Tahir Budaqov — Vikipediya

Tahir Budaqov
Vəzifədədir
13 avqust 2015-ci ildən
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiArif Vəliyev
bayraq
Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri
bayraq2
Vəzifədədir
5 mart 2021-ci ildən
ƏvvəlkiƏli Həsənov
bayraq
Nizami rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
23 sentyabr 2009 – 13 avqust 2015
ƏvvəlkiMehbalı Əliyev
SonrakıArif Qasımov
2006 – 2009
1999 – 2006
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1965(1965-01-01) (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.

1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilmişdir.[1]

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunmuşdur.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir, 3 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  2. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.