Toğrul Əsədullayev — Vikipediya

Toğrul Əsədullayev
Toğrul Mirnazim oğlu Əsədullayev
Ümumi məlumatlar
Doğum tarixi 11 mart 1982(1982-03-11) (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Mirnazim Əsədullayev
Musiqiçi məlumatları
Fəaliyyəti alim, musiqiçi, musiqişünas, müəllim
Musiqi aləti kamança
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Toğrul Mirnazim oğlu Əsədullayev (11 mart 1982, Bakı) — musiqiçi, kamança ifaçısı. Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsədullayev Toğrul Mirnazim oğlu 11 mart 1982-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. O, 1991–1996-cı ildə Tofiq Quliyev adına 12 saylı UMM-ni, 1996–2000-ci ildə Asəf Zeynallı adına musiqi kollecini, 2000–2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin bakalavr pilləsini, 2004–2006-cı ildə magistratura pilləsini "Fərqlənmə diplomu" ilə bitirmiş, 2006–2009-cu ildə aspirantura pilləsində təhsil almişdır.

1994-cü ildə "Qönçə 94", 1995-ci ildə tarzən Hacı Məmmədovun xatirəsinə həsr olunmuş məktəblərarası "II Bakı müsabiqəsi"nin, 1996-cı ildə "Qönçə 96" festivalının, 1998-ci ildə "VII Respublika müsabiqəsi"nin, Muğam Assosiasiyasının təşkil etdiyi "Muğam-98", "Muğam-99" və "Muğam-2000" festivalının qalibi olmuşdur.

1997–2000-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin Əhməd Bakıxanov adına XÇA (Xalq Çalğı Alətləri) ansamblında, 2000–2004-cü ildə həmin şirkətin Baba Salahov adına "Araz" XÇA ansamblında fəaliyyət göstərmişdir.

2004-cü ildə ADMİU-də, Sumqayıt Musiqi TexnikumundaBülbül adına Musiqi məktəbində solo konsertlərlə çıxış etmişdir.

2005-ci ildə Alman-Azərbaycan Mədəniyyət Birliyi Kopellhaus sarayında "İki ziddiyyət" adlı solo konsert vermişdir.

1998–2008-ci illərdə Tofiq Quliyev adına 12 saylı UMM-də, 2008-ci ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasının "İnstrumental Muğam" kafedrasında kamança müəllimi vəzifəsində çalışır.

O, 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində "Xalqlararası Şərq Təranələri" festivalında I yerə, 2008-ci ildə Kanadada keçirilən "Niaqara kamera musiqisi" festivalında muğam üçlüyü tərkibində Qran-Pri mükafatına layiq görülmüşdür.

Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən "Muğam 2007", "Muğam 2011", "Muğam 2013", "Muğam 2015" Televiziya müsabiqəsində kamança ifaçısı kimi iştirak etmişdir. 2009, 2011, 2013 və 2015-ci illərdə Qəbələ Musiqi Festivalının iştirakçısı olmuşdur.

Toğrul Əsədullayevin ifa etdiyi "Nəva", "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Hümayun", "Rahab" kimi müğamlar Azərbaycan Dövlət Telaradio Şirkətinin Qızıl Fondunda saxlanılır.

2012-ci ildə Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin finalında çıxış edən məşhur müğənni Emin Ağalarovu müşayiət etmişdir.

2015-ci ildə "kamança ifaçıları və onların muğam sənətinin inkişafında rolu və əhəmiyyəti" adlı mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmişdir.

2015-ci il sentyabrın 14-də Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

1997-ci ildən etibarən ABŞ, Meksika, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Norveç, İtaliya, Avstriya, İspaniya, Fransa, İsveç, İsveçrə, Yunanistan, Litva, Latviya, Rumıniya, Slovakiya, Polşa, Türkiyə, İran, Ukrayna, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan həmçinin Rusiyanın bir sıra şəhərlərində dəfələrlə Azərbaycanın milli musiqisini təmsil etməkdədir.

1 may 2017-ci ildə[1], 9 may 2018-ci ildə[2] və 10 may 2019-cu ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Qala (bədii film)
  2. Muğam (televiziya filmi)
  3. Kaman (qısametrajlı sənədli film)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.