Vəlvələçay — Vikipediya

Vəlvələçay
Ölkə
Keçdiyi ərazilər Azərbaycan Azərbaycan
Mənbəyi Böyük Qafqaz
Mənsəbi Xəzər dənizi
Uzunluğu 98 km
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 629 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vəlvələçay - QubaXaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Uzunluğu 98 km, hövzəsinin sahəsi 629 km²-dir. Böyük Qafqazın şimal-şərq hissəsindən axan Cimi və Babaçay çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyini Babadağın şimal yamacından (2940 m) alır. İllik axımının 26%-ni yağış, 40%-ni yeraltı və 34%-ni qar suları təşkil edir. Orta illik su sərfi 3,52 kub m/san-dir. Axımın 40%-i yazda, 30%-i yayda, 20%-i payızda, 10%-i isə qışda keçir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir.

Suyunun bir hissəsi Samur-Abşeron kanalına axıdılır. Üstündə SES və su qovşağı tikilmişdir, suvarma işlərində istifadə edilir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]