Xəmsə əlyazması (М—439) — Vikipediya

Xəmsə əlyazması
Tip Xəmsə
Tarix 1698/1699; 1601/1602
Dil(lər) farsca
Yazan(lar) Nizami Gəncəvi
Material kağız və mürəkkəb
Ölçü 14 × 24 sm
Format kitab
Vəziyyət yaxşı
Əlifba ərəb əlifbası
İçindəkilər 84 səhifə
Əvvəl saxlanılıb AMEA Əlyazmalar İnstitutu, Bakı, Azərbaycan Azərbaycan

Xəmsə əlyazması М-439Nizami Gəncəvi "Xəmsə"sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Əlyazmasında "Xəmsə"yə daxil olan "Leyli və Məcnun""Yeddi gözəl" poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.[1]

Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов. — Элм, 1979. — С. 92.