Valid Sənani — Vikipediya

Valid Sənani
Valid Möhsün oğlu Sənani
Doğum tarixi
Doğum yeri İçərişəhər, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Ofeliya Sənani
Atası Möhsün Sənani
Fəaliyyəti Ssenari müəllifi
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1989

Valid Sənani (tam adı: Valid Möhsün oğlu Sənani; d.12.5.1935 İçərişəhər - v. 23.1.2011, Bakı) — televiziya işçisi, ssenarist.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

1935-ci il mayın 12-də İçərişəhərdə, məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. Atası Möhsün Sənani məşhur aktyor olub. 1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 23 yanvar 2011-ci ildə vəfat edib.

Ailə həyatı[redaktə | mənbəni redaktə et]

1961-ci ildə Ofeliya Sənani ilə ailə qurub. 1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1958-ci ildən 1967-ci ilədək radionun "Xəbərlər" baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin "Səhər" redaksiyasında redaktor, 2001-2005-ci illərdə "Lider" televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək "Space" televiziyasında redaktor işləyib.

Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.

Respublika qəzetlərində müasir radio və televiziyanın aktual problemləri barədə məqalələri dərc edilib. Onun hazırladığı aparıcılar müxtəlif televiziya kanallarında uğurla işləyirlər. Qərb Universitetində jurnalistlərə "Azərbaycanda radio və televiziyanın yaranması və inkişafı tarixi" və "Nitq mədəniyyəti" fənlərindən dərs deyir. Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasının üzvüdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

1989-cu ildə "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Sual-reportaj (film, 1985)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Valid Sənani". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  2. "Valid Sənani: "Artıq bizim vaxtımız keçib, cavanlar gəlir"". 2009-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-15.