Yüksəliş adası — Vikipediya

Yüksəliş adası (ing. Ascension Island) — Atlantik okeanın mərkəzi hissəsində (7º57' c.e. 14º22' q.u.) ada. 1501-ci ildə portuqaliyalılar tərəfindən kəşf edilmişdir. Sahəsi 88 km2. Səthi sönmüş vulkanların (təqr. 35) kraterləri ilə örtülü platodur. Hünd. 875 m-ə çatır. Tropik meşələr və çoxlu dəniz quşları var. İnzibati cəhətdən Askenson adası Müqəddəs Yelena adasının tərkibində daxildir. Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları ilə Böyük Britaniyanın dəniz əraziləri'nin bir hissəsi kimi idarə olunur. İnzibati mərkəzi və portu Corctaun şəhəridir.