Xiyar turşusu — Vikipediya

Hazır Xiyar turşusu

Lazım olan ərzaqlar[redaktə | mənbəni redaktə et]

  • 1,5 kiloqram xiyar
  • 1,5 litr su
  • 1 stəkan şəkər tozu
  • 2–3 ədə baş soğan
  • 1 xörək qaşığı qara istiot dənəsi
  • 1 dəstə şüyüd
  • 12 xörək qaşığı sirkə

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Məhlul hazırlamaq üçün su sirkə ilə birgə qaynadılır, şəkər dairə şəklində doğranmış soğan və istiot dənələri ona əlavə edilir. Şüyüd yaxşıca yuyulur və narın doğranır. Xiyar da yuyulur, dairə şəklində doğranır, bankaya yığılır. Ara-ara şüyüdlər səpilir. Sonra üzərinə soyudulmuş məhlul əlavə edilir. 2 gündən sonra marinad süzülür, qaynadılır və yenidən xiyarın üzərinə əlavə olunur. Ağzı bağlanılır, sərin yerdə saxlanılır.

Mənbə[redaktə | mənbəni redaktə et]