The Rolling Stones — Vikipediya

The Rolling Stones
Mickey Jagger, Keith Richards, Ronnie Wood, Charlie Watts
Mickey Jagger, Keith Richards, Ronnie Wood, Charlie Watts
Əsas məlumatlar
Üslub rok[1][2][…], blyuz-rok[d][3], psixodelik rok[4][5][…], R&B[6][7], rok-n-roll[8][9], blüz[10][11][…]
Fəaliyyət illəri 1962 - günümüzədək
Ölkə Böyük Britaniya Böyük Britaniya Birləşmiş Krallıq
Şəhər London
Leybl Decca, London, Rolling Stones, Virgin, ABCKO, RonnieWoodİnterscope, Polydor
Heyət Mick Jagger
Keith Richards
Ronnie Wood
Charlie Watts
Keçmiş üzvlər Brian Jones
Ian Stewart
Bill Wyman
Mick Taylor
Dick Taylor
[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

'The Rolling Stones (МФА:[ˈrəʊ.lɪŋ stəʊnz]; ingilis dilindən tərcümədə "yuvarlanan daşlar", məzmun tərcüməsi — «azad səyyahlar» və ya" avaralar"»[12]) — 12 iyul 1962-ci ildə yaranmış və populyarlığına görə The Beatles qrupu ilə ciddi rəqabətdə olan Böyük Britaniya rok-qrupu. Rolling Stones musiqi tarixində ən uğurlu rok-qruplardan sayılır.[13].

Quruluşunun ilk illərində heyətində Brian Johns (gitara, armonica), lan Stewart (piano), Mick Jagger(Mik Caqqer) (vokal, piano), Keith Richards (vokal, gitara), Bill Wyman (bas gitara) və Charlie Watts (bateri) var idi. Wyman - in qrupdan ayrılmasından sonra qrupun tam heyəti Jagger, Richards, Watts və Ronnie Wood - dan ibarət idi. Darryl Jones (bas gitara) və Chuck Leavell davamlı olaraq kömək edirdilər amma qrupun tam üzvləri deyildilər. Qrup 1989 - cu ildə Rock and Roll Hall of Fame-ə daxil oldu. Rolling Stone jurnalı qrubu "Gəlmiş-keçmiş ən yaxşı 100 sənətçi" siyahısında 4-cü yerə qoydu.

The Rolling Stones ilk başda Avropada məşhur idi, daha sonra şöhrətləri 1960 - ların ortasında yaşanan "British Invansion" deyilən ingilis rok musiqi dalğası ilə bərabər Cənubi Amerikaya qədər yayıldı. Ümumilikdə 22 ədəd ( 24 ədəd ABŞ - da) studio albomu yayımladılar. Son albomları, "A Bigger Bang", 2005 - də yayımlanmışdır. 2008 - də Billboard jurnalı qrupu hazırladıqları "Bütün zamanların ən yaxşı sənətçiləri" siyahısında 10 - cu sıraya yerləşdirdi və onları "Billboard Hot 100 Chart" siyahısında ən müvəffəqiyyətli ikinci sənətçi seçdi.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Quruluş, ilk illər və ilk albom: The Rolling Stones[redaktə | mənbəni redaktə et]

Rolling Stones, Dartford - da məktəb yoldaşı olan Mick Jagger və Keith Richards tərəfindən quruldu. İkiliyə daha sonra piyanist Ian Stewart və blues gitaristi Brian Jones da qatıldı. 1960 - cı illərin sonlarında Rolling Stones dünyanın ən böyük Rock'n Roll qrupu olaraq adlandırıldığında qrup çoxdan bu adı özünə yaraşdırmışdı. Rolling Stones ilk başda Chuck Berry (Çak Berri), Howlin Wolf, Muddy Waters, Elmore James-dən ilhamlanan və bu sənətçilərin əsərlərinə repertuarında yer verən bir grup idi. İyul ayında (1962) qrup adının Muddy Waters - in mahnısı olan "Rollin' Stone Blues" dan təsirlənərək Rolling Stones olmasına qərar verdi. İlk konsertləri Londondakı Marquee Club - da baş tutdu. Həmin ilin sonlarına doğru deyilənlərə görə sadəcə səs sistemi olduğu üçün Billy Wyman da qrupa qatıldı. 1963-ün yanvar ayında Charlie Watts qrupa qatıldı və qrupla bərabər ilk konsertini verdi. Qrupun konsertlərində çox vaxt Jimmy Hendrix, Eric Clapton, Pete Townshend kimi şəxslər yer alırdı. Aprel ayında Andrew Loog Oldham, qrupu Crawdaddy - də izləmə fürsəti tapdı və sabahkı gün Rolling Stones-la müqavilə imzaladı. May ayında isə Stones Decca Records-la müqavilə imzaladı. Bir ay sonra da Rolling Stones-un ilk single-ı "Come on" təqdim olunur. İkinci single isə qrupa John Lennon və Paul McCartney (Pol Makkartni) tərəfindən verilən "I wanna be your man" oldu. 1964, yanvar ayında Rolling Stones-un 4 amerikan rock'n'soul klassikasının cover-indən ibarət EP (extended play) - si təqdim olundu. Fevral ayında isə Bo Diddley-in "Not Fade Away"-in bir versiyası olan üçüncü single-ı təqdim olundu. "Not Fade Away" qrupun siyahılarda ilk 10-luğa girə bilən ilk single-ı oldu. Adı olmayan ilk albom isə siyahılara birinci yerdən giriş elədi. İyun ayında isə Valentinos-un "It's All Over Now" single-ı bir nömrəyə yüksəldi və "Qızıl Val" mükafatını aldı. Avqust ayında qrupun "Five By Five" EP-si təqdim olundu və noyabrda da Willie Dixon-un "Little Red Rooster" adlı mahnısına elədikləri cover-lə qrup təkrar bir nömrəyə qalxdı.

1965-69[redaktə | mənbəni redaktə et]

Billboard jurnalında Rolling Stones haqqında, 1965

1965-ci ildə qrupun ikinci albomu "The Rolling Stones 2" təqdim olundu. Həmin ilin fevralında albomun ilk single-ı "The Last Times" siyahılara birincilik edirdi. Avqustda bazara çıxan "Satisfaction (I Can't Get No)" isə həm bir nömrəyə yüksəldi, həm də qrupun ən önəmli mahnılarından biri oldu. Bir sonrakı ayda qrupun Mart ayında İngiltərədə verdiyi konsertin çəkilişindən olan "Got Life If You Want It", Amerikada çəkilişləri tamamladıqları "Out Of Our Heads" albomu isə İyul ayında bazara çıxarıldı. 1966-cı ildə Rolling Stones-un fərqli alətlərdə sınadığı və içində 11 dəqiqə davam edən mahnılarının olduğu "Aftermath" albomları, fevral ayında işıq üzü görən "19th Nervous Breakdown" single-larının ardından yayımlandı.1966-cı ildə qrupun yenə partlayış edən single-larından "Paint it Black", sentyabr ayında isə "Have You Seen Your Mother Baby,Standing In The Shadows?" single-ı işıq üzü gördü. 1967-ci ilin fevralında Mick və Keith həbs olunmadan əvvəl qrupun üçüncü albomu olan "Between The Buttons" təqdim edildi. Məhkəmələrdə keçən müddətin ardından qrup "Sunday Night At The London Palladium" televiziya verilişində mübahisələrə yol açan "Let's Spend The Tonight Together" və "Ruby Tuesday" single-larını səsləndirdilər. Avqust ayında Jagger və Richard-ın ittiham müddətində onlara dəstək olan fanatlarına ithafən "We Love You" single-ı və dekabr ayında isə növbəti albomları olan "Their Satanic Majesties Request" təqdim olundu. 1968-ci ilin mayında Rolling Stones "NME Pollwinners" konsertinin sonunda performansını sərgilədi. Bu konsertdə səsləndirdikləri yeni single-ları "Jumpin' Jack Flash" və "Satisfaction"-dan da anlaşılacağı qədərilə qrup Blues günlərinə geri qayıdırdı. Avqust ayında "Beggast Bangues" albomu bazara çıxdı. 1969-cu ilin 8 iyununda Brian, yeni bir qrup qurmaq istədiyini əsas gətirərək qrupdan ayrıldı. Qrupun yeni gitaristi isə "John Mayal's Bluesbakers"-dən Mick Taylor oldu. 3 iyulda Brian Johns "Sussex"-dəki evinin hovuzunda ölü tapıldı. Brian-ın xatirəsə həsr olunan, Hyde Park-da(Hayd-park) verdikləri konsertdən bir həftə sonra yeni single "Honky Tonk Woman" işıq üzü gördü və listlərdə birinci sıraya yüksəldi. Həmin ilin dekabrında qrupun bir sonrakı albomu "Let It Bleed" təqdim olundu.[14]

1970-79[redaktə | mənbəni redaktə et]

Keith Richards,1972

1970-ci ildə, Mick Jagger-in 1968-ci ildə çəkdiyi "Performance" filmi yayımlandı. Həmin ilin sentyabr ayında qrupun bir il öncə "Medison Square"-da verdiyi konsertin çəkilişindən ibarət olan albom təqdim olunarkən, 1969-cu ildə verdikləri konsertlərin filmi isə "Gimme Shelter" adı altında yayımlandı. 1971-ci ildə Decca ilə müqavilələri sona çatan qrup, özlərinə məxsus "Rolling Stones Records"-la 2 yeni single: "Brown Sugar" və "Bitch"-i ərsəyə gətirdilər.Aprel ayında əsas albomlardan biri hesab edilən və üz qapağında "Andy Warhol" çalışmaları olan "Sticky Fingers" işıq üzü gördü. 1972-ci ilin aprel ayında isə "Exile On Mainstreet" double albomundan çıxan "Tumbling Dice" Keith Richards-ın Cənubi Fransadakı evində yazıldı. 1973-cü ilin avqustunda "Goats Head Soup" albomundan "Angie" single-ı bazara çıxarıldı. 1974-cü ilin iyul ayında ilk 10-a girən "It's Only Rock'n Roll" Ronnie Wood-un Cənubi Londondakı evində geri vokallarda David Bowie və bateridə Kenny Johns-la birgə qeydə alındı. Həmin ilin dekabr ayında Mick Taylor solo çalışmalara başlamaq üçün qrupdan ayrıldı. 1975-ci ildə Münhendə qrupun haqqında çıxan söz-söhbətin ardından bir sonrakı albom "Black and Blues" üçün qrup hazırlıqlara başladı və sonrasında Mick Taylor-un yerinə keçən yeni üzvün adını açıqladılar: Ronnie Wood. 1976-cı ilin avqustunda gözlənilən albom işıq üzü gördü. Albomdan "Fool to Cry" mahnısı top listlərdə ilk 10-a girməyi bacardı. 1977-ci ilin fevralında qrup Torontoda kiçik konsertlər verib, albom üçün çəkilişləri davam etdirərkən Keith Richards və Anita Pallenberg həbs olundu. Həmin ilin oktyabrında qrupun bir öncəki turnesindən və Torontodakı konsertlərin çəkilişlərindən ibarət "Love You Live" double albomu təqdim olundu. 1978-ci ildə rəqs musiqilərindən təsirlənərək ortaya çıxan və eyni zamanda ilk "12 inc"-lik single örnəklərindən olan "Miss You", Amerikadakı musiqi listlərinə birinci sıradan daxil oldu. Single-ı "Some Girls" LP(Long Play)-i izlədi. 1979-cu ildə Ronnie Wood, üçüncü solo albomu olan "Gimme Some Neck"-i təqdim etdi.

1980-90[redaktə | mənbəni redaktə et]

1980-ci ilin iyun ayında yeni single reggea və disco sound-larından ibarət "Emosional Rescue" bazara çıxdı və single-ı yenə eyni adı daşıyan albom izləməyə davam etdi.1981-ci ilin avqustunda təqdim edilən " Start Me Up" listlərdə çıxdığı ilk gündən top 10-a girməyi bacardı. Bu single-ı isə "Tattoo You" albomu izlədi. Həmin il Rolling Stones, səhnədə avanqard çalışmaların olduğu meqa-stadion turnelərinə başladı. 1982-ci ildə Rolling Stones-un Avropada verdiyi konsertlər böyük müvəffəqiyyət qazandı.

Keith Richards və Ron Wood, 1982. Turin konserti

İyunda canlı çəkilişlərin də olduğu "Still Life" albomu bazara çıxarıldı.1983-cü ilin avqustunda "Paris Ritz Otel"-ində Mick Jagger, Keith Richards və "CBS"-in başı olan Walter Yetnikoff arasında 28 mln dollara Rolling Stones-un 4 yeni studiya albomu çıxarılması üçün müqavilə imzalandı. Həmin ilin oktyabrında "Undercover Of The Night" single-ı ərsəyə gətirildi. 1985-ci ilin fevralında Rolling Stones "Dirty Work" albomunun səsyazması üçün "Pathe-Marconi" studiyasına müraciət etdi. Mick Jagger ilk solo albomu olan "She's The Boss"-u bazara çıxardı. İyun ayında David Bowie ilə birlikdə hazırladıqları "Dancing In The Street" bazara çıxarıldı. Mick Jagger eyni zamanda Tina Turner ilə birlikdə Philadelphia-da konsert verdi. 1985-ci ilin sonlarına yaxın Rolling Stones yeni albomunun çalışmalarına başladı. Çalışmaların sonuna yaxın qrupun uzun müddət meneceri olmuş Ian Stewart Londonda vəfat etdi. 1986-cı ildə geri vokallarda əfsanəvi Bobby Womack-in də olduğu Bob&Earl-ün 1964-cü ildəki xiti, 1986-cı ilin martında bazara çıxarıldı. "Dirty Work" albomu Ian Stewart-a həsr olundu. 1987-ci ildə Keith Richards Virgin Records-da hazırlanan ilk solo albomunun səsyazması üçün Monrealdakı "Le Studio"-ya müraciət etdi. Taylor Hackford-un Chuck Berry tribute-u "Hail! Hail! Rock'N'Roll" oktyabr ayında göstərişə çıxdı. Filmdə rol alanlar Chuck Berry, Eric Clapton, Etta James, Julian Lennon və Keith Richards-ın özü idi. 1988-ci ildə Mick Jagger ikinci solo albomu "Primitive Cool"-u təqdim etdi. Həmin ilin sentyabrında Keith Richards-ın ilk solo albomu "Talk isə Cheap" işıq üzü gördü. Albomdan çıxan ilk single "Tale It So Hard" oldu. 16 iyul 1988-də evi Yamaykada olan Keith Richards, ölkədə baş verən fırtanaya görə "Dominion" teatrında baş tutan xeyriyyə konsertində iştirak etdi. Bu konsertdə Keith Richards U2-ilə birlikdə 2 mahnı ifa etdi. 1983-cü ilin əvvəllərində Rolling Stones, Rock and Roll Hall of fame- ə daxil edildi. "Start Me Up" single-ı işıq üzü gördü. Yenə 1989-cu ildə Mick Jagger və Keith Richards, Eddy Grantın Barbaros-dakı stüdiyasında bir araya gələrək, birlikdə işləyib-işləməyəcəklərinə dair müzakirələr apardılar. 2 ay sonra ikilinin 12 yeni mahnısı hazır idi. Təkrar 60-cı, 70-ci illərin sound-larına qovuşduqları single-ların səsyazma və mix çalışmaları 5 həftə kimi qısa bir müddətdə başa çatdırıldı. İyul ayında jurnalistlərə verdikləri müsahibələrdə Rolling Stones-un yeni albomu "Steel Wheels" in yaxında hazır olacağı xəbərini verdilər. Və avqust ayında albomdan çıxan ilk single "Mixed Emotions"la birlikdə qrup top listlərə geri dönüş etdi. Albomu dəstəkləmək məqsədilə getdikləri turnelər də qrupun ən böyük səhnə performansı olaraq qəbul edildi.

1991-2005[redaktə | mənbəni redaktə et]

1991-ci ildə qrupun bütün üzvləri solo albomlar üzərində çalışmağa başladılar. 1992-ci ildə Richards ikinci solo albomu olan "Main Offender"-i Virgin Records-ün yardımıyla bazara çıxardı. Bir il sonra, yəni 1993-ce ildə, Rolling Stones 30-cu il dönümünü qeyd elədi. BBC-dəki "London Tonight"- verdikləri müsahibədə Bill Wyman qrupdan ayrıldığını açıqladı. 1993-cü ildə Mick Jagger üçüncü solo albomu "Wandering Spirit"i bazara çıxardı. 1994-cü ildə yeni albomlarının ön çalışmasını Barbadosda tamamlayan qrup üzvləri, albomu Dublində sonlandırdılar. "Virgin"-lə ilkin anlaşmadan sonra ilkin albom "Voodoe Lounge" oldu. Albomu dəstəkləmək üçün verdikləri konsertdə MTV-nin "Ömür Boyu Müvəffəqiyyət" mükafatına layiq görüldülər.Həmçinin Rolling Stones həmin ilin 10 noyabrında verdikləri konserti internetdən yayınlayaraq bir ilkə daha imza atmış oldular. 1995-ci il Rolling Stones-un daha öncə heç konsert vermədiyi Cənubi Amerika turnesi ilə başladı. Turne zamanı "Street Fighting Man"-in akustik versiyası tamamlandı. Yenə 95-ci ildə qrup növbəti albomları "Stripped"-i və ilk CD-ROM-ları (Voodoe Lounge) bazara çıxardı. 1966-cı ildə qrup üzvləri hazırladığı film musiqiləri ilə gündəmdə qalmağı bacardı. Bəhsi keçən filmlərin siyahısına Casino, The FunBasquiat daxildi. Və yenə 1996-cı ildə solo çalışmalara qayıtdı. 1997-ci ilin sonunda qrupun "Bridges to Babylon" albomu və 1998-ci ildə qrupun üçüncü canlı çəkilişlərindən ibarət "No Security" albomu bazara çıxarıldı. 2001-ci ildə isə qrupun, 1960-cı ildən 1990-cı ilədək verdiyi müsahibələrdən ibarət "As It Happened" işıq üzü gördü. Mick Jagger-in dördüncü və son solo albomu 19 noyabr 2001-ci il tarixli "Godess in the Doorway" oldu. Mick Jagger-ə bu albomunda Bono, Lenny KravitzRob Thomas kimi simalar müşayiət etdilər. Çıxan ilk single "God Gave Me Everything"-i Lenny Kravitz bu albom üçün bəstələdi və mahnının geri vokallarında da yer aldı. 2002-ci ildə "Forty Licks" adlı seçilmə albom işıq üzü gördü. Bu albomda onlar 40 ən yaxşı mahnılarına yer vermişdilər. 2005-ci ildə isə 8 illik fasilədən sonra "A Bigger Bang" adlı yeni albomlarını təqdim etdilər. Albomdan "Street of Love" və "Rain Fall Down" mahnıları böyük rəğbət gördü.[15]

2006-cı il - səhnədə 50-ci il[redaktə | mənbəni redaktə et]

Qrup 2012-ci ildə 50-ci ildönümünü qeyd elədi. Və 50-ci ildönümlərinin şərəfinə "50" adlı böyük cildli kitab nəşr etdirdi. Qrupun dodaq və dildən ibarət emblemi yenilənərək 50-ci ildönümü boyunca istifadə edildi.

Qrup üzvləri 2012 və 2013-cü illərdə yeni bir dünya turnesinə hazırladıqlarını açıqladı. Keith Richards hazırlıqların davam etdiyini təsdiqləyərkən, Mick Jagger 2012-nin payızında səhnədə olacaqlarını söylədi.[16][17] Brett Morgenin rejissorluğu ilə çəkilən, Rolling Stones-un 50 illik həyatından bəhs edəcək HBO filmi 2012-ci ilin sentyabrında təqdim olunacağı açıqlandı.[18] Bu proyekt Rolling Stone jurnalının "mart,2012" buraxılışında özünə yer tapdı. Həmin buraxılışda filmdə qrupun barlarda çaldığı ilk günlərindən dünyanın ən yaxşı Rock and Roll qrupu olmasına qədər keçən müddətdən bəhs olunacağı duyuruldu.[19] Morgen bu film üçün təxmini 50 saatlıq müsahibələr götürdü.[20] 30 avqust 2012-ci ildə filmin adının Crossfire Hurricane olacağı bildirildi. Bu ad Stones-un 1968-ci ilin xit single-ı Jumpin' Jack Flash-in sözlərindən alındı.

4 sentyabr 2012-ci ildə, The Rolling Stones, GRRR! adında seçmə bir albom hazırlığında olduqlarını bildirdilər. Albomun 12 noyabrda təqdim ediləcəyi də bildirildi. Albom 4 fərqli formatda endirilə biləcək. Albomda əlavə olaraq "Doom and Gloom" və "One More Shoot" adında 2 yeni single da dinləyə biləcəyik.[21][22] 1 oktyabr 2012-ci ildə, Rolling Stones "Doom and Gloom" adlı mahnılarını rəsmi YouTube səhifəsindən yayınladı.[23] 8 oktyabrda növbəti single-ları "One More Shoot"- da YouTube səhifəsinə əlavə elədilər.[24]

Rolling Stones,2015

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Hackney Diamonds
  • Blue & Lonesome
  • Shine A Light Single Disc Edition
  • Shine A Light Deluxe Edition
  • A Bigger Bang
  • Live Licks
  • No Security
  • Bridges to Babylon
  • Stripped
  • Voodoo Lounge
  • Flashpoint
  • Steel Wheels
  • Dirty Work
  • Undercover
  • Still Life
  • Tattoo You
  • Emotional Rescue
  • Some Girls
  • Love You Live
  • Black And Blue
  • It's Only Rock 'N Roll
  • Goat's Head Soup
  • Exile On Main St
  • Sticky Fingers
  • Get Yer Ya Ya's Out
  • Let It Bleed
  • Beggars Banquet
  • Their Satanic Majesties Request
  • Flowers
  • Between The Buttons
  • Got Live If You Want It
  • Aftermath
  • December's Children (And Everybody's)
  • Out Of Our Heads
  • The Rolling Stones Now!
  • The Rolling Stones No. 2
  • 12 x 5
  • The Rolling Stones (England's Newest Hitmakers)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.bbc.co.uk/news/entertainment-arts-26512226.
  2. http://www.purevolume.com/XanderandThePeacePirates.
  3. http://www.musicomh.com/reviews/albums/family-rain-volcano.
  4. http://shop.midimusic.de/midifile-rolling-stones-2000-lightyears-from-home-a4060.html.
  5. http://cleorecs.com/store/shop/stoned-a-psych-tribute-to-the-rolling-stones-lp/.
  6. http://www.telegraph.co.uk/culture/culturenews/8065721/Keith-Richards-Mick-Jagger-has-been-unbearable-since-1980s.html.
  7. http://www.contactmusic.com/discovery/music/discoveryx21x07x09.
  8. http://www.npr.org/blogs/talk/2008/06/a_toast_using_every_word_to_ge.html.
  9. http://www.tandfonline.com/doi/full/10.1080/03007760903142889.
  10. http://musicfeeds.com.au/features/zeahorse/.
  11. http://www.npr.org/2012/11/29/166114425/turning-up-the-volume-on-the-electric-blues.
  12. http://idioms.yourdictionary.com/rolling-stone Arxivləşdirilib 2011-11-16 at the Wayback Machine rolling stone idioms and phrases
  13. "The Top 1000 Artists of All Time". acclaimedmusic.net. 2012-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-08.
  14. ""The Rolling Stones Through the Ages" (English) May 4, 2020". March 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2021.
  15. The Rolling Stones | BİYOGRAFİ Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine ttnetmuzik.com.tr
  16. Keith Richards: Rolling Stones are rehearsing Arxivləşdirilib 2012-10-17 at the Wayback Machine - BBC News Online
  17. Mick Jagger: Rolling Stones to perform later this year Arxivləşdirilib 2012-10-25 at the Wayback Machine - Rollingtimes.org
  18. The Rolling Stones announce documentary chronicling their 50 year career Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine - rollingstones.com
  19. Bill Wyman in Rolling Stones HBO programme Arxivləşdirilib 2013-01-02 at the Wayback Machine - billwyman.com
  20. Rolling Stones Documentary Coming to HBO in Fall Arxivləşdirilib 2013-10-03 at the Wayback Machine - rollingstone.com
  21. The Rolling Stones announce a 50th anniversary greatest hits album, 'GRRR!' Arxivləşdirilib 2012-10-25 at the Wayback Machine - rollingtimes.org
  22. GRRR! The Rolling Stones announce greatest hits album Arxivləşdirilib 2013-03-29 at the Wayback Machine - rollingstones.com
  23. "The Rolling Stones -- Doom And Gloom (Lyric Video)". 2012-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  24. "The Rolling Stones - One More Shot - OFFICIAL Audio Video". 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Хектор, Джеймс «Полный путеводитель по музыке: Роллинг Стоунз» (перевод с английского). — Москва: Локид, 1997. С. 10-21. — ISBN 5-86217-069-3.
  • //СЭНДФОРД, Кристофер// Мик Джаггер — просто крутой (перевод с английского). Москва: Терра Книжный клуб, 1999 ISBN 5-300-02446-5.
  • Уаймен, Билл «Роллинг Стоунз» (перевод с английского). — Москва: Росмэн-Пресс, 2003. — ISBN 5-353-01086-8.
  • Wyman, Bill «Rolling with the Stones». — DK Publishing, 2002. — ISBN 0-7894-9998-3.
  • Jagger, Mick; Richards, Keith; Watts, Charlie; Wood, Ronnie «According to the Rolling Stones». — Chronicle Books, 2003. — ISBN 0-8118-4060-3.
  • Mankowitz, Gered «The Rolling Stones — Out of Their Heads. Photographs 1965-67 and 1982». — [ISBN 3-89602-664-X]

Mənbə[redaktə | mənbəni redaktə et]