Təkəli (Dərəçiçək) — Vikipediya

Kənd
Təkəli
Təkəlik
40°37′09″ şm. e. 44°34′29″ ş. u.
Ölkə  Ermənistan
Region Dərəçiçək mahalı
Rayon Axta rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.850 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 467 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Təkəli xəritədə
Təkəli
Təkəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təkəliİrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd .[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 20 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir[3]. Erməni mənbələrində Təkərli kimi də göstərilir[4].

Toponim qızılbaşlar türk tayfasına mənsub olan təkəli etnonimi[5] əsasında yaranmışdır. Tayfanın adı təkə formasında da qeyd edilir[6].

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dyişdirilib Artavaz qoyulmuşdur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 335 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 543 nəfər, 1908-ci ildə 641 nəfər, 1914 - cü ildə 807 nəfər, 1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər.

1922-ci ildə kənddə 248 nəfər, 1926-cı ildə 302 nəfər, 1931-ci ildə 416 nəfər[8], 1987-ci ildə 1000 nəfərə qədər azərbaycanlı yaşamışdır.

1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla və qırğınlarla tarixi torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

Təkəlidə 1918-ci ildə 1100 nəfər yaşamışdır. Erməni silahlıları Təkəlini oda qalamış, əhalisini güllədən və qılıncdan keçirmişlər. Həmin soyqırımında təkəlilər 370 nəfər itirmişlər.[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.236
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.16
  5. Qızılbaşlar tarixi (tərcümə və şərhlər M.Ə.Məhəmmədindir), Bakı, «Azərbaycan», 1993. s.16
  6. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.214
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 16-17, 100-101
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.16-17, 100-101
  9. Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.