Tsxinvali döyüşü — Vikipediya

Tsxinvali döyüşü
Rusiya-Gürcüstan müharibəsi
Qoşunların Tsxinvali ətrafında hərəkəti. Mavi oxlar Gürcüstan qoşunlarının hərəkətini, qırmızı oxlar isə Rusiya qoşunlarının hərəkət istiqamətini əks etdirir.
Tarix 8-11 avqust 2008-ci il
Yeri Gürcüstan Tsxinvali, Gürcüstan
Nəticəsi Rusiyanın strateji qələbəsi
Gürcü qoşunları Tsxinvalini tərk etdi
Münaqişə tərəfləri

Gürcüstan Gürcüstan

Rusiya Rusiya
Cənubi Osetiya Cənubi Osetiya

Komandan(lar)

Gürcüstan Mixeil Saakaşvili
Gürcüstan Davit Kezeraşvili
Gürcüstan Mamuka Kuraşvili
Gürcüstan Vano Merabişvili
Gürcüstan Zaza Qoqava

Rusiya Anatoli Xrulyov
Rusiya Marat Quləhmədov
Rusiya Sulim Yamadayev[1]
Cənubi Osetiya Anatoli Barankeviç
Cənubi Osetiya Vasili Lunev

Tərəflərin qüvvəsi

Gürcüstan Gürcüstan

  • 10,000-11,000 nəfər (xüsusi təyinatlılar daxil olmaqla)
  • 100 tank[2]
  • 27 Qrad qurğusu[3]

Rusiya Rusiya

  • İlk mərhələdə 984 nəfər sülhməramlı qismində.
  • Sonradan əlavə qüvvələrlə birlikdə 10,000 nəfərdən çox
  • 150 tank və zirehli texnika[4]

Cənubi Osetiya Cənubi Osetiya

  • 3,500 nəfərdən çox
İtkilər

Gürcüstan Gürcüstan

  • 7 ədəd T-72 tankı (Tsxinvalidə)
  • 2 ədəd T-72 tankı (Tsxinvali-Xetaqurovo yolunda)[5]

Rusiya Rusiya

  • 2 ədəd tank (T-72B və və T-62M) Tsxinvalidə
  • 1 ədəd T-72 tankı (Zemo-Xviti yaxınlığında)[6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsxinvali döyüşü (gürc. ცხინვალის ბრძოლა; rus. Бои за Цхинвали) — Rusiya-Gürcüstan müharibəsi zamanı Tsxinvali şəhəri uğrunda gedən döyüş. Bu döyüş müharibə ərzində yeganə böyük qarşıdurma olaraq tarixə keçmişdir. Döyüş 8 avqust 2008-ci il səhəri gürcü qoşunlarının artilleriya atəşindən sonra şəhərə daxil olması ilə başlamışdır. Onların qarşısı şəhər ərazisində yerləşən osetiyalı döyüşçülər və Rusiya Silahlı Qüvvələrinin burada yerləşən sülhməramlı qüvvələri tərəfindən alınmışdır. Rusiya qoşunları Cənubi Osetiya ərazisinə Roki tuneli vasitəsilə daxil olurdu. Gürcü qoşunları şəhəri tərk etməyə məcbur olduqdan sonra bir neçə dəfə yenidən hücum etməyə cəhd etsə də, bu hücumlar heç bir nəticə verməmişdi. Ərazi mürəkkəb relyef şəraitinə malik olduğu üçün rus qoşunlarının bura gəlib çatması vaxt itkisinə səbəb olmuşdur. Gərgin döyüşlərdən sonra Gürcüstan Silahlı Qüvvələri 10 avqust tarixində şəhəri tərk etməyə məcbur oldu. 11 avqustda isə bütün gürcü qoşunları Cənubi Osetiyanı tərk etməyə məcbur oldu. Üçgünlük döyüşlər Tsxinvali şəhərinə böyük ziyan vurmuş, şəhər ərzisinin bəzi hissələri dağılmışdır.

Arxa plan[redaktə | mənbəni redaktə et]

Tsxinlavi Qori şəhərindən təqribən 25 km məsafədə yerləşir.[7] 7 avqust 2008-ci ildə Gürcüstan hakimiyyəti Rusiya qoşunlarının Rusiya ilə Cənubi Osetiya bölgəsini birləşdirən Roki tuneli istiqamətində hərəkət etməsi barədə kəşfiyyat məlumatı əldə edir. Almaniyanın Der Spiegel mətbu orqanının verdiyi məlumata görə, bu hadisədən sonra gürcü tankları həmin tuneli bağlamaq üçün hərəkətə keçmişdir. Həmçinin, Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Tsxinvalidən bir qədər şimalda yerləşən Qupta körpüsünü bombalamaq əmri almışdır.[8]

Bəzi rus mənbələrinin verdiyi məlumata görə, 7 avqustda Gürcüstan Silahlı Qüvvələrinin 2-ci, 3-cü və 4-cü piyada briqadaları, artilleriya briqadası, Qori tank batalyonu və xüsusi təyinatlılar da daxil olmaqla təqribən 16,000 nəfər hərbçi Cənubi Osetiya sərhədinə yeridilmişdir. Buna baxmayaraq, bir çox Qərb mənbələrinin məlumatında isə həmin istiqamətdə hərəkət edən gürcü qoşunlarının sayının 12,000 nəfər olduğu qeyd olunmuşdur.[9][10]

Strateji və Texnoloji Araşdırmalar Mərkəzinin (CAST) qurucusu Konstantin Makienkonun verdiyi məlumata görə, gürcü qoşunlarının əsas məqsədi sürətli hücumla Cənubi Osetiyada yerləşən düşmən qüvvələrini tam şəkildə sıradan çıxarmaq və rus qoşunları şəhərə daxil olana qədər Tsxinvalidə möhkəmlənmək olmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Сулима Ямадаева видели в окрестностях Цхинвали". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  2. "Миротворцы: 100 танков и более 7 тыс. военных атакуют Цхинвали". Росбалт. 10 avqust 2008. 16 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  3. "Цхинвали: Грузия свезла 27 установок "Град" под Гори. Село Хетагурово горит". 2008-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  4. "Если российские танки войдут в Цхинвал, Грузия объявит России войну". 2008-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  5. "Танковые потери грузинской армии". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  6. "Танковые потери российской армии". 2014-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  7. "Georgia: All-Out War Looms in South Ossetia". EurasiaNet. 8 avqust 2008. 6 may 2009 tarixində arxivləşdirilib.
  8. "Chief of Staff Testifies Before War Commission". Civil.Ge. 29 oktyabr 2008. 2011-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  9. Alexander Nicoll; Sarah Johnstone. "Russia's rapid reaction". International Institute for Strategic Studies. 2008. 21 oktyabr 2008 tarixində arxivləşdirilib.
  10. "Did Saakashvili Lie? The West Begins to Doubt Georgian Leader". Spiegel. 15 sentyabr 2008. 2008-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]