Yakov Kostyukovski — Vikipediya

Yakov Kostyukovski
Doğum tarixi 23 avqust 1921(1921-08-23)
Doğum yeri
Vəfat tarixi 11 aprel 2011(2011-04-11) (89 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutu[d] (19391941)
Fəaliyyəti dramaturq, ssenarist, şair, jurnalist, hərbi müxbir[d], yazıçı
Mükafatları "Şərəf" ordeni "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Yakov Aronoviç Kostyukovski (rus. Яков Аронович Костюковский; 23 avqust 1921, Zolotonoşa[d], Kremençuk quberniyası[d]11 aprel 2011, Moskva) — sovet və rus şairi, dramaturq və ssenaristi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yakov Aronoviç Kostyukovski 23 avqust 1921-ci ildə anadan olmuşdur. 1939–1941-ci illərdə Fəlsəfə, ədəbiyyat və tarix institutunun filologiya fakültəsində təhsil almışdır.

Qəzet və jurnal nəşrilə məşğul olmuşdur. 1948-ci ildən Vladlen Baxnovla birlikdə felyetonlar, satirik şeirlər, pyeslər, ssenarilər yazmışdır. 1963-cü ildən isə Moris Slobodskoyla ortaq kitablar yazmışdır.

O, Moris Slobodskoy və Leonid Qaydayla birlikdə 3 məşhur komediyanın ssenarisini yazmışdır: ""I" əməliyyatı", "Qafqaz əsiri" və "Brilyant əl".

Yakov Aronoviç Kostyukovski 11 aprel 2011-ci ildə miokard infarktından aprelin 8-də ağır vəziyyətdə gətirildiyi Moskvanın Botkin adına şəhər klinikasında vəfat etmişdir[1][2].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
  2. Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
  3. Brilyant əl (film, 1968)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Сценарист "Кавказской пленницы" Я.Костюковский скончался от инфаркта". 2011-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
  2. Умер сценарист "Бриллиантовой руки" Яков Костюковский

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]