Sultan Əhməd məscidi — Vikipediya

Sultan Əhməd məscidi
türk. Sultan Ahmet camii
Xəritə
41°00′19″ şm. e. 28°58′36″ ş. u.
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Eminönü[1]
Aidiyyatı Osmanlı imperiyası
Memar Sədəfkar Mehmed Ağa
Sifarişçi I Əhməd
Tikilmə tarixi 1609-1616
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 64 m
Uzunluğu 82 m (269 ft)
Eni 65 m (213 ft)
Minarələri 6 (hündürlüyü: 64 m (210 ft))
Günbəzləri 1 (hündüryülü: 43 m (141 ft), daxili diametri: 23.50 m (77.1 ft))
Vəziyyəti stabil
Rəsmi sayt
Rəsmi adı: Historic Areas of Istanbul
TipiMədəni
Kriteriyai,ii,ii,iv
Təyin edilib1985
İstinad nöm.356
DövlətTürkiyə
RegionAvropa
Sultan Əhməd məscidi (İstanbul)
Sultan Əhməd məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sultan Əhməd məscidi

Sultan Əhməd Camisi — 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün Avropalılar məscidi "Mavi Cami (Blue Mosque)" adlandırır. 1934-cü ildən etibarən Ayasofiya camidən muzeyə çevrilir. O zamandan etibarən İstanbulun əsas məscidi Sultan Əhməd camisidir.

Sultan Əhməd Məscidi külliyyəsilə birlikdə İstanbuldaki ən böyük tikinti komplekslərindən biridir. Bu külliyyə bir cami, mədrəsələr, hünkar qəsri, arasta, dükanlar, hamam, çeşmə, səbillər, türbə, darüş-şəfa, sibyan məktəbi, imarətxana və kirayəlik otaqlardan təşkil olunub. Tikintilərin müəyyən qismi günümüzə qədər gəlib çatmamışdır.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Məscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdan ziyadə möhtəşəm sənət əsərinə çevrilmişdir. Caminin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Mərkəzi qübbənin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Caminin içi 200'dən çox rəngarəng şüşələrlə işıqlandırılmışdır. Divar yazıları Diyarbəkirli Seyid Qasım Qubari tərəfindən yazılıb. Əhatəsindəki tikintilərlə birlikdə bir külliyyə əmələ gətirən Sultan Əhməd Türkiyənin altı minarəli ilk camisidir.

Türbədə dəfn olunanlar arasında adı bilinənlər isə bunlardır:[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. archINFORM (alm.). 1994.
  2. Alev Öner, “Sultan Ahmet I. Türbesi” Arxivləşdirilib 2023-07-22 at the Wayback Machine, TTOK Belleteni, LXV/344 (1979), s. 24-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]