Susan Voycicki — Vikipediya

Susan Voycicki
Doğum tarixi 5 iyul 1968(1968-07-05)[1][2] (55 yaş)
Doğum yeri
Uşağı 5[3]
Təhsili
Fəaliyyəti biznes ledi, menecer, tech VIP[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Susan Dayan Voycicki[a] (ing. Susan Diane Wojcicki; 5 iyul 1968[1][2], Santa Klara qraflığı, Kaliforniya) — 2014-2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilir.[4]

Voycicki iyirmi ildən çoxdur ki, texnologiya sənayesində çalışır.[5][6] O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib.[7][8]

Erkən həyatı[redaktə | mənbəni redaktə et]

Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub.[9] Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir.[10] Ana tərəfdən olan nənə və babası rus yəhudi mühacirləri idi.[11] Ata nənəsi Yanina Voycicka Hoskins, Konqres Kitabxanasında kitabxanaçı idi və ABŞ-da Polşa ilə əlaqəli materialların ən böyük kolleksiyasının yaradılmasına cavabdeh idi.[12] Susanın iki bacısı var: antropologiya və epidemiologiya elmləri doktoru Canet[13]23andMe şirkətinin həmtəsisçisi və baş direktoru olan Enn.[14][15]

Voyçiçkinin uşaqlığı Stenford kampusunda keçib. Riyaziyyatçı alim Corc Dantziq onun qonşusu olub.[16] Kaliforniyanın Palo-Alto şəhərində Gunn High Liseyində oxuyub və məktəb qəzetində yazılar yazıb.[17] Onun ilk biznesi on bir yaşında qapı-qapı gəzərək ip satmaq olub.[18] Kollecdə humanitar fənlər üzrə ixtisaslaşıb və ilk kompüter elmləri dərsini yuxarı kursda oxuyarkən alıb. Harvard Universitetində tarix və ədəbiyyat üzrə təhsil alıb və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, əvvəlcə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almaq və akademiyada karyera qurmağı planlaşdırırdı, lakin texnologiyaya olan marağına görə planlarını dəyişib.[16] O, həmçinin 1993-cü ildə Kaliforniya Universitetində, Santa Cruz-da iqtisadiyyat üzrə magistr dərəcəsini və 1998-ci ildə UCLA Anderson İdarəetmə Məktəbində magistr dərəcəsini qazanıb.[19]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. və ya Voyçiçki

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Lewis R. Susan Wojcicki // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Susan Wojcicki // Munzinger Personen (alm.).
  3. https://www.forbes.com/profile/susan-wojcicki/.
  4. "#34 Susan Wojcicki". Forbes (ingilis). August 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 9, 2022.
  5. "YouTube's Susan Wojcicki: 'Where's the line of free speech – are you removing voices that should be heard?'". the Guardian (ingilis). August 10, 2019. January 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2021.
  6. Connley, Courtney. "YouTube CEO Susan Wojcicki: Here's what to say when men are talking over you at a meeting". CNBC (ingilis). August 20, 2019. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2021.
  7. Elias, Jennifer. "YouTube CEO Susan Wojcicki says she's stepping down". CNBC. February 16, 2023. May 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2023.
  8. "YouTube CEO Wojcicki, one of the first Google employees, steps down". Reuters. February 16, 2023. February 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2023.
  9. "California Births, 1905 - 1995". Familytreelegends.com. June 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2014.
  10. Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). June 18, 2018. January 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2019.
  11. Tramiel, Preeva. "Esther Wojcicki: A Jewish mother of the tech revolution". January 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2017.
  12. Zalewski, Wojciech. "Janina Wójcicka Hoskins (1912–1996): Portrait of an Esteemed Librarian". Slavic & East European Information Resources. 12 (4). October 1, 2011: 224–236. doi:10.1080/15228886.2011.623117. ISSN 1522-8886.
  13. Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune.com. February 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2014.
  14. I raised 2 successful CEOs and a doctor—here’s one of the biggest mistakes I see parents making Arxivləşdirilib sentyabr 5, 2019, at the Wayback Machine, Esther Wojcicki, Published Wed, May 8, 2019, cnbc.com.
  15. Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). June 18, 2018. January 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
  16. 1 2 Laporte, Nicole. "The Woman Behind the Superlatives: Three Things You Need to Know About Susan Wojcicki". The Fast Company. August 6, 2014. August 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
  17. Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune Magazine. February 1, 2012. February 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
  18. "Susan Wojcicki". Forbes (ingilis). October 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2017.
  19. Swift, Mike. "Susan Wojcicki: The most important Googler you've never heard of". San Jose Mercury News. February 7, 2011. August 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]