Tayşo — Vikipediya

Yoşihito
yap. 大正天皇
30 iyul 1912 – 25 dekabr 1926
ƏvvəlkiMeyci
SonrakıHirohito
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tokio
Vəfat tarixi (47 yaşında)
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, monarx, Əsilzadəlik
Atası Meyci
Anası Seken
Həyat yoldaşı Sadako
Uşaqları oğlulları Hirohito
şahzadə Titibu Yasuhito
şahzadə Takamasu Nabuhito
şahzadə Mikasa Takahito
Ailəsi Yaponiya imperator evi
Dini Şintoizm
Hərbi xidmət
Qoşun növü Yaponiya İmperator ordusu
Rütbəsi generalisimus

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperator Tayşo (yap. 大正天皇 Yoşihito (yap. 嘉仁), 31 avqust 187925 dekabr 1926 — 123-cü Yaponiya imperatoru, 1912 - 1926 illər ərzində hakimiyyətdə olmuşdur[1] Onun hakimiyyət dönəmi Tayşo adlandırılır.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

İmperator Tayşo 31 avqust 1879 ildə anadan olmuşdur. O, İmperator Meycinin üçüncü oğlu olmuşdur. Anası Yanaqivara Nauro Saray məslələtcisi Yanaqivari Misinarunun qızı olmuşdur. Yeni doğulan körpəyə Haru adı verilmişdir[2].

1889-ci ildə Tayşo həliəhdə çevrilir. Elə həmin ilin 3 noyabr tarixində şahzadə titulu alır[3]. Üstəlik o, İmperiya ordusu və donanmasının kiçik leytenantı elan edilir. 1909-ci ildə isə general-leytenant və vitse-admiral[2].

1900 ildə o, aristokrat Kuce Mititakinin dördüncü qızı olan Sadako ilə evlənir. Sonrada imperatoriça Teymey adı ilə tanınır. Onların üç oğlu olur:, Hirahito, şahzadə Titibu Yasuhito, şahzadə Takamasu Nabuhito və Mikasa Takahito[2].

30 iyul 1912 il tarixində Meycinin ölümündən sonra Yaponiya imperatoru elan edilir. Üç illik matəmdən sonra rəsmi olaraq səaliyyətlərinə başlayır[2].

Birlik dönəmində və Birinci dünya müharibəsindəki fəaliyyətlərinə görə 9 yanvar 1918-ci ildə Böyük Britaniyanın feldmarşalı elan edilir.

İmperator Meningitdən əziyyət çəkirdi. Cavan yaşlarında xəstəlik aradan qalxsada sonradan yenidən şiddətlənmişdir. Xəstəlik səbəbindən öz səahiyyətlərini yerinə yetirə bilmirdi. 1919-ci ildə parlamentin açılışında belə iştirak edə bilməmişdir. Bu səbəbdən 1926-cı ildə artıq parlament pegent olaraq oğlu Hirohitonu təyin edirlər[2][4]

25 dekabr 1926 ildə imperator 47-yaşında vəfat edir. Onu Tama məqbərəsində bastırırlar (yap. 多摩陵, たまのみささぎ)[2][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Taisho, Emperor // Encyclopedia of Japan (CD-ROM). — Kodansha Ltd, 1999. — ISBN 978-4062099370.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 Император Тайсё // Энциклопедия Ниппоника : [яп.] = Ниппон дайхякка дзэнсё : в 26 т. — 2-е изд. — Токио : Сёгакукан, 1994—1997.
  3. "Tayşonun bioqrafiyası". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
  4. ТАЙСЁ // Япония от А до Я. Популярная иллюстрированная энциклопедия. (CD-ROM). — М.: Directmedia Publishing, «Япония сегодня», 2008. — ISBN 978-5-94865-190-3.
  5. Tama məqbərəsi Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine // İmperator sarayının rəsmi səhifəsi