Vaqif Ucatay — Vikipediya

Vaqif Ucatay
Doğum tarixi 22 iyun 1955(1955-06-22)
Doğum yeri
Vəfat tarixi 20 dekabr 2020(2020-12-20) (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 22 iyun 1955, Təkyə, Dəvəçi rayonu20 dekabr 2020, Bakı) — Azərbaycan rəssamı; Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü (2006).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vaqif Ucatay 22 iyun 1955-ci ildə Dəvəçi rayonununnun Təkyə kəndində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin boyakarlıq fakultəsinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Krasnoyarsk şəhərində hərbi xidmətdə olmuş, 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakultəsini bitirmişdir. 1981–1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq KollecindəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.[1]

20 dekabr 2020-ci ildə 65 yaşında dünyasını dəyişib.[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. Bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır. 2007-ci ildə fərdi sərgisi açılıb. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.[3]

2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib.

Əsərlərinin siyahısı[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ulduzə QARAQIZI, "Azərbaycan üçün ölürəm". Ekspress. — 2009. — 23 iyul. — S. 23". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-22.
  2. Vaqif Ucatay vəfat etdi[ölü keçid]
  3. "Rəssam: Vaqif Ucatay. 1905.az saytı, 24.10.2014". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]