdur.

Tesla[redaktə | mənbəni redaktə et]

Tesla 10 iyul 1856-cı ildə Smilyan kəndində anadan olub.[3]

Elektrik mühəndisi və ixtiraçı Teslanın anadan olmasının 150-ci il dönümünə görə Xorvatiyada Tesla xatirə kompleksinin rəsmi açılşı olub. Bu kompleksin tərkibinə onun bərpa edilmiş uşaqlıq otağı da daxildir.[3] İndiki dövrdə Serb ortodoks kilsəsi ilə birlikdə Teslanın anadan olduğu ev və onun ətrafındakı ərazi ixtiraçının həyatının ətraflı nümayiş olunduğu muzey və Teslanın ixtiralarının müxtəlif eksponantları ilə xatirə kompleksini təmsil edir.[4] Yaxınlıqdakı binada qurultay salonu da var. İlk dəfə xatirə kompleksi 1956-cı ildə tikilib. Xorvatiya müharibəsi zamanı hələ də müəyyən olunmayan cinayətkarların açdığı atəş ilə baş verən yanğın nəticəsində binaların bir neçəsinə ziyan dəyib.[5] Xorvatiya hakimiyyəti kompleksi yenidən bərpa etdirdi və 2006-cı ildə Xorvatiya, eləcə də Serbiyanın ən yüksək vəzifəli şəxslərinin iştirakı ilə xatirə kompleksinin açılışı oldu.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Register of spatial units of the State Geodetic Administration of the Republic of Croatia.
  2. "POPULATION BY AGE AND SEX, BY SETTLEMENTS, 2011 CENSUS". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar,2016.
  3. 1 2 "Electrical pioneer Tesla honoured". BBC News. 10 July 2006. 29 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2011.
  4. "Museum of Lika in Gospić – Nikola Tesla Memorial Centre in Smiljan". Museum Documentation Center (Croatia). 2012-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  5. "Lika napokon otkrila Teslu". Jutarnji list (Croatian). 2006-07-08. 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  6. "150. obljetnica rođenja Nikole Tesle" (Croatian). Office of the President of Croatia. HINA. 2006-07-10. 2012-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]