TouchArcade — Vikipediya

TouchArcade
URL toucharcade.com
Dilləri ingilis dili
Alexa reytinqi
  • 23.590 (1 dekabr 2017)[1]

"TouchArcade" — ABŞ videooyun veb saytı.

Tarixi[redaktə | mənbəni redaktə et]

"TouchArcade" 2008-ci ildə[2] "Apple" ilə bağlı "MacRumors" məhsul saytının müəllifi Arnold Kim tərəfindən təsis edilmişdir.[3] Saytın məzmununun əsas mövzusu mobil cihazlar və portativ oyun sistemləri üçün videooyunlardır. Saytın nəzərdən keçirdiyi əsas platforma "iOS"dir. Bununla belə, "TouchArcade" saytı "Android" və "Nintendo Switch" kimi digər platformalar üçün videooyun resenziyaları və xəbərləri dərc edir. Bundan əlavə, sayt podkast hazırlayır.[4]

"CNET" saytı "TouchArcade"i altıncı ən yaxşı videooyun bloqu adlandırmış,[5] "Time" jurnalı isə özünün tərtib etdiyi internetdəki ən yaxşı əlli sayt siyahısına əlavə etmişdir.[4]

2015-ci ildə sayt kraudfundinq platforması vasitəsilə vəsait toplama platformasını işə salmışdır. Saytın müəllifləriə görə, buna səbəb videooyun istehsalçılarının videooyun saytlarından daha az reklam sifariş etməsi və daha çox proqramdaxili reklamlara güvənməsi olmuşdur. "The Guardian" qeyd etmişdir ki, "TouchArcade" kraudfandinqə müraciət edən ilk müstəqil jurnalistika saytı deyil.[6] Torluf Yernström "Pocket Gamer" üçün bir məqalədə "TouchArcade"in yaşadığı maliyyə çətinliklərinin saytın populyarlığı artan "free-to-play" videooyunlara tamamilə məhəl qoymaması ilə əlaqədar olduğunu əlavə etmişdir.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Alexa Internet (ing.). 1996.
  2. Eli Hodapp. "TouchArcade Needs Your Help, Please Support Our Patreon". TouchArcade (ingilis). 2015-06-23. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  3. Dan Frommer. "Nephrologist To Mac Blogger: The Unlikely Career Path Of MacRumors' Arnold Kim". Insider (ingilis). 2008-08-16. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  4. 1 2 Harry McCracken. "Touch Arcade". Time (ingilis). 2011-08-16. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  5. Stuart Dredge. "Top ten gaming blogs". CNET (ingilis). 2009-11-06. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  6. Stuart Dredge. "TouchArcade Patreon raises wider issues of online journalism economics". The Guardian (ingilis). 2015-06-24. 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  7. Torulf Jernström. "Can premium mobile games make a comeback?". Pocket Gamer (ingilis). 2015-11-25. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.