Türk Dövlətləri Təşkilatı — Vikipediya

Türk Dövlətləri Təşkilatı
TDT
Turki Memleketteriniñ Ūyımı (Qazax dili)
Түрк мамлекеттеринин уюму (Qırğız dili)
Turk Davlatlari Tashkiloti (Özbək dili)
Türk Devletleri Teşkilatı (Türk dili)
Organization of Turkic States (İngilis dili)
Loqonun şəkli
Bayraq
Bayraq
  Təşkilatın üzvləri  Təşkilatın müşahidəçi üzvlər
  Təşkilatın üzvləri  Təşkilatın müşahidəçi üzvlər
Şüar Biz birlikdə daha güclüyük!
Yaranma tarixi 3 oktyabr 2009
Rəsmi dili Azərbaycan dili
Qazax dili
Qırğız dili
Özbək dili
Türk dili
İngilis dili[1]
Mərkəzi
Yarandığı yer Naxçıvan
Qurucusu Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Qazaxıstan Qazaxıstan
Qırğızıstan Qırğızıstan
Sədr Kubanıçbəy Ömürəliyev
Üzvləri 5 üzv
Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Qazaxıstan Qazaxıstan
Qırğızıstan Qırğızıstan
Özbəkistan Özbəkistan
3 müşahidəçi üzv
Macarıstan Macarıstan
Türkmənistan Türkmənistan
Şimali Kipr Türk Respublikası ŞKTR[2]
turkicstates.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, QazaxıstanQırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.[3]

Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.

Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).

Orqanlar[redaktə | mənbəni redaktə et]

Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, BakıAstanadır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.

Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və bürokratları da il ərzində davamlı olaraq iclaslar keçirirlər. Məclis rəhbərləri və heyətləri də Bakıda toplanır.

Azərbaycan, Qazaxıstan, QırğızıstanTürkiyə dövlət rəhbərləri tərəfindən ümumi katib seçilən türk diplomat Xəlil Axıncı bu vəzifəni sentyabr 2010, sentyabr 2014 tarixləri arasında icra etmişdir. Bundan sonra rəhbərliyi Ramil Həsən yerinə yetirmiş, onu vəzifədə Bağdad Amreyev əvəzləmişdir.

Bayraq[redaktə | mənbəni redaktə et]

22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan prezidenti Nursultan NazarbayevTürkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır.

Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.

Əsas üzvlər[redaktə | mənbəni redaktə et]

Ölkə Əhali (2018) Sahə (km²) Ümumi Daxili Məhsul (nominal) (2018)[4] Adambaşına düşən ÜDM
(nominal) (2018)[4]
Adambaşına düşən ÜDM
(nominal) (2019)
Azərbaycan 9,898,085 86,600 $46,940 milyard $4,721 $11,674
Qazaxıstan 18,272,400 2,724,900 $170,539 milyard $9,331 $20,609
Qırğızıstan 6,389,000 199,900 $8,093 milyard $1,281 $1,898
Özbəkistan 33,254,000 447,400 $50,500 milyard $1,532
Türkiyə 82,003,882 783,562 $766,509 milyard $9,311 $13,301
Ümumi 149,817,367 4,242,362 $1,042,581 milyard $7,047 $13,718

Müşahidəçi ölkələr[redaktə | mənbəni redaktə et]

Ölkə Əhali (2021) Sahə (km²) Ümumi daxili məhsul (nominal)
(2020)
Kişi başına Ümumi daxili məhsul
(nominal) (2020)
Macarıstan 9.709.786 93,030 $149,9 milyard $15.373
Türkmənistan 6.341.855 488,099 $42,7 milyard $7.411
Şimali Kipr Türk Respublikası ŞKTR 382,836 3,355 $4,234 milyard $14,942
Ümumi 15,802,000 581,129 $208,771 milyard $24,335

Zirvə Toplantıları[redaktə | mənbəni redaktə et]

Türk Dili Danışan Ölkələr Zirvələri (1992–2010)
Tarix Ev Sahibi Ölkə Ev Sahibi Şəhər Ev Sahibi Lider Qeydlər
1. 30 oktyabr 1992  Türkiyə Ankara Turqut Özal
12 iyul 1993  Qazaxıstan Almatı Nursultan Nazarbayev Almatı Razılaşması: TÜRKSOY -un quruluşu
2. 18 oktyabr 1994  Türkiyə İstanbul Süleyman Dəmirəl
3. 28 avqust 1995  Qırğızıstan Bişkek Əsgər Akayev
4. 21 oktyabr 1996  Özbəkistan Daşkənd İslam Kərimov
5. 9 iyun 1998  Qazaxıstan Astana Nursultan Nazarbayev
6. 8 aprel 2000  Azərbaycan Bakı Heydər Əliyev
7. 26 aprel 2001  Türkiyə İstanbul Əhməd Necdət Sezər
8. 17 noyabr 2006  Türkiyə Antalya Əhməd Necdət Sezər
21 noyabr 2008  Türkiyə İstanbul Abdullah Gül İstanbul Andaşması: Türk PA-nın quruluşu
9. 3 oktyabr 2009  Azərbaycan Naxçıvan İlham Əliyev Naxçıvan Sazişi: Türk Şurasının quruluşu
10. 15 sentyabr 2010  Türkiyə İstanbul Abdullah Gül
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Zirvələri (2011–2021)
Tarix Ev Sahibi Ölkə Ev Sahibi Şəhər Ev Sahibi Lider Mövzu
I 20–21 oktyabr 2011  Qazaxıstan Almatı Nursultan Nazarbayev İqtisadiyyat və ticarət əməkdaşlığı
II 22–23 avqust 2012  Qırğızıstan Bişkek Almazbek Atambayev Təhsil, elm və mədəniyyət əməkdaşlığı[5]
III 15–16 avqust 2013  Azərbaycan Qəbələ İlham Əliyev Nəqliyyat əməkdaşlığı[6]
IV 4–5 iyun 2014  Türkiyə Bodrum Abdullah Gül Turizm əməkdaşlığı[7]
V 10–11 sentyabr 2015  Qazaxıstan Astana Nursultan Nazarbayev Media ve informasiya əməkdaşlığı
VI 1–3 sentyabr 2018  Qırğızıstan Bişkek Sooronbay Jeenbekov Gənclik və milli idmanlar
VII 15 oktyabr 2019  Azərbaycan Bakı İlham Əliyev Kiçik və orta sahibkarlığın dəstəklənməsi
- 31 mart 2021  Qazaxıstan Videokonfrans Qasım-Comərd Tokayev Türkistanın mənəvi paytaxt elan edilməsi, Türk Şurasıın təşkilat səviyyəsinə yüksəldilməsi
VIII 12 noyabr 2021  Türkiyə İstanbul Rəcəb Tayyib Ərdoğan Rəqəmsal çağda yaşıl texnalogiyalar və ağıllı şəhərlər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi
Türk Dövlətləri Təşkilatı Zirvələri (2022-bu gün)
Tarix Ev Sahibi Ölkə Ev Sahibi Şəhər Ev Sahibi Lider Mövzu
I 11 noyabr 2022  Özbəkistan Səmərqənd Şavkat Mirziyayev

Baş Katibləri[redaktə | mənbəni redaktə et]

No. Ad Ölkə Vəzifəyə gəlib Vəzifədən gedib
1 Xəlil Axıncı Türkiyə 3 oktyabr 2009 16 iyul 2014
2 Ramil Həsən Azərbaycan 16 iyul 2014 3 iyul 2018
3 Bağdad Amreyev Qazaxıstan 3 iyul 2018 11 noyabr 2022
4 Kubanıçbəy Ömürəliyev Qırğızıstan 11 noyabr 2022 -

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Turkkon.org Arxivləşdirilib 2012-10-24 at the Wayback Machine  (türk.)
  2. "Congratulatory Message of the Secretary General of the Turkic Council Ambassador Ramil Hasanov, for the statement of the President of the Republic of Uzbekistan, H.E. Shavkat Mirziyoyev regarding Uzbekistan`s accession to the Turkic Council". Turkic Council. 2018-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
  3. "Türk Keneşi". qha.com. 28 iyun 2020 tarixində arxivləşdirilib.
  4. 1 2 "Dünya Bankası". 2015-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  5. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.
  6. "Arxivlənmiş surət". 2014-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.
  7. "Arxivlənmiş surət". 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.