Vitni Hyuston — Vikipediya

Vitni Hyuston
ing. Whitney Elizabeth Houston
Ümumi məlumatlar
Doğum adı Vitni Elizabet Hyuston
Ləqəbləri Nippy, The Voice
Doğum tarixi
Doğum yeri Nyu-Cersi, ABŞ
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Kaliforniya, ABŞ
Vəfat səbəbi Həddindən artıq doza[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa
Fəaliyyət illəri 1977-2012
Janrlar pop musiqisi, R&B, soul, qospel, black contemporary[d]
Səs tembri soprano, alt
Albom şirkətləri Arista Records[d], RCA Records[d]
Mükafatları "Qremmi" mükafatı
İmzanın şəkli
whitneyhouston.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vitni Elizabet Hyuston (ing. Whitney Elizabeth Houston; d. 9 avqust 1963, Nyuark, Nyu-Cersi - ö. 11 fevral 2012, Beverli Hillz, Kaliforniya) — ABŞ müğənnisi. Bir neçə hitlərin ifaçısıdır (o cümlədən "I Will Always Love You" və "I Have Nothing"). Dörd filmdə çəkilmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Con və Kissi Hyustonun sevimli qızları Vitni Hyuston 9 avqust 1963-cü ildə Nyu-Cersidə dünyaya göz açıb. Anası Elvis Preslinin vokalisti, əmisi oğlu Dion Uarvik superstar, xaç anası Aneta Franklin isə əfsanəvi müğənni idi.

Belə ailədə Vitni də uşaqlıq yaşlarından etibarən musiqi ilə maraqlanmağa başlayır. Əvvəllər Nyu-Cersidə kilsə xorlarında mahnı oxuyan Vitni zamanla peşəkarlığa addım atırdı.

Əvvəllər anasının, Çaka Xanın və Lou Raulsun vokalisti olan Vitni eyni zamanda modellik də edirdi. Nyu-Yorkdakı bəzi klublarda səhnəyə çıxırdı. O dövrün məşhur “Glamour”, “Seventeen” jurnallarının üz qapağını bəzəyirdi. Digər tərəfdən də səsini inkişaf etdirir, peşəkar müğənnilik həyatına hazırlaşırdı.

Ölümü[redaktə | mənbəni redaktə et]

Hyuston uzun illər boyu narkotik asılılığından əziyyət çəkib. Daha sonra narkotik problemindən qurtulduqdan sonra Fashion's Rock və 2008 Qremmi mükafatlarında kameraların qarşısına keçmişdi. Bir müsahibəsində narkotik asılılığından xilas olduğunu demişdi. 11 fevral 2012 tarixində Beverli Hillzdəki Beverli Hilton hotelində saat 23:55-də ölü tapılıb. Ölüm səbəbi isə ürək tutması olduğu bildirildi. 18 fevral 2012 tarixində doğum yeri Nyu-Cersidə atasının yanında Fairview Məzarlığın'da dəfn olunub.

Ailə Həyatı[redaktə | mənbəni redaktə et]

Sonralar Hyustonun qızı Bobbi Kristina Braun anasının övladlığa götürdüyü Nik Qordonla münasibəti olub. Bobbi 2015-ci il 31 yanvarda Atlantadakı evində huşsuz vəziyyətdə tapılıb. 22 yaşlı Bobbi Kristina Braun 6 ay komada qaldıqdan sonra iyulun 26-da vəfat edib. Onun da narkotik aludəçisi olduğu bildirilirdi. O, Atlantada anasının qəbrinin yanında dəfn edilib. Dəfn mərasimi Vitni Hyustonun "Jesus Loves Me" mahnısının sədaları altında keçib. Bobbi Kristinanın başına gələnlərdə Nik Qordonun günahı olduğu istisna edilmir. O, Bobbini huşsuz halda hamam otağında tapdığını deyib. Lakin onun Bobbini döydüyü, sonra isə təcilə yardıma xəbər verdiyi ehtimal edilir. İstintaq bir neçə versiya üzərində çalışır[1].

Yaradıclığı[redaktə | mənbəni redaktə et]

Kevin Kostnerlə çəkildiyi "Cangüdən" (1992) filmi 90-cı illərin ən çox baxılan filmlərindən olmuş, filmdə oxunan mahnılar isə hitə çevrilmişdir.[2].

16 yanvar 2010-cu ildə Vitni Hyuston I Look to You albomuna görə BET Awards mükafatına layiq görülmüşdür.[3]. 26 yanvar 2010-cu ildə müğənninin Whitney Houston — The Deluxe Anniversary Edition albomu 25 ildən sonra təkrar buraxılır.[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vitni Hyustonun qızı anasının səsinin sədaları altında dəfn edildi (FOTO)[ölü keçid]
  2. "Celebrating Black Music Month: Chart Topping Diva's — Whitney Houston". 2008-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.
  3. "BET Honors 2010". 2010-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.
  4. "«Whitney Houston» 25th Anniversary". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-12.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]