Xaçınçay su anbarı — Vikipediya

Xaçınçay su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAğdam rayonu
Uzunluğu2,500 m
Eni1,500 m
Sahəsi1.76 mln m²
Həcmi23 mln m³
Orta dərinliyi13 m
Xaçınçay su anbarı (Azərbaycan)

Xaçınçay su anbarıAğdam rayonunda Xaçınçay üzərində yerləşir. Su anbarı, əkin sahələrinin suvarılması üçün su ehtiyatının təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən 1964-cü ildə istismara verilmişdir.

1993-cü ildə Ağdam rayonunun Erməni qəsibkarları tərəfindən işğalı nəticəsində Azərbaycan tərəfindən su anbarının istismarı 2020-ci ilin sonuna qədər mümkün olmamışdır.

Texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

Bəndin hündürlüyü 44 m, uzunluğu 940 m və su anbarının ümumi həcmi 23 mln.m³-dir. Su səthinin güzgü sahəsi 1.76 kv.km, suyun maksimal dərinliyi 37 metrdir.[1] Normal su səviyyəsində su səthi dəniz səviyyəsindən 507.4 m yüksəklikdə, ölü həcminin səviyyəsi isə 487.5 m yüksəklikdədir. Suvarma sahəsi 7000 ha-dır.[2]

Xaçınçay su anbarında suyun orta çoxillik temperaturu yanvar ayında 3.8 °C, avqust ayında 23.1 °C, ən yüksək temperatur 13 iyun 1964-cü ildə 30.5 °C olmuşdur. Buz hadisələri ayrı-ayrı illərdə sahil buzu formasında olur.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Xaçınçay su anbarı Sovet İttifaqı dövründə meliorasiya məqsədləri üçün istifadə edilirdi. Eyni zamanda bu anbar vasitəsilə Ağdam şəhəri və şəhərətrafı yaşayış məntəqələrinin su ehtiyacı ödənilirdi.

Ağdam rayonunun 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 27 il anbardan istifadə etmək mümkün olmamışdır. Ağdam rayonu işğaldan azad edildikdən sonra, su hövzələrinin monitorinqi üzrə işçi qrupu tərəfindən 2021-ci ilin fevral ayında Xaçınçay su anbarında monitorinq keçirildi və anbarın vəziyyəti qiymətləndirildi.[3] 2022-ci ilin mart ayında həyata keçirilən Fərrux əməliyyatı nəticəsində Xaçınçay su anbarı tamamilə Azərbaycanın nəzarətinə keçmişdir.[4]

24 dekabr 2023-cü ildə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın əsas su anbarları və su kanalları (PDF) (Hesabat). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu. 2020. səh. 51. 2020-10-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  2. Xaçınçay su anbarı bərpa edilir (Televiziya xəbəri). Ağdam: Real TV. 1 May 2021. 3 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2021.
  3. Əbülfət, İlhamə. "Xaçınçay su anbarı ilə bağlı təkliflər hazırlanır - Açıqlama". Oxu.az. Bakı. 09.02.2021. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  4. "Azərbaycan Müdafiə Nazirliyi: "Fərrux kəndi və ətraf mövqelərdə heç bir dəyişiklik baş verməyib"". BBC News Azərbaycanca (az.). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2022.
  5. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]