Viktor Naneyşvili — Vikipediya

Viktor Naneyşvili
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 2-ci sədri
bayraq2
23 iyul 1920 – 9 sentyabr 1920
ƏvvəlkiMirzə Davud Hüseynov
SonrakıYelena Stasova
bayraq
RKP(b) Qırğız (Qazax) Vilayət Komitəsinin 3-cü I katibi
bayraq2
1924 – 19 fevral 1925
ƏvvəlkiGeorgi Korostelyov
Sonrakıvəzifə ləğv olunub
bayraq
BKP(b) Qazaxıstan Diyar Komitəsinin 4-cü I katibi
bayraq2
19 fevral 1925 – iyun 1925
Əvvəlkivəzifə təsis olunub
SonrakıFilip Qoloşyokin
Şəxsi məlumatlar
Doğum tarixi 1878
Doğum yeri
Vəfat tarixi 22 mart 1940(1940-03-22)
Vəfat yeri
Partiya
Təhsili
  • Moskva Universitetinin Tarix və Filologiya fakültəsi[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Vera Pavlovna Naneyşvili
Uşaqları Mariya Viktorovna Naneyşvili, Pavel Viktoroviç Naneyşvili

Viktor İvanoviç Naneyşvili (1878, Samtredia bələdiyyəsi[d], İmereti22 mart 1940, Moskva) — sovet siyasi xadimi, 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Viktor Naneyşvili 1878-ci ildə kəndli ailəsində dünyaya gəlmişdir. 1917-ci il inqilabı zamanı Bakıda olmuşdur. 1918-ci ilin aprelində Dağıstanın fövqəladə komissarı təyin edilmiş, 23 noyabr 1918-yanvar 1919 tarixlərində RKP(b)-nin Həştərxan quberniya komitəsinin sədri vəzifəsini icra etmişdir. 1920-ci il iyul ayının 23-dən sentyabr ayının 9-na qədər Azərbaycan SSR KP MK-nın prezidiumunun sədri, 1922-ci ilin sentyabrından 1923-cü ilin sonlarına qədər RKP(b)-nin Perm quberniyası komitəsinin katibi olmuşdur. 1924-cü ilin sentyabrından 1925-ci ilin iyununa qədər RKP(b)-nin Qazaxıstan partiya təşkilatının məsul (1-ci) katibi vəzifəsini icra etmişdir.

1931-ci ildən həbs olunduğu 1939-cu ilə qədər Moskva Ümumittifaq Ticarət Akademiyasına rəhbərlik etmişdir.

1939-cu il noyabr ayının 28-də həbs olunmuş, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası tərəfindən 21 mart 1940-cı ildə ölüm hökmünə məhkum edilmiş, 22 mart 1940-cı ildə güllələnmişdir. 1955-ci il mart ayının 19-da bəraət almışdır.

Qırmızı əmək bayrağı ordeni ilə mükafatlandırılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]