Tohoku regionu — Vikipediya

Tohoku regionun yerləşməsi
Tohoku regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Honşu
Statistika
Sahə 66889,55 km²
Əhali 9020531 nəf.
   Əhali sıxlığı 130 nəfər/km²
Prefekturalar 6

Tohoku regionu (東北地方, Tōhoku-chihō?, şimal-şərq)Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, YamaqataFukuşima.

Adı[redaktə | mənbəni redaktə et]

Tohoku regionun adı iki sözdən ibarətdir: (?) şərq deməkdir, hoku (?) isə şimal. Ona həmçinin Ou (奥羽, Ōu?) deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır.[1]

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir.[2]

Dağlar[redaktə | mənbəni redaktə et]

Göllər[redaktə | mənbəni redaktə et]

Çaylar[redaktə | mənbəni redaktə et]

Parklar[redaktə | mənbəni redaktə et]

Əhali[redaktə | mənbəni redaktə et]

Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır. Aomori, Morioka, Akita, FukuşimaYamaqata kimi prefektura mərkəzləri və Haçinohe, Koriyamaİvaki kimi sənaye və ticarət mərkəzləri də urbanistik yığılma yerləridirlər.[2]

Regionun əhalisi əsasən Yapon dilinin eyni adlı Tohoku dialektində (東北方言 Tōhoku hōgen və ya 東北弁 Tōhoku-ben) danışır.[3]

Tarix[redaktə | mənbəni redaktə et]

Keçmişdə bu region Miçinoku adını daşıyırdı.[4]

2011-ci ilin martın 11-də Tohokuda zəlzələsi və sunami baş verdi.[5]

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Tohoku həmişə Yapniyanın zəif inkişaf etmiş regionu kimi tanınırdı.[6] Bu region əsasən aqrardır. 2014-cü ildə kənd təsərrüfatın əsas gəlirləri ilk növbədə düyü istehsalından, bundan sonra isə, heyvandarlıqdan, tərəvəz və meyvə istehsalından gəldi.[7] Lakin, kənd təsərrüfatından başqa, 1960-cı illərdən bəri burda həmçinin dəmir, polad, sement, kimyə, ağac, və neft emalı kimi sənayələr inkişaf etməyə başladılar.[8]

Tohoku 2011-ci ilin təbii fəlakətindən böyük zərər almışdı. Lakin sonra, regionun iqtisadiyyatı dirçəlməyə başladı.[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Britannica". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  2. 1 2 Хасэгава Н. Регион Тохоку // Энциклопедия Ниппоника: в 26 тт. 2-е издание. — Токио: Сёгакукан, 1994—1997.
  3. "All You Need to Know About Japan's Weirdest Dialect, Tohoku-ben". 2015-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  4. Hanihara, Kazuro. "Emishi, Ezo and Ainu: An Anthropological Perspective," Arxivləşdirilib 2011-10-02 at the Wayback Machine Japan Review, 1990, 1:37 (PDF p. 3).
  5. "Arxivlənmiş surət". 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  6. Dentsu. (1970). Industrial Japan, Issues 18-26, p. 58 Arxivləşdirilib 2016-04-28 at the Wayback Machine; retrieved 2013-4-17.
  7. [1] Arxivləşdirilib 2015-05-14 at the Wayback Machine p. 26
  8. "Japan Tohoku". 2011-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  9. "The Tohoku Economy Two Years On Growing divergence in recovery speeds and more diverse challenges". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]