Xəndəkbacı — Vikipediya

XəndəkbacıAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaqgənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biri.

Oyunun quruluşu[redaktə | mənbəni redaktə et]

Əvvəlcə beş-on arşın (metr) uzunluğunda bir-birindən bir-iki arşın (metr) aralı düz xətlər çəkilir və xətlərin arası xəndək adlandırılır.

Oyunu keçirmək üçün sanama üsulu ilə başçı seçirlər. Başçı uşaqları sıraya düzür və uşaqlara sağdan sola bir-bir əlini vura-vura deyir:

Nə səndədir, nə məndə,
Halva-çörək təndirdə.
Anam (nənəm) dedi qal bun-da.

"Bunda" sözünün "da" hissəsi kimdə qurtarırsa, o da xəndəyə düşməli olur. Oyunun şərtinə görə, beş-on arşın (metr) uzunluğunda xəndəyin içi ilə Xəndəkbacı o yan-bu yana qaçır. Qalan uşaqlar isə xəndəyin kənarı ilə hərəkət edir, imkan düşən kimi xəndəkdən çıxmağa çalışan Xəndəkbacını yenə də öz yerinə itələyib salırlar. Xəndəkbacı da öz növbəsində səy göstərir ki, onun ardınca hərəkət edənlərdən birini tutub xəndəyə salsın. İstəyi baş tutanda xəndəyə salınan adamla Xəndəkbacı yerini dəyişir və oyun bu minvalla davam edir.