Suqovuşan su anbarı — Vikipediya

Suqovuşan su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAzərbaycan Azərbaycan
Tərtər rayonu
Sahəsi580 min. m²
Orta dərinliyi9,8 m
Tökülən çaylarTərtərçay
Suqovuşan su anbarı (Azərbaycan)

Suqovuşan su anbarı (sovet və işğal dövrü: Madagiz su anbarı) — Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir.[1] Madagiz su anbarı Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi.

3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.[2]

Texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su elektrik stansiyası isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Su anbarları". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-23.
  2. Ayna.az. "Azərbaycan Prezidenti elan etdi: Madagiz işğaldan azad olunub" (az.). Ayna.az. 03.10.2020. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
  3. "Qarabağdakı su anbarları: Sərsəngdən kiçik su anbarlarına qədər - ARAŞDIRMA (FOTOLAR)". 2019-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.