Vaqif Mustafazadənin ev-muzeyi — Vikipediya

Vaqif Mustafazadənin ev-muzeyi
Əsası qoyulub 1989
Açılış tarixi 1989
Mövzu Azərbaycan musiqisi
Ölkə
Yerləşir Azərbaycan, Bakı, Vaqif Mustafazadə küç.4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif Mustafazadənin ev-muzeyi— Bakının tarixi kvartalı İçəri şəhərdə yerləşən ev-muzey. Bu muzeydə caz-muğamın banisi, bəstəkar və pianoçu Vaqif Mustafazadə yaşamışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Xatirə muzeyi 1989-cu il iyulun 28-də yaradılmışdır.

1994-cü ildə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olmuşdur.

1989–1997-ci illərdə Muzeyin direktoru Zivar Ağasaf qızı Əliyeva olmuşdur.

2005-ci il martın 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə ev muzeyinin açılışı olub. Vaqifin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur.

1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirmişdir.

Ekspozisiya[redaktə | mənbəni redaktə et]

Muzey Azərbaycan sovet caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin (1940–1979) həyatına və fəaliyyətinə həsr olunub. Muzeydə Vaqif Mustafazadənin həyatı və işi ilə bağlı fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, 1214 əşyadan ibarət 3 otaqı var.[1][2][3] Evin sol küncündə Zivər xanıma məxsus olmuş, Vaqifin və qızı Əzizənin ilk pianinosu var.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Memorial house-museum of V.Mustafazade".
  2. "The House Museum of Vagif Mustafazade". 2017-11-07 tarixində orijinalından arxivləşdirilib.
  3. "Jazz in Azerbaijan: A Profile of Vagif Mustafazadeh". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib.