Vedad İbişeviç — Vikipediya

Vedad İbişeviç
bosn. Vedad Ibišević
Ümumi məlumatlar
Doğum tarixi 6 avqust 1984(1984-08-06)[1][2][…] (39 yaş)
Vətəndaşlığı
Boyu 189 sm
Çəkisi 80 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub
Karyerası
Gənclik karyerası
0000
Klub karyerası[* 1]
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
Milli yığma[* 2]
0000 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vedad İbişeviç (bosn. Vedad Ibišević; doğ. 6 avqust 1984-cü il, Vlasnetsa, YSFR) — Bosniyalı futbolçu. Almaniyanın Herta klubunun hücumçusu.

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

İbişeviç Yuqoslaviyada, bosniyalı ailəsində, əhalisinin əksəriyyətinin serblər olduğu bir şəhərdə anadan olub. Müharibə başladıqdan sonra təqiblər baş verdi. Valideynləri ata yurdlarını tərk edərək daha sakit şəhərə,Tuzlaya köçməyə məcbur oldular. Bu vaxtı Vedadın cəmi yeddi yaşı vardı.

Tuzlada futbol karyerası başladı və tezliklə müvafiq yaşda olan milli yığmaya dəvət edildi. 2000-ci ildə ailəsi daha sərfəli təklif axtarışı məqsədi Bosniyanı tərk etdi və Vedad İsveçrənin Baden gənclər komandasında oynamağa başladı. Lakin İsveçrədə immiqrantlara qarşı qanunlar çox sərtdir idi və bir ildən az vaxtdan sonra İbişeviçlər ölkəni tərk edərək Sent Luisdə yaşadığı qohumlarının yanına köməyə məcbur oldular.

İbişeviçə ABŞ millisində oynamağı təklif etdilər. Ancaq Vedad vətəninə sadiqlik göstərərək Bosniya millisini seçdi. Bosniyalı üçün bu seçim karyerasının tramplininə çevrildi. İbişeviç növbəti Bosniya gənclər komandasının toplanışına gələndə Pari Sen-Jermen FK-na rəhbərlik edən Vahid Halilhojiçin dəqqətini cəlb etdi. Ona Paris klubu ilə müqavilə imzalamağı təklif etdi. Tezliklə onu təcrübə toplamaq məqsədi ilə ilk öncə Alemaniya Aaxen FK-na, daha sonra Hoffenhaym 1899 FK-na icarəyə verdilər. 14 yanvar 2009-cu ildə İspaniyanın La Manga şəhərində Hamburg klubu ilə yoldaşlıq oyununda İbişeviç zədələndi - diz ön çarpaz bağlarının zədələnməsi nəticəsində mövsümün sonuna qədər sıradan çıxdı.

1 fevral 2012-ci ildə Ştutqart klubu ilə 4 illik müqavilə bağladı. Bəzi məlumatlara görə, transfer məbləği təxminən 5,5 milyon avro idi.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vedad Ibišević // FBref.com (çd.).
  2. VEDAD IBISEVIC // Argentine Soccer Database (isp.).
  3. 1 2 https://www.kicker.de/vedad-ibisevic-31756/spieler/1-bundesliga/2016-17/hertha-bsc-29.
  4. "Ибишевич перешёл в «Штутгарт»". championat.com. 2012-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.2.2012.