Veb-səhifə — Vikipediya

Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir.

Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik.

  • Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar.
  • Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s.

Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər:

  • Səhifənin başlığı (banner);
  • Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur;
  • Qrafik təsvirlər;
  • Mətn blokları.

Veb-səhifə üçün proqramlaşdırma dilləri[redaktə | mənbəni redaktə et]

  • HTML (HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla, mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriflərin və rənglərin verilməsi, istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir. Çox WEB- səhifələr HTML- də və onun genişləndirilmiş variantlarında yazılmışdır.
  • PERL dili 1980-cı illərdə işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv emal olunması, mətn hesabatlarının qenerasiya olunması və məsələlərin idarə olunması vasitəsi kimi yaradılmışdı. Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları, verilənlərin çevrilməsi vasitələri, sistem informasiya ilə işləmək imkanları da çox genişdir.
  • PHP

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • "Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları", KAZIMOV TOFİQ, f.-r.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu.
  • Artur Bibek, Bad Smit, Creating Web Pages For Dummies, 2006
  • Yakob Nilson, Hoa Loranjer Якоб Нильсен], Хоа Лоранжер, "Prioritizing Web Usability", 2005

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]