VG247 — Vikipediya

VG247
Loqonun şəkli
URL vg247.com
Kommersiya Yox
Tipi Videooyun
Qeydiyyat Yox
Dilləri İngilis dili
İtalyan dili
Polyak dili
Türk dili
Sahibi videogaming247 Ltd.
Müəllif (lər) Patrik Qarratt[1]
Redaktor Mett Martin (baş redaktor)
Açılma tarixi 14 fevral 2008 (16 il əvvəl) (2008-02-14)
Alexa reytinqi 3,869 (15 dekabr 2018)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VG247 (VG24/7 kimi üslublaşdırılıb) — 2008-ci ilin fevral ayında Patrik Qarratt tərəfindən Böyük Britaniyada təsis edilən videooyunlar üzrə ixtisaslaşmış bloq. CNET bloqu olan Crave saytı dünyanın ən yaxşı üçüncü videooyun bloqu hesab etmişdir.[3]

Tarix[redaktə | mənbəni redaktə et]

Jurnalist Patrik Qarratt tərəfindən "Eurogamer Network" şirkətinin dəstəyi ilə 2008-ci ilin fevral ayında videogaming247.com adı altında təsis edilən "VG247" Böyük Britaniyadakı ilk videooyun bloqu olmuşdur. Fəaliyyətinin ilk dövrlərində "VG247" videooyunları gözdən keçirmirdi və sadəcə xəbərlər, müsahibələr və öncədənbaxışlara diqqət ayırmışdı. O dövrdə Qarratt saytın redaktor heyətinin yeganə üzvü idi.[1]

2009-cu ilin əvvəllərində sayt "VG247" adı ilə yenidən fəaliyyətə başlamışdır.[4] Saytın url keçidi dəyişdirilmiş, dizaynı yenidən işlənmişdi.[5][6][7]

2012-ci ildə "VG247" orijinal video məzmunlar hazırlamağa başlamışdır.[8] 2014-cü ildə Mett Martin saytın yeni baş redaktoru olmuş,[9][10] Patrik Qarratt isə nəşrçi olmuşdur.[11] Bu dövrdə sayt ikinci dəfə dizaynını dəyişdirmişdir.[12] Həmin ilin mart ayında "VG247" bloqunun italyan dilindəki saytı fəaliyyətə başlamışdır.[13]

2015-ci ilin oktyabr ayında "VG247" "Uncharted 4: A Thief's End" videooyunu üçün olan gözdən keçirmələrini ləğv etmiş və ictimai şəkildə üzr istəmişdir. Buna səbəb "Sony" şirkətinin mütəxəssislərə "Uncharted 4" yerinə "Uncharted 2: Among Thieves" videooyununun yenidən nəşrini gözdən keçirdiklərini bildirməsi idi.[14]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

"VG247" Oyun KİV Mükafatlarında iki dəfə (2008, 2009) ən yaxşı veb-sayt və ən yaxşı onlayn bloq mükafatlarına nominasiya olmuşdur. 2008-ci ildəki nominasiyalarında heç bir mükafata layiq görülməsə də,[15] sayt 2009-cu ildə ən yaxşı onlayn bloq mükafatına layiq görülmüşdür. Həmin il, Qarratt ən yaxşı onlayn mütəxəssis yazıçı mükafatına layiq görülmüşdür.[16]

2010-cu il və 2011-ci ildə Oyun KİV Mükafatlarında sayt yenidən ən yaxşı onlayn bloq mükafatına nominasiya olmuşdur.[17][18]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Qarratt, Patrik. "Staff". www.vg247.com. VG247. 29 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  2. "Alexa Ranking". www.alexa.com. Alexa Ranking. 15 dekabr 2018. 15 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  3. Drec, Stuart. "Top ten gaming blogs". Crave.CNET.co.uk (ingilis). CNET UK. 6 noyabr 2009. 14 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  4. "VG247 Gets a relaunch and an American associate editor, Stephany Nunneley". www.gamesindustry.biz. Gameindustry.biz. 4 fevral 2009. 9 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  5. Qarrett, Patrik. "VG247 freelance spot available, possibly to you". VG247.com. 8 iyun 2009. 2 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  6. Qarrett, Patrik. "Johnny Cullen becomes latest addition to VG247 team". VG247.com. 14 dekabr 2009. 2 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  7. VG247 heyəti. "VG247 becomes first and only 24-hour UK-based videogames news site". VG247.com. 4 yanvar 2011. 2 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  8. "VG247 pushes on original video with Sam Clay signing". VG247.com. 21 mart 2012. 2 avqust 2017 tarixində arxivləşdirilib.
  9. "Dave Cook joins VG247 as new UK editor". VG247.com. 10 oktyabr 2012. 2 avqust 2017 tarixində arxivləşdirilib.
  10. Veber, Reyçel. "Cook takes news editor role at VG247". Gamesindustry.biz. 23 iyul 2007. 7 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  11. Parfitt, Ben. "VG247 appoints new editor". www.mcvuk.com. 2 yanvar 2014. 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  12. "VG247 relaunches: the new features and what they mean to you". www.vg247.com. 27 yanvar 2014. 3 oktyabr 2018 tarixində arxivləşdirilib.
  13. Veber, Reyçel. "VG247 launches in Italy". Gamesindustry.biz. 24 mart 2014. 9 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  14. Lek, Conatan. "Journalist Mistakes Uncharted 2 For Uncharted 4, Hilarity and Embarrassment Ensues". Game Revolution. CraveOnline. 14 oktyabr 2015. 15 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  15. "UK's media darlings hailed". Games Industry. MCV. 16 oktyabr 2009. 2016-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  16. Stefani, Stefani. "VG247 takes home three Games Media Awards". VG247. 15 oktyabr 2009. 22 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  17. "Games Media Awards finalists revealed". Games Industry. MCV. 11 avqust 2010. 9 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
  18. "GMA 2011: The finalists". Games Industry news. MCV. 11 avqust 2011. 9 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]