Ucar — Vikipediya

Bu məqalə Ucar şəhəri haqqındadır. Ucar rayonu üçün Ucar rayonu səhifəsinə baxın.
Şəhər
Ucar
40°31′06″ şm. e. 47°39′15″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
İcra nümayəndəsi Məmmədov Mənsur
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 17 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 18 418[1] nəfər (2020)
Milli tərkibi azərbaycanlılar
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 20
Xəritəni göstər/gizlə
Ucar xəritədə
Ucar
Ucar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UcarAzərbaycanın Ucar rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Ucar rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır. Rayon haqqında çoxlu fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözündən əmələ gəlmişdir.Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. 1930-cu ildə qəza bölgüsü ləğv edilmiş və rayon inzibati ərazi bölgüsünə köçürülmüşdür. Bu vaxt Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır.1963-cü ildə Zərdab rayonu ləğv edilərək 856 km2 sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən bərpa olunarkən Ucardan ayrılmışdır.

Şəxslər[redaktə | mənbəni redaktə et]

Əhali[redaktə | mənbəni redaktə et]

İl Sayı
1939 3.226 [3]
1959 7.760 [4]
İl Sayı
1970 11.020 [5]
1979 12.090 [6]
İl Sayı
1989 14.273 [7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ucar rayonu icra hakimiyyəti". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  2. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  3. SSRİ əhalisinin siyahıya alınması (1939).
  4. SSRİ əhalisinin siyahıya alınması (1959).
  5. SSRİ əhalisinin siyahıya alınması (1970).
  6. SSRİ əhalisinin siyahıya alınması (1979).
  7. SSRİ əhalisinin siyahıya alınması (1989).