Vüsal Hüseynov — Vikipediya

Vüsal Hüseynov
Vəzifədədir
23 aprel 2018-ci ildən
(i. e. 14–16 fevral 2024)
1 noyabr 2015 – 23 aprel 2018
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1980(1980-01-12)[1] (44 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı

Vüsal Əfqan oğlu Hüseynov (12 yanvar 1980[1], Bakı) — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi. II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil almışdır.

Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil oldu və 2001-ci ilin iyununda bakalavr dərəcəsi aldı. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak etdi. 2002–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil oldu və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi aldı.

2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın EdinburqLondon şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik John Smith programında iştirak etdi. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldu və 2012-ci ildə bitirdi. 2009-cu ildə Vüsal Hüseynov iki xüsusi təlimin iştirakçısı oldu. O, iyul ayında Türkiyədə, İstanbulda keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təlimində iştirak etdi. İki ay sonra-Sentyabrda isə o, Passau Universitetininin korrupsiya iqtisadiyyatı üzrə ixtisaslaşmış yaxşı idarəçilik və islahat təlimində iştirak etmək üçün Almaniyaya getdi.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul oldu. O, təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd aldı. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələndi.

17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib[2]

Evlidir, iki övladı var.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Dövlət qulluğu[redaktə | mənbəni redaktə et]

Vüsal Hüseynov 2005-ci ildə yeni yaradılmış Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi kimi işləməyə başladı. Bu vəzifədə çalışarkən o, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun katibi kimi fəaliyyət göstərməyə başladı. Onun vəzifələrinə anti-korrupsiya fəaliyyətlərində iştirak edən dövlət orqanları ilə əməkdaşlıq, mətbuat və vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla münasibətlərin koordinasiyası daxil idi. Vüsal Hüseynov 2008–2010-cu illər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının eksperti kimi idarəçilik və korrupsiyaya qarşı mübarizə sahələrində bütün qrant müraciətlərinin dəyərləndirdi. O, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya çərçivəsində qiymətləndirmə və monitorinq məruzələrinin hazırlanmasında iştirak etdi. 2011-ci ildə ABŞ-də təhsilini davam etdirmək üçün işinə fasilə verdi.

Vüsal Hüseynov 2011–2013-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə baş məsləhətçisi oldu. 2013-cü ildə o, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasnın katibi təyin edildi.[3] Bu illər ərzində o, Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində "Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə" layihəsində milli koordinator kimi çıxış etdi. 2015-ci ildə o, əmək fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirməyə başladı.

Pedaqoji fəaliyyət[redaktə | mənbəni redaktə et]

Vüsal Hüseynov müəllimlik fəaliyyətinə 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) başladı. O, bu universitetdə beynəlxalq iqtisadiyyat və beynəlxalq iqtisadi təşkilatlar dərslərində mühazilər oxudu. O, həmçinin, 2008-ci ildə Xəzər Universitetinin hüquq fakültəsində "iqtisadiyyata giriş" dərsindən mühazirələr oxumağa başladı.

Milli Məclis[redaktə | mənbəni redaktə et]

2015-ci il 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputat seçkilərində Vüsal Hüseynov 2015–2020-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar Seçki Dairəsindən deputat seçildi. O, Milli Məclisdə iki komitənin üzvüdür: 1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi; 2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi. Bundan əlavə, o, Azərbaycan-Çexiya, Azərbaycan-ABŞ, Azərbaycan-Gürcüstan və digər parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 14 aprel 2017-ci ildən Vüsal Hüseynov, həmçinin, yeni yaradılmış Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədridir.[4][5][6]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi[redaktə | mənbəni redaktə et]

Vüsal Hüseynov 20 aprel 2016-cı ildən-İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi yarandığı gündən etibarən Mərkəzin Müşahidə Şurasının üzvüdür.[7][8]

Beynəlxalq fəaliyyətlər[redaktə | mənbəni redaktə et]

Avropa Şurası[redaktə | mənbəni redaktə et]

Vüsal Hüseynov Avropa Şurası Parlament Assembleyasına (AŞPA) Azərbaycan nümayəndə heyətinin sədr müavini və təşkilatın Avropa Xalq Partiyası (EPP) qrupunun üzvüdür. O, həmçinin, hüquq məsələləri və insan hüquqları komitəsinin tamhüquqlu üzvü, cinayətkarlıq və terrorizmə qarşı mübarizə və insan hüquqları altı komitələrinin üzvüdür. 2018-ci ildə o, hüquq məsələləri və insan hüquqları komitəsinin iki il müddətinə sədr müavini seçildi. 2017-ci ilin martın 7-də Hüquq məsələləri və insan hüquqları komitəsi Vüsal Hüseynovu "İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi" mövzusunda məruzəçi təyin etdi. 2018-ci ilin yanvarın 26-da AŞPA-ya məruzəsini təqdim etdi və məruzə yekdilliklə qəbul olundu. O, həmçinin, Hüquq məsələləri və insan hüquqları komitəsi tərəfindən "biznes və insan hüquqları" mövzusunda xüsusi məruzəçi təyin edilmişdir.[9][10]

Beynəlxalq Antikorrupsiya Akademiyası və GRECO[redaktə | mənbəni redaktə et]

2015-ci ilin dekabrında Tərəf Dövlətlərin Assambleyasının IV sessiyasında Vüsal Hüseynov 6 il (2015–2021) müddətinə Beynəlxalq Antikorrupsiya Akademiyasının idarə heyətinin üzvü seçildi.[11]

Vüsal Hüseynov, həmçinin, 2012-ci ildən Azərbaycanın Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupundakı (GRECO)nümayəndə heyətinin sədridir.[12]

Açıq Hökumət Tərəfdaşlığı[redaktə | mənbəni redaktə et]

Vüsal Hüseynov 2013–2016-cı illər arasında Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünün Azərbaycan üzrə Milli koordinatoru olmuşdur.

İctimai fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Vüsal Hüseynov universitet illərində Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası (http://www.ayafe.az/ Arxivləşdirilib 2018-04-02 at the Wayback Machine) qeyri-hökumət təşkilatına qoşulmuş və təşkilatın vitse-prezidenti olmuşdur. Daha sonra o, Avropa Tələbələri Formu (AEGEE-Europe) qeyri-hökumət təşkilatının yerli nümayəndəliyi olan "AEGEE-Bakı" qeyri-hökumət təşkilatınının həmtəsisçisi oldu və yaradılmasından etibarən iki ərzində təşkilata rəhbərlik etdi. Vüsal Hüseynov, həmçinin, ELSA-Azərbaycan təşkilatının fəaliyyətlərinin inkişafına dəstək vermişdir. O, hal-hazırda korrupsiyaya qarşı mübarizə sahəsində təhsil və ictimai maarifləndirməni həyata keçirən Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) keçid idarə heyətinin üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://migration.gov.az/en/about_detail/839.
  2. "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
  3. "Arxivlənmiş surət". 2018-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  4. http://meclis.az/?/az/deputat/265
  5. "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  6. "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  7. "Arxivlənmiş surət". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  8. "Arxivlənmiş surət". 2018-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  9. "Arxivlənmiş surət". 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  10. "Arxivlənmiş surət". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  11. "Arxivlənmiş surət". 2018-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  12. "Arxivlənmiş surət". 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.