Viktor Polyaniçko — Vikipediya

Viktor Polyaniçko
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi
bayraq2
13 noyabr 1988 – avqust 1991
ƏvvəlkiVasili Konovalov
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 9 mart 1937(1937-03-09)
Doğum yeri
Vəfat tarixi 1 avqust 1993(1993-08-01) (56 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Şəxsi cəsarətə görə" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı

Viktor Petroviç Polyaniçko (9 mart 1937, Rostov-na-Donu1 avqust 1993, Moskva) — SSRİ dövlət xadimi, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi, tarix elmləri namizədi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Viktor doğulduqdan 9 ay sonra onun atası vəfat edib. İkinci dünya müharibəsi illərində aclıqdan qorunmağa çalışan Viktor anası və qardaşı ilə birlikdə İnquşetiyada yaşayırdı. Viktorun anası həyatı boyu Rostselmaş zavodunda işləyərək həyatını oğullarına həsr etdi və son nəticədə onların hər ikisinin ölümündən sonra vəfat etdi (2003-cü ildə 92 yaşında Moskvada). Viktor da anası kimi 14 yaşından etibarən Rostselmaş zavodunda çalışmış, daha sonra isə bir neçə qəzetlərdə müxbir olaraq işləmişdi. 11 oktyabr 1959-cu ildə öz gələcək həyat yoldaşı Lidiya ilə tanış olan Viktor 1960-cı ildə ailə həyatı qurur. 1962-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirir. Tədricən Kommunist partiyası daxilində yüksələn Viktor 1985–1988-ci ildə Sovet ordusunun işğalı altında olan Əfqanıstana hökumət məsləhətçisi kimi göndərilir. Burada o Əfqanıstan prezidenti Nəcibullaya xüsusi müşaviri işləyirdi. Tezliklə o, Əfqanıstanın ən yüksək ordenini aldı. Daha sonra Viktor Azərbaycana göndərilir. 1988–1991-ci illərdə Azərbaycan Kommunista Partiyasının ikinci katibi vəzifəsində çalışır, 1990-cı ildə Qarabağda təşkil olunan xüsusi komitənin başçısı təyin olunur. Azərbaycanlılar bu dövrdə Viktoru erməniləri dəstəkləməkdə, ermənilər isə onu azərbaycanlıları dəstəkləməkdə ittiham edirdilər. Xankəndidə işlədiyi dövrdə ona qarşı ermənilər tərəfindən bir neçə sui-qəsdr təşkil olunur. 1991-ci ilin avqust ayında Moskvada baş verən və uğursuzluğa uğrayan hakimiyyət devrilişinə cəhddən sonra Viktor Polyaniçko bütün vəzifələrini itirir və Moskvaya qayıdır. İl yarım heç kimin yadına düşməyən Polyaniçko qəflətən Yeltsinin əmri ilə 26 iyun 1993-cü ildə öz aralarında müharibə edən Şimali Osetiya və İnquşetiyaya müvəqqəti canişin təyin olundu.[1]

Ölümü[redaktə | mənbəni redaktə et]

Viktor Polyaniçko 1 avqust 1993-cü ildə Şimali Osetiyada öz xidməti maşınında inquş döyüşçülərinin rəhbərləri ilə görüşə gedərkən hücuma məruz qalıb və güllələnərək öldürülüb. Tibbi ekspertiza onun 15 güllə yarasından yerindəcə keçindiyini təyin etmişdir. Onunla bərabər Vladiqafqaz qarnizonunun rəhbəri general-mayor Anatoli Korecki və Alfa xüsusi təyinatlı dəstənin baş leytenantı Viktor Kravçuk da öldürüldü. Bundan başqa 4 rus hərbçisi də hücum zamanı yaralanmışdı. Onun ölümü indiyə kimi açılmayıb. İngiltərəli jurnalist Tomas De Vaal Qara bağ: Müharibə və sülh arasında kitabında Viktor Polyaniçkonu ermənilərin öldürdüyünü iddia edib.[2] Moskvada dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Harda Polyaniçko var, orda qan var Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Azadlıq radiosu
  2. "BBC | Analitika | Başlıq 8. 1990–1991 illər. Sovet vətəndaş müharibəsi". 2009-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.