Su qıtlığı — Vikipediya

Su qıtlığı – suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmamasıdır. Su qıtlığı problemi bütün qitələri əhatə edir. 2015-ci ildə Dünya İqtisadi Forumu növbəti onillikdə su qıtlığını ən böyük qlobal risk kimi qiymətləndirdi[1]. Dünya əhalisinin üçdə ikisi (4 milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur[2]. Yarım milyard insan isə il boyu ciddi su qıtlığından əziyyət çəkir[2]. Dünyanın böyük şəhərlərinin yarısında su qıtlığı problemi vardır[3].

Dünyadakı suyun cəmi 0.014 faizi şirin olmaqla yanaşı əlçatandır (dünyadakı suyun 97 faizi duzlu sudur). Texniki baxımdan isə insanlığı təmin etmək üçün kifayət qədər şirin su mövcuddur, lakin su resurslarının qeyri-bərabər paylanması nəticəsində bəzi coğrafi ərazilər həddindən artı nəmişlikdir, bəzi ərazilər isə quraqlıqdır. Əlavə olaraq son onilliklərdə şirin suya olan təlabatın artması su qıtlığını daha da kəskinləşdirir. Əgər indiki trendlər davam etsə gözlənilirki 2030-cu ildə suya olan təlabat su təminatını 40 faiz üstələyəcəkdir[3].

Dünya əhalisinin artması, həyat standartlarının yüksəlməsi, istehlak tərzinin dəyişməsi və irriqasiyalaşmış kənd təsərrüfatının genişlənməsi suya olan təlabatın artmasını şərtləndirən əsas səbəblərdir[4]. Daşqın və quraqlıq kimi dəyişkən hava şəraiti ilə müşahidə olunan iqlim dəyişikliyi, meşəsizləşmə, çirklənmənin artması və sudan istifadədə israfçılıq su təminatında məhdudiyyətə gətirib çıxarır[5]. İqtisadi inkişaf bu prosesi daha da gücləndirə bilər, lakin vaxtında müəyyən etməklə səbəblərdə yayınmaq olar və ya təsirini azaltmaq olar[6].

Artıq bəzi ölkələr sübut ediblər ki, iqtisadi artımla sudan istifadə arasındakı asıllığı aradan qaldırmaq olar. Məsələn, Avstraliyada 2001–2009-cu illər arasında 30 faizlik iqtisadi artıma baxmayaraq su istehlakı 40 faiz azalmışdır[7]. BMT-nin Beynəlxalq Resurslar Paneli qeyd edir ki, hökumətlər nəhəng və səmərəsiz layihələrə (barja, kanal, su kəmərləri) investisiya qoymağa meyillidilər. Bu meqa layihələr isə nə ekoloji cəhətdən davamlı, nə də iqtisadi cəhətdən etibarlıdırlar. Elmi Panelə görə isə iqtisadi böyümə ilə sudan istifadə arasında bağlılığın aradan qaldırılmasının ən səmərəli yolu hökumətlər tərəfindən holistik su idarə etmə planlarının hazırlanmasıdır. Bu planlar suyun mənbədən bölüşdürülməsi, iqtisadi istehlakı, təmizlənməsi, yenidən istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövranını özündə əks etdirilməlidir[7].

Təhcizat və tələb[redaktə | mənbəni redaktə et]

Şirin sudan qlobal istifadə (2016 FAO materialı).

Yer üzərindəki içməli və asanlıqla əldə oluna bilinən şirin su səht suları (çaylar və göllər) və yeraltı sular (akiferlər) olmaqla 14000 kub kilometrdir. Bu həcmin isə yalnız 5000 kub kilometri insanlar tərəfindən istifadə və yenidən istifadə olunur, lakin nəzəri olaraq 7 milyardlıq dünya əhalisinin ehtiyaclarını ödəmək kifayət qədər şirin su ehtiyatları vardır, hətta dünya əhalisi 9 milyard və daha çox olsa belə düzgün bölüşdürülmə nəticəsində hamını su ilə təhciz etmək olar[8].

Su qıtlığına əsas səbəb kənd təsərrüfatında (əkinçilikmaldarlıq) və sənayedə sudan ekstensiv formada istifadə olunmasıdır. İnkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən 10 dəfə çox su istifadə olunur. İnkişaf etməkdə olan ölkələrdə suyun həddindən artıq istehlak olunmasına səbəb gündəlik istehlak mallarının istehsalı və pambıq, kətan, şəkər çuğunduru kimi məhsulların istifadəsidir. Bu məhsulların əksər hissəsi isə inkişaf etmiş ölkələrə ixrac olunur[8].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  2. 1 2 "Arxivlənmiş surət" (PDF). 2017-12-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-19.
  3. 1 2 "Arxivlənmiş surət". 2017-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  4. https://en.wikipedia.org/wiki/Environment_International
  5. "Arxivlənmiş surət". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  6. "Arxivlənmiş surət" (PDF). 2018-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-19.
  7. 1 2 "Arxivlənmiş surət". 2018-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
  8. 1 2 "Arxivlənmiş surət" (PDF). 2019-04-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.