Xəzər xulu — Vikipediya

Xəzər xulu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
Cins:
Növ:
Xəzər xulu
Beynəlxalq elmi adı

Xəzər xulu (lat. Neogobius caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü.

Morfoloji əlamətləri[redaktə | mənbəni redaktə et]

Bədəni uzunsov olub, quyruğa getdikcə çox nazikləşir. Başının hündürlüyü eninə bərabərdir, başı aşağı əyilmiş şəklindədir, aşağı vəziyyətdə olub, qarın tərəfinin səthi səviyyəsində yerləşir. Ön burun dəlikləri üst dodağa yaxındır. Quyruq üzgəcinin qurtaracağı kəsik şəklindədir. Birinci bel üzgəcində uzunsov ləkə olur. Alnının eni gözünün diametrindən azdır. Daldakı burun dəlikləri gözün ön kənarından uzaqda yerləşir.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Xəzər xulu Azərbaycan sahillərinin şimal hissəsində - Yalama, Xudat, Xaçmaz və Siyəzən rayonlarında yayılmışdır. Cənuba doğru getdikcə sayı azalır, Kürətrafı rayonunda tək - tək təsadüf edilir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Xəzər xulunun maksimal uzunluğu 34.5 sm çatır[3]. Dişilər 2 ilə qədər, erkəklər isə 3 ilə qədər yaşayır.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Xval xulunun heç bir təsərrüfat əhəmiyyəti yoxdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 214 s.
  3. Berg, L.S. 1965. Freshwater fishes of the U.S.S.R. and adjacent countries. vol. 3, quarta edició. Israel Program for Scientific Translations Ltd, Jerusalen, Israel.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]