Veps dili — Vikipediya

Veps dili
Veps dili (Petrozavodsk)
Veps dili
Orijinal adı vepsän kel’
Ölkə Rusiya
Regionlar Kareliya Respublikası, Leninqrad vilayətiVoloqda vilayəti
Rəsmi status Kareliya Respublikası
Danışanların ümumi sayı 6.360[1]
Təsnifatı
Kateqoriya Ural dilləri
Fin dilləri
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 веп 135
ISO 639-1
ISO 639-2 vep
ISO 639-3 vep
Dilin strukturlarının dünya atlası vep
Atlas of the World’s Languages in Danger 420
Ethnologue vep
ELCat 3002
IETF vep
Glottolog veps1250
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Veps diliVeps xalqının ana dili. Veps dili Rusiya Federasiyasında danışılan fin mənşəli üç dildən biridir. 1989-cu ilə olan məlumata əsasən 12.500 nəfər veps dilindən ana dili kimi istifadə etmişdir. Yalnız Kareliya Respublikasında rəsmi statusa malik olan veps dilində danışan şəxslərin sayı son illər sürətlə azalmaqdadır. Verilən son məlumatlara əsasən 6.360 nəfər bu dili ana dili olaraq danışır. Fin mənşəli olduğundan Rusiya Federasiyasında olan digər dillərdən fərqli olaraq, kiril yox latın əlifbası ilə yazılır.

SSRİ dövründə 1930-cu ildə latın əlifbası ilə hazırlanmış veps dilində nağıl kitabı
Şeltozero kəndinin girişini göstərən löhvədə kəndin adı həm rusca həm vepscə yazılmışdır.

Saylar[redaktə | mənbəni redaktə et]

Azərbaycanca Vepscə
bir üks'
iki kaks'
üç koume
dörd nell'
beş viž
altı kuz'
yeddi seičeme
səkkiz kahesa
doqquz ühesa
on kümne
on bir üks'toštkümne
on iki kaks'toštkümne
iyirmi kaks'kümne
otuz dörd koumekümne nell'
yüz sada
min tuha

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-02.