Valeri Qriqoryan — Vikipediya

Valeri Qriqoryan
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1952(1952-01-02)[1] (72 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ermənistan Silahlı Qüvvələri
Rütbəsi general-leytenant
Təltifləri "Vartan Mamikonyan" ordeni

Valeri Nərimani Qriqoryan (erm. Վալերի Նարիմանի Գրիգորյան; 2 yanvar 1952[1], Stepanakert) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Valeri Nərimani Qriqoryan 2 yanvar 1952-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir. 1970–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrindədir. Alay və briqada komandiri vəzifələrini tutmuşdur. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.[2]

1994-cü ildə Ermənistan Respublikası müdafiə nazirinin əmri ilə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Əməliyyat İdarəsinin rəis müavini, sonra isə Armavir Təlim Briqadasının komandiri təyin edilmişdir. 1997-ci ildə Ermənistan Respublikası müdafiə nazirinin əmri ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi İnstitutunun rəis müavini təyin edilmişdir. 1999-cu ildə Ermənistan Respublikası müdafiə nazirinin əmri ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusunun komandirinin müavini təyin edilmişdir.

2003-cü ildə Ermənistan Respublikası Prezidentinin fərmanı ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusunun komandiri təyin edilmişdir. 20 iyul 2007-ci ildə Ermənistan Respublikası Prezidentinin fərmanı ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunun komandiri təyin edilmişdir. Ermənistan Prezidentinin 26 yanvar 2009-cu il tarixli fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilmişdir.

2004-cü ildə Ermənistan Prezidentinin fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilmişdir. 2011-ci ildə Ermənistan Prezidenti prezidentinin 3 sentyabr tarixli fərmanı ilə ona general-leytenant hərbi rütbəsi verilmişdir. 2012 il-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Գրիգորյան Վալերի Նարիմանի // http://am.hayazg.info/index.php?curid=15812.
  2. "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.