Xalxal xanlığı — Vikipediya

Xanlıq
Xalxal xanlığı
XVIII — XIX əsrlərdə Xalxal xanlığı[1]
XVIII — XIX əsrlərdə Xalxal xanlığı[1]
 
 
1747 — 1799

Paytaxt Xalxal
Rəsmi dilləri Azərbaycan dili,
fars dili
Dövlət dini İslam (Şiəlik)
Əhalisi azərbaycanlılar
İdarəetmə forması Mütləq monarxiya
Xan
 • (1747-1782) Əmirgunə xan Əmirli-Avşar (ilk)
 • (1794-1799) Məhəmmədhüseyn xan Əmirli-Avşar (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri.

Tarixi[redaktə | mənbəni redaktə et]

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı[2].

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-ci ildə Həştərxandan Q. A. Potyomkinə məruzəsində yazırdı:

"Nəzərəli xan Rəşti alandan sonra Hidayət xan canını qurtararaq gəmidə Rəştin 10 saatlığında Mazandaran tərəfdə Səfidrud çayının mənsəbinə gəlib-çıxmışdır. O. Rəştin 150 verstliyində Təbriz tərəfdə yaşayan xalxallı Əmirgunə xana kömək etməyi xahiş etmişdi və onun tələb etdiyi hər şeyi yerinə yetirməyə boyun olmuşdur. Əmirgunə xan, guya, onun xahişi ilə qoşunla Rəşt yaxınlığına gələrək həmin şahsevənli Nəzərəli xanı oradan qovub-çıxarmış və həmin şəhəri idarə etmək üçün əvvəlki kimi Hidayət xana vermişdir. Nəzərəli xan isə Xalxal xanına müqavimət göstərmək iqtidarında olmadığını görüb, oradan çıxarkən şəhərdəki bütün tikililəri və bağları yandırmışdır. Lakin bu məlumatın təsdiqini gözləmək lazımdır"[3].

General-poruçik Aleksandr Suvorov

Hakimləri[redaktə | mənbəni redaktə et]

  1. Əmirgunə xan Əmirli-Əfşar (1747–1782)
  2. Fərəculla xan Əmirli-Əfşar (1782–1794)
  3. Məhəmmədhüseyn xan Əmirli-Əfşar (1794–1799)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Xalxal xanlığı, Bakı: Mütərcim, 2016, 128 səh.
  • Нестеров А. Г., Иванова Ю. П. Халхальское ханство: Историко-географический очерк // Научный диалог. — 2017. — № 5. — С. 405–409.[1] Arxivləşdirilib 2017-08-14 at the Wayback Machine

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Muriel Atkin. Russia and Iran, 1780—1828. 2nd. ed. Minneapolis:University of Minnesota Press Press. 2008. ISBN 0-521-58336-5.
  2. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 279.
  3. ЦГВИА, ф. 52, д. 218, лл. 39–40.  (rus.)