Vayominq — Vikipediya

Vayominq
ing. Wyoming
Ştat
Vayominq bayrağı Vayominq gerbi
Bayraq Gerb
Təxəllüsü:
Bərabərlik ştatı
ABŞ xəritəsində Vayominq
ABŞ xəritəsində Vayominq
PaytaxtıÇeyen
Ən iri şəhəriÇeyen
Ərazisi10-cu (ABŞ üzrə)
 • Ümumi mil²
(253.348 km2)
 • Eni mil ( km)
 • Uzunluğu mil ( km)
 • % su0,7
Əhalisi50-ci (ABŞ üzrə)
 • Ümumi563.626
 • Sıxlıq/mil²  (2 nəfər/km2)
(ABŞ üzrə)
Yüksəklik
 • Maksimal yüksəklik
 ft (4.210 m)
 • Orta yüksəklik ft  (2.044 m)
 • Minimal yüksəklik{{{Minimal yüksəklikABŞ}}} ft (945 m)
İttifaqa qəbul10 İyun 1890 (44)
Qanunverici hakimiyyət
ABŞ Palata nümayəndələriSiyahı
Saat qurşağıUTC-7
AbbreviaturaWY

Vayominq (Wyoming)ABŞ-nin ştatlarından biridir. Paytaxtı Çeyen (ing. Cheyenne) şəhəridir. Vayominq ştatının orta illik iqtisadi istehsalı 27.4 milyard dollardır. Bölgənin dağlıq olmasına baxmayaraq, kənd təsərrüfatı bugünədək davam etməkdədir. Kənd təsərrüfatı ilə yanaşı, təbii qaz, uran, kömür kimi təbii sərvətləri də yetəri qədərdir.[1]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Məskunlaşma[redaktə | mənbəni redaktə et]

Vayominq ştatı 41° Ş ve 45 °C meridianlarında, 104°3' Ş and 111°3' Q paralellərində yerləşir və kvadrat formasındadır. Vayominq ştatı Montananın cənubunda, Cənubi DakotaNebraska ştatlarının qərbində, Kolorado ştatının şimalında və İdaho ştatının qərbində yer alır. Vayominq ABŞ-nin ən böyük 10-cu ştatıdır. Ştatın ərazisi 253,340 km²dir (97,814 mil²) və 23 rayondan ibarətdir.[2]

Adalar[redaktə | mənbəni redaktə et]

Vayominq 32 adaya sahibdir. Bu adaların çoxu Cekson GölüYellouston Gölündə yer alır.[3]

İqlim[redaktə | mənbəni redaktə et]

Vayominq ştatında əsasən kontinental iqlim qurşağında yerləşir. Amerika Birləşmiş Ştatlarının iqlimi ilə müqayisə edildikdə, Vayominq daha quru və küləkli bir ştatdır. Yay aylarında Vayominq ştatı yüksək istiliklərə məruz qalır, hava isə adətən 85 °F(29 °C) və 95 °F (35 °C) arasında olur. Qış ayları isə soyuq keçir, amma bəzi bölgələrində Chinook Küləkləri nəticəsində hava digər rayonlara nisbətən daha isti olur. Bəzən isə, havanın dərəcəsi çox-çox aşağı düşür. Vayominq quru ştatdır və ortalama yağıntı miqdarı 250 mm-dir. (10 inç-dir)

Casper Şəhərinin İqlimi:
Aylar Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İllik
Ort. En Yüksək °F (°C) 32
(0)
37
(3)
45
(7)
56
(13)
66
(19)
78
(26)
87
(31)
85
(29)
74
(23)
60
(16)
44
(7)
34
(1)
58
(14)
Ort. En Aşağı
°F (°C)
12
(−11)
16
(−9)
21
(−6)
28
(−2)
37
(3)
46
(8)
54
(12)
51
(11)
41
(5)
32
(0)
21
(−6)
14
(−10)
31
(-1)
Ortalama Yağış
İnç (mm)
0.6
(15.2)
0.6
(15.2)
1.0
(25.4)
1.6
(40.6)
2.1
(53.3)
1.5
(38.1)
1.3
(33.0)
0.7
(17.8)
0.9
(22.9)
1.0
(25.4)
0.8
(20.3)
0.7
(17.8)
12.8
(325.1)
Mənbə:[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

18-ci əsrin sonlarında Vayominq

Arxeoloqlar bu ştatda, e.ə 7-ci minilliyə xas olan insanların yaşayış izlərinə rastlamışlar. Bu ştatın adı Hindistanda "dəyişkən dağ və vadilər" mənasına gəlir.[5]

Hal-hazırda Vayominq olaraq bilinən bu ştatda, keçmişdə qızıldərili insanlar yaşamışlar. Arapaholar, Apsalokeler, Lakotalar və Şoşonilər bu ştatın xalqlarından olmuşdur. Ancaq Avropalıların bu ştata ilk səyahətləri zamanı, Vayominqdə sadəcə 4–5 qəbiləyə rast gəlmək olardı. Bu ərazi 1848-ci ilədək İspaniya İmperiyasına məxsus idi. Ancaq Meksika-Amerika müharibəsi bitdikdən sonra, bu ştat ABŞ-yə üz dönmüşdür. 18-ci əsrlərin sonlarında isə QuébecMontréal-dan gələn Fransız-Kanada mənşəli ovçular Vayominqə üz tutumuşdur. Bu ovçular arasında Téton, La Ramie, John Colter kimi əfsanəvi adlara da rastlamaq mümkündür.

Vayominq konstitusiyasında qadın hüquqları və su hüquqlarına dair qabaqcıl məqalələr yer alır. Konstitutsiya qəbul edildikdən sonra, İyul ayının 10-da 1890-cı ildə ABŞ, Vayominqi 44-cü ştat olaraq qəbul etdi.[6]

Demoqrafiya[redaktə | mənbəni redaktə et]

İllərə görə əhali
İl Əhl.
18709.118
188020.7890%
189062.5550%
190092.5310%
1910145.9650%
1920194.4020%
1930225.5650%
1940250.7420%
1950290.5290%
1960330.0660%
1970332.4160%
1980469.5570%
1990453.5880%
2000493.7820%
2010563.6260%
Təxm. 2018577.7370%
Sources: 1910–2010[7][8][9]
2018 estimate[10]

Əhali[redaktə | mənbəni redaktə et]

Amerika Birləşmiş Ştatlarının Siyahıyaalma Bürosunun verdiyi məlumatlara görə Vayominq ştatının 2012-ci ildə təxmini əhalisi 576,412 olmuşdur. 2010-cu ildə isə əhali sayında 10% artım nəzərə çarpmışdır. 2010-cu ilə görə əhalinin irqinə görə bölünməsi bu şəkildədir:[2]

İnanclar[redaktə | mənbəni redaktə et]

Əhalinin çoxunun dini inancı protestantlıqdır. Dinsizlərkatoliklərdə əhalinin sayında xüsusi yer tuturlar.[11]

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Uinta Rayonundakı Külək Enerji Stansiyası

Birləşmiş Ştatlar İqtisadi Analiz Bürosunun verdiyi məlumatlara görə Vayominq ştatının GSP dəyəri 38,4 milyard dollar olmuşdur.

Ştatın 2015-ci ildə işsizlik dərəcəsi isə 4,0% olmuşdur. Vayominq ştatının iqtisadiyyatı — turizm, kənd təsərrüfatı, enerji hasilatı digər ştatlara nisbətən fərqlənir.

2002-ci ildə 6 milyondan çox insan Vayominq ştatındakı milli park və abidələri ziyarət etmişdir. Ştatın öndə gələn turistik məkanları Yellowstone Milli Parkı, Grand Teton milli parkı, Müstəqillik qayası (ing. Independence Rock), Fossil Butte Milli Abidəsidir. Həmçinin Yellowstone Milli Parkı yeganə parkdır ki, il boyu ortalama 3 milyondan çox insan qəbul edir.

Vayominqdə bir kömür mədəni

Mədən sənayesi[redaktə | mənbəni redaktə et]

Vayominq ştatında yüksək ölçüdə çıxarılan maddələr: kömür, təbii qaz, daş kömür, benzintronadır.

  • Kömür — 2004-cü ildə Vayominqdə rekord nəticə olan 358,8 milyon ton kömür çıxarılmışdır. Həmçinin Vayominq ABŞ-nin ən çox kömür mədəni olan və kömür çıxarılan ştatıdır.
  • Təbii qaz — 2007-ci ildə 2,254 trilyon kub metr təbii qaz çıxarılmışdır. Həmçinin Vayominq ölkə daxilində ən çox təbii qaz çıxarılan 2-ci ştatdır.
  • Daş kömür — 2002 ilində 9.3 km³ daş kömür çıxarılmışdır.
  • Benzin — 2007-ci ildə Vayominqdə 8,490,000 m³ neft çıxarılmışdır. Həmçinin 2007-ci ildə ABŞ-nin ən çox neft çıxarılan ştatı Vayominq olmuşdur.
  • Trona — Vayominq Dünyanın ən böyük trona ehtiyatlarına malik yeridir. Tronadan güzgü, sabun, qabartma tozu, yumuşaldıcı və dərman istehsalında geniş istifadə olunur. Sadəcə Vayominq bütün Dünyanın Trona ehtiyatlarının 25%-i qarşılayır.
Vayominqdə külək enerjisi qurğuları

Vergilər[redaktə | mənbəni redaktə et]

Vayominq ştatı, Alyaskadan sonra hər bir insana görə ən çox inkişaf vergisi alan ştatdır.

Həmçinin bu ştatda, satışdan 4% vergi almaqdadırlar. Rayonların isə sadəcə 1% çox vergi tutmaq haqqları var və mühüm səbəblər gətirməklə icazə vasitəsilə 1% əlavə də (ümumilikdə əlavə 2%) vergi tutmaq haqqları var. Qida məhsullarının satışından isə vergi tutulmur. Vayominq ştat daxilinə idxal olunan bütün məhsullardan 5% vergi tutur.

Ölkədə miraslardan vergi tutulmur. Federal vergi ilə əlaqədar əmlak vergisi də məhduddur.

Nəqliyyat və daşımacılıq[redaktə | mənbəni redaktə et]

Vayominq ştatının ən böyük hava limanı 500-dən çox işçisi olan Jackson Hole Hava Limanıdır. Ştatlararası 3 şose və 13 Birləşmiş Ştatlar şosesi də həmçinin Vayominq ştatından keçir. Əlavə olaraq Vayominq ştatının özünə xas şose yolları da vardır.

Həmçinin Vayominq Şimali Amerikada yer alıb, AMTRAK tərəfindən xidmət verilməyən 2-ci ştatdır. (Digər ştat Cənubi Dakota)

Qraflıqlar[redaktə | mənbəni redaktə et]

Vayominq ştatının qraflıqlarının Azərbaycanca xəritəsi

Vayominq ştatında 23 qraflıq yer almaqdadır. Ən böyüyü Laramidir.

VAYOMİNQ ŞTATININ QRAFLIQLARI
Sırlama Rayon Əhali Sırlama Rayon Əhali
1 Larami 94,483 13 Konvers 14,008
2 Natrona 78,621 14 Goşen 13,636
3 Kampbel 47,874 15 Big Horn 11,794
4 Svitvoter 45,267 16 Sublet 10,368
5 Frimont 41,110 17 Platt 8,756
6 Albani 37,276 18 Conson 8,615
7 Şeridan 29,596 19 Vaşaki 8,464
8 Park 28,702 20 Kruk 7,155
9 Teton 21,675 21 Ueston 7,082
10 Yuinta 21,025 22 Hot Sprinqs 4,822
11 Linkoln 17,961 23 Niobrara 2,456
12 Karbon 15,666 Vayominq ümumilikdə 576,412

Təhsil[redaktə | mənbəni redaktə et]

Vayominq ştatında universitet

Vayominq ştatında dövlət məktəbləri ştat tərəfindən təyin olunmuş dövlət müfəttişi tərəfindən idarə edilir və nəzarət edilir. Təhsil siyasəti, qurum tərəfindən təyin olunan doqquz nəfərlik bir heyət tərəfindən həyata keçirilir.

Tədris proqramı və dərsliklər dövlət tərəfindən müəyyən edilir və federal hökumət təhsilin proqramına və dərsliklərinə müdaxilə etmir. Həmçinin bu ştatda 2000-ci ilədək eşitmə əlilləri üçün xüsusi məktəblər də var idi. Ancaq sonradan bu məktəblər evdə təhsil ilə əvəz edildiyi üçün məktəblər bağlandı.

Həmçinin ştatda 4 il ali məktəb bakalavr təhsili verən Vayominq Universiteti vardır. Həmçinin iki illik təhsil verən 7 kollec də vardır. 2006-cı ilə qədər bəzi qurumlar belə diplomlar verə bilirdilər. Ancaq yeni çıxan qayda ilə bütün diplom verən qurumlar qapadıldı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "QuickFacts Wyoming; UNITED STATES" Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine. 2018 Population Estimates. United States Census Bureau, Population Division. March 14, 2019. İstifadə tarixi: 14 Mart, 2019.
  2. 1 2 "City and Town Population Totals: 2010–2017". Arxivləşdirilib 2019-03-28 at the Wayback Machine United States Census Bureau. İstifadə tarixi: 14 Mart, 2019
  3. MainEnvironment.org Arxivləşdirilib 2017-05-25 at the Wayback Machine (PDF) Public Land Ownership by State, 1995 Main Environment.org. İstifadə tarixi: 24 oktyabr, 2011
  4. "CountryStudies.us". CountryStudies.us. 31 iyul 2010. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-20.
  5. Bright, William (2004). Native American Place Names of the United States. Norman: Oklahama Universitet Nəşriyyatı, səhifə 576
  6. Willam J. Gribb; Lawrence M. Ostrech. "Databases and Algorithms to Determine the Boundary of Wyoming" (PDF). University of Wyoming, Department of Geography. Bu mənbədən 17 Dekabr, 2008 tarixində arxivləndi. İstifadə tarixi: 14 Dekabr, 2008.
  7. Resident Population Data. "Resident Population Data – 2010 Census". 2010.census.gov. October 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 24, 2012.
  8. [1] Arxivləşdirilib oktyabr 19, 2013, at the Wayback Machine
  9. "Historical decennial census population for Wyoming counties, cities, and towns". U.S. Census, State of Wyoming. October 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2012.
  10. "Annual Estimates of the Resident Population for the United States, Regions, States, and Puerto Rico: April 1, 2010 to July 1, 2018 (NST-EST2017-01)". United States Census Bureau. İstifadə tarixi: December 27, 2018. spreadsheet links: www.census.gov/data/tables/2017/demo/popest/nation-total.html[ölü keçid]
  11. Distance Calculator Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine. Javascripter.net. İstifadə tarixi 12 İyul, 2013