Yaponiya bayrağı — Vikipediya

Yaponiya
Təfərrüatlar
Ləqəb Nişşoki[1] və ya Hinomaru[2]
Proporsiya 2:3[1]
Dizayn Ağ düzbucaqlı sahənin mərkəzində qırmızı günəş diski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponiya bayrağıYaponiya dövlətinin milli simvollarından biri. Ağ rəngli düzbucaqlı sahənin mərkəzində yerləşən tünd qırmızı günəş diski şəklində təsvir olunmuşdur. Bayraq rəsmi şəkildə Nişşoki (日章旗?, "günəş işarəli bayraq") adlansa da, Yaponiyada daha çox Hinomaru (日の丸?, "günəş diski") adı ilə tanınır. Bayraq ölkənin adını simvolizə edir: Gündoğan ölkə.

Nişşoki bayrağı 13 avqust 1999-cu ildə qüvvəyə minən "Milli bayraq və milli himn haqqında qanun"dan sonra milli bayraq kimi qəbul edilmişdir. 1999-cu ilə kimi rəsmi şəkildə milli bayraq kimi qəbul edilməsə də, həmin vaxta kimi de fakto olaraq milli bayraq idi. Meyci dövrünün əvvəlində mövcud olmuş hökumət orqanı Dayco-kan bayrağın dizaynı haqqında iki müraciətnamə yaymışdır. Günəş diski bayrağı 27 fevral 1870-ci ildə Meyci 3-ün 57 saylı müraciətnaməsi ilə ticarət gəmiləri üçün milli bayraq, 27 oktyabr 1870-ci ildə isə Meyci 3-ün 651 saylı müraciətnaməsi ilə hərbi donanma üçün milli bayraq kimi qəbul edilmişdir. İkinci dünya müharibəsindən sonra Müttəfiqlərin Yaponiyanı işğal etdikləri ilk bir neçə il ərzində bayrağın istifadəsi məhdudlaşdırılsa da, daha sonra bu məhdudiyyətlər aradan qalxmışdır.

Günəş Yaponiya mifologiyasında və dində vacib rol oynayır, çünki əfsanəyə görə Yaponiya imperatorları günəş tanrısı Amaterasunun nəslindən gəlirlər. Ölkənin adı da bayrağın dizaynında vacib rol oynamışdır. Qədim tarix mənbəyi olan Şoku Nihonqiyə görə İmperator Monmu 701-ci ildə öz sarayında günəşi təmsil edən bayraqdan istifadə etmişdir. Bu, Yaponiyada günəş motivli bayrağın istifadəsinə dair ən qədim qeyddir. Ən qədim bayraq Yamanaşi prefekturasının Koşu şəhərində yerləşən Unpo-ci məbədində saxlanılan bayraqdır və XVI əsrdən öncəsinə aiddir. Əfsanəyə görə bu bayraq İmperator Qo-Reyzey tərəfindən XI əsrdə məbədə verilmişdir.[3][4][5] Meyci islahatı dövründə həm günəş diski, həm də Doğan günəş bayrağı formalaşan Yaponiya imperiyasının əsas simvolları olmuşdur. Təbliğat afişaları, kitabları və filmlərində bayraq ləyaqət və vətənpərvərlik simvolu kimi təsvir olunmuşdur. Hökumətin qərarına əsasına Yaponiya evlərində vətəndaşlar milli bayramlarda, tədbirlərdə və digər hadisələrdə bayrağı nümayiş etdirməyə məcbur idilər. Üzərində Hinomaru təsviri olan, Yaponiya və imperatora sədaqəti simvolizə edən müxtəlif nişanlar İkinci Çin-yapon müharibəsində və digər hərbi münaqişələrdə populyar olmuşdur. Nişanlar bayraq üzərində yazılmış şüarlardan tutmuş bayrağı xatırladan geyimlər və yeməklərə qədər müxtəlif idi.

İctimaiyyətin bayrağa münasibəti müxtəlifdir. Tarixən həm Qərb, həm Yaponiya mənbələri bayrağın yaponlar üçün güc və dözümlülük simvolu olduğunu iddia etmişdirlər. İkinci dünya müharibəsinin başa çatmasından sonra bayrağın və Yaponiyanın milli himni olan Kimiqayonun orta məktəblərdə istifadə olunması mübahisə mövzusuna çevrilmişdir. Mübahisələr etirazlara və məhkəmə işlərinə səbəb olmuşdur. Ultramilliyətçiliklə olan əlaqəsinə görə bayraq Yaponiyada çox da geniş istifadə olunmur. Okinavalılara görə bayraq İkinci dünya müharibəsinin hadisələrini və ABŞ ordusunun Okinavada müvəqqəti olaraq oturmasını xatırladır. Bir zamanlar Yaponiyanın işğalı altında olmuş bəzi ölkələrə görə bayraq aqresiya və imperializm simvoludur. Hinomaru işğal olunmuş dövlətlərdə təhdid, dominantlıq və itaəet etdirmə məqsədləri üçün alət kimi istifadə olunmuşdur. Hazırda bəzi Yaponiya hərbi bayraqları Hinomaruya əsaslanır.

Tarixi[redaktə | mənbəni redaktə et]

1900-cü ildən əvvəl[redaktə | mənbəni redaktə et]

Kuki Yoşitakanın donanması 1594-cü ildə.
Tokuqava şoqunatının Asahi Maru adlı döyüş gəmisi 1856-cı ildə.

Hinomarunun dəqiq mənşəyi bilinmir,[6] lakin belə görünür ki, doğan günəş VII əsrin əvvəllərindən yaponlar üçün simvolik məna daşımağa başlamışdır (Yaponiya arxipelağı Asiya materikinin ən şərqində yerləşir və günəş ən birinci burada "doğur"). 607-ci ildə Çin imperatoru Yan-diyə göndərilmiş rəsmi yazışma "doğan günəşin imperatorundan" sözləri ilə başlayırdı.[7] Yaponiya tez-tez "gündoğan ölkə" kimi çağırılır.[8] XII əsrə aid "Heykenin nağılı" adlı əsərdə qeyd olunur ki, samuraylar üzərində günəş təsvirləri olan yelpiklərdən istifadə edirdilər.[9] Milli bayrağa dair əfsanələrdən biri də buddist rahibi Niçirenlə bağlıdır. Əfsanəyə görə XIII əsrdəki monqol yürüşləri zamanı Niçiren şoquna döyüşdə istifadə etməsi üçün üzərində günəş təsviri olan banner verib.[10] Günəş həm də imperiya ailəsi üçün də ünsür kimi çıxış edir, çünki əfsanəyə görə ailə üzvləri günəş ilahı Amaterasunun törəmələridirlər.[11][12]

Dövrümüzə qədər gəlib çıxmış ən qədim Yaponiya bayraqlarından biri Yamanaşi prefekturasının Unpo-ci məbədində saxlanılır. Əfsanəyə görə bayraq İmperator Qo-Reyzey tərəfindən Minamoto no Yoşimitsuya verilib və Takeda klanı tərəfindən 1000 ildən çoxdur ki, ailə xəzinəsi kimi saxlanılır,[13] yaşı XVI əsrdə qədər uzanır.

Yaponiyada rəsmi olaraq qeydə alınmış ilk bayraqlar birləşmə dövrü olan XVI əsrdə aiddir. Hər daymyonun öz bayrağı var idi və bu bayraqlar döyüşlərdə istifadə olunurdu. Bu bayraqların böyük qismi banner şəklində idi və üzərində daymyonun mənsub olduğu ailənin gerbi (mon) təsvir olunurdu. Hətta eyni ailənin üzvləri, məsələn, oğul, ata və qardaş döyüşlərdə müxtəlif bayraqlardan istifadə edirdilər. Bayraq fərqləndirmə funksiyası daşıyırdı və əsgərlər tərəfindən beldə və atlarda nümayiş etdirilirdi. Generalların öz xüsusi bayrağı olurdu, əsgərlərin bayraqlarından əsas fərqi kvadrat formasında olması idi.[14]

1854-cü ildə Tokuqava şoqunatı dövründə Yaponiya gəmilərinə xarici gəmilərdən fərqlənmək üçün Hinomaru dalğalandırması şərti qoyulmuşdur.[9] Bundan əvvəl ABŞRusiya ilə ticarət edən Yaponiya gəmilərində müxtəlif növ Hinomarulardan istifadə edirdi.[6] Hinomaru 1870-ci ildə ticarət bayrağı kimi qəbul edilmişdir. 1870–1885-ci illərdə isə leqal milli bayraq olmuş və Yaponiyada rəsmi şəkildə qəbul edilmiş ilk bayraq olmuşdur.[15][16]

Milli simvollar ideyası yaponlar üçün yad olduğundan Meyci hökumətinin bu barədə xarici dünya ilə əlaqə yaratmağa ehtiyacı yaranmışdır. Bu, xüsusilə Metyu Perrinin Yokohama körfəzində lövbər atmasından sonra daha təcili hal almışdır.[17] Meyci hökumətinin islahatları Yaponiyaya yeni fərqləndirici simvollar qazandırmışdır, bunlara Kimiqayo himni və imperator möhrü daxildir.[18] 1885-ci ildə Yaponiya Rəsmi Qəzetində çap olunmamış bütün keçmiş qanunlar ləğv olunmuşdur.[19] Yaponiya idarəetməsində yeni kabinet iştirak etdiyindən Hinomaru sadəcə de fakto olaraq milli bayrağa çevrilmişdir.[20]

İlk münaqişələr və Sakit okean müharibəsi[redaktə | mənbəni redaktə et]

1930-cu illərdəki hərbiləşməyə aid şəkil. Hinomaru evdə nümayiş etdirilir və bir neçə uşağın əlində bayraq var.
Yaponlar, çinlilərmancurlar arasındakı harmoniyanın təsvir olunduğu təbliğat afişası. Afişanın çincə izahında yazılır: "Yaponiya, Çin və Mançjou-qonun birgə əməkdaşlığı ilə dünyada sülh ola bilər".

Yaponiyanın imperiyaya çevrildiyi dövrdə bayrağın istifadəsi daha da geniş vüsət almışdır. Birinci Çin-yapon müharibəsiRus-yapon müharibəsindən sonra əldə olunan qələbələr münasibətilə keçirilən tədbirlərdə Hinomarudan geniş şəkildə nümayiş etdirilmişdir. Bayraq bütün ölkədə müharibə məqsədləri üçün istifadə olunurdu.[21] 1934-cü ildə çəkilmiş yapon təbliğat filmində xarici dövlətlərin bayraqları tamamlanmamış və defektiv şəkildə təsvir olunduğu halda, Yaponiya bayrağı bütün cəhətlərdən möhtəşəm kimi göstərilmişdir.[22] 1937-ci ildə Hiroşima prefekturasından bir qrup qız Çində döyüşən əsgərlərə öz dəstəklərini nümayiş etdirmək üçün düyünün ortasına qoyulmuş umeboşidən ibarət "bayraq xörəkləri" yemişdir. Hinomaru bentosu 1940-cı illərə kimi Yaponiyada hərbi silahlanmanın və əsgərlərə dəstəyin simvolu olmuşdur.[23]

Yaponiyanın Çin-yapon müharibəsindəki ilk qələbələri Hinomarunun yenə zəfər tədbirlərində istifadəsinə səbəb olmuşdur. Paradlarda hər yaponun əlində Yaponiya bayrağını görmək olardı.[21]

Bu dövrə aid dərsliklərdə Hinomaru bayrağı imperator və Yaponiyaya sədaqəti göstərən şüarlarla birlikdə nəşr olunurdu. Vətənpərvərlik uşaqlara əxlaq qaydaları kimi öyrədilirdi. Bayraqdan istifadə etməklə və ya gündəlik olaraq imperatora sitayiş etməklə vətənpərvərlik nümayiş etdirmək "yaxşı yapon olmağın" yolu idi.

Bayraq İkinci dünya müharibəsi zamanı işğal edilmiş Cənub-şərqi Asiya ölkələrində Yaponiya imperializminin aləti kimi istifadə olunmuşdur: insanlar bayraqdan istifadə etməli[24] və məktəblilər hər səhər bayraq qaldırma tədbirində Kimiqayo deməli idilər.[25] Filippin, İndoneziyaMançjou-qo kimi bölgələrdə yerli bayraqlardan istifadəyə icazə verilmişdi.[26][27][28] Yaponiya imperiyasının tərkibində olan Koreyada Hinomaru və digər simvollar koreyalıların imperiyaya tabe olduqlarını göstərmək üçün istifadə olunurdu.[29]

Yaponlara görə Hinomaru "bütün dünyanın qaranlığını işıqlandıracaq doğan günəş" idi.[30] Qərb dünyasına görə bayraq Yaponiya hərbisinin ən güclü simvollarından biri idi.[31]

ABŞ işğalı[redaktə | mənbəni redaktə et]

Yaponiyanın təslim olduğu 9 sentyabr 1945-ci ildə Seul şəhərində Hinomaru aşağı endirilir.

Hinomaru İkinci dünya müharibəsində və işğal dövründə de fakto bayraq olmuşdur.[20] İkinci dünya müharibəsindən sonra Yaponiyanın işğalı zamanı Hinomarunu dalğalandırmaq üçün Müttəfiq Güclərin Ali Komandirliyindən icazə almaq lazım idi.[32][33] Hinomarudan istifadənin məhdudiyyətlərinin dərəcəsi haqqında mənbələr fərqli məlumat verir. Bəzi mənbələr "qadağan olunmuş" terminindən istifadə edir.[34][35] Bəzi mənbələrə görə isə məhdudiyyətlər olsa da, açıq-aşkar qadağa yox idi.[20]

İkinci dünya müharibəsindən sonra ABŞ Donanması Gəmiçilik Nəzarət Təşkilatının yapon sivil gəmiləri tərəfindən yapon ticarət gəmiləri üçün başqa bayraqdan istifadə olunmuşdur.[36] "E" siqnal kodu əsasında hazırlanmış bayraq 1945-ci ilin sentyabrından ABŞ işğalının sonuna qədər istifadə olunmuşdur.[37] Yaponiya su sahəsində fəaliyyət göstərən ABŞ gəmiləri "O" siqnal bayrağından öz bayraqları kimi istifadə etmişdir.[38]

2 may 1947-ci ildə general Duqlas Makartur Yaponiyanın yeni konstitusiyasının ratifikasiyası ilə Milli Diet Binasında, İmperiya sarayında, baş nazirin iqamətgahında və Ali məhkəmə binasında Hinomarunun dalğalandırılması barədə məhdudiyyətləri qaldırmışdır.[39][40] Bu məhdudiyyətlər 1948-ci ildə əhaliyə milli bayramlarda bayraqdan istifadə etməyə icazə verməklə daha da azaldılmışdır. 1949-cu ilin yanvarında bayraqla bağlı bütün məhdudiyyətlər tamamilə aradan qaldırılmış və istənilən şəxsin istənilən vaxt icazə almadan Hinomaru dalğalandırmasına icazə verilmişdir. Nəticədə, məktəb və evlərdə 1950-ci illərin əvvəllərində Hinomaru yenidən dalğalanmağa başlamışdır.[32]

Müharibədən sonra 1999-cu ilə kimi[redaktə | mənbəni redaktə et]

Hinomaru 1956-cı ildə BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında qaldırılarkən.

İkinci dünya müharibəsindən bəri Yaponiyanın militarist keçmişi ilə olan əlaqəsinə görə bayraq daim qınaq obyekti olmuşdur. Eyni tənqidlər Yaponiyanın hazırkı milli himni olan Kimiqayoya da edilmişdir.[13] Hinomaru və Kimiqayo haqqında fikirlər "Day Nippon"u (Böyük Yaponiya) müdafiə edən vətənsevərlərin fikirlərindən tutmuş antimilitarist "Nihon"u (Yaponiya) müdafiə edən sülhsevərlərin fikirlərinə qədər müxtəlifdir. Bayraq haqqında ideoloji fikirlər müxtəliflik göstərdiyinə görə bayraq hazırkı dövrdə İkinci dünya müharibəsindən öncəki dövrlə müqayisədə (hətta 1949-cu ildə bayraq haqqında bütün məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq) daha az istifadə olunur.[33][41]

Yaponiya özünü diplomatik cəhətdən yenidən qurmağa başlayanda Hinomarudan xarici ölkələrdə siyasi silah kimi istifadə olunmağa başlamışdır. İmperator Hirohitoİmperatriça Kocunun Hollandiya səfəri zamanı hollandlar Hinomarunu yandıraraq imperatorun Yaponiyaya göndərilməsini və İkinci dünya müharibəsində holland müharibə əsirlərinin ölümlərinin araşdırılmasını tələb etmişdirlər.[42] Yaponiyanın özündə isə hətta ABŞ ilə Yaponiya arasında razılaşdırılmış yeni güc razılaşması statusuna qarşı etiraz aksiyalarında belə istifadə olunmamışdır. Ticari təşkilatlar və digər etirazçıların istifadə etdikləri əsas bayraq inqilabın simvolu olan qırmızı bayraq idi.[43]

Hinomaru və milli himnlə bağlı olan məsələ Tokio 1964-cü ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etdiyi zaman yenidən gündəmə gəlmişdir. Olimpiya oyunlarından öncə milli bayrağın günəş diskinin ölçüsü qismən dəyişdirilmişdir, çünki digər bayraqlarla dalğalananda günəş diskinin kifayət qədər diqqəti cəlb edən şəkildə görünmədiyi hesab edilmişdi.[33] Rəng mütəxəssisi Tadamasa Fukiura günəş diskini bayrağın uzunluğunun üçdə ikisinə yerləşdirməyi seçmişdir. Fukuira həmçinin 1964-cü ildə istifadə olunmuş bayraq rənglərini 1998-ci ildə Naqanoda təşkil olunan Qış Olimpiya Oyunları zamanı da istifadə etmişdir.[44]

1989-cu ildə İmperator Hirohitonun ölümündən sonra milli bayraq haqqında məsələ bir dəfə də gündəmə gəlmişdir. Mühafizəkarlar düşünürdülər ki, əgər mərasimlər zamanı keçmiş yaraları açmadan bayraqdan istifadə olunsa, Hinomaru militarist mənası ilə əlaqələndirilmədən milli bayraq kimi qəbul edilə bilər.[45] Altı günlük matəm dövrü zamanı bütün Yaponiyada bayraqlar yarıya qədər endirilmiş və ya qara parça ilə örtülmüşdür.[46] İmperatorun dəfn günündə etirazçıların Hinomaruya qarşı etdikləri vandalizmlər haqqındakı raportlara baxmayaraq,[47] bütün məktəblərə bayrağı tərəddüdsüz şəkildə yarıya endirilmiş şəkildə dalğalandırma hüququnun verilməsi mühafizəkarlara uğur gətirmişdir.[45]

1999-cu ildən[redaktə | mənbəni redaktə et]

15 avqust 1999-cu ildə rəsmi qəzetdə çap olunmuş "Milli bayraq və Milli himn haqqında qanun".

1999-cu ildə qəbul edilən "Milli bayraq və Milli himn haqqında qanuna" görə Hinomaru və Kimiqayo Yaponiyanın milli simvollarıdır. Qanunun qəbul edilməsi Hiroşima prefekturasının Sera şəhərindəki Sera liseyinin direktoru olan İşikava Toşihironun Kimiqayo və Hinomarunun istifadəsi haqqında müəllimlər və məktəb şurası ilə razılığa gələ bilməyib intihar etməsindən qaynaqlanır.[48][49] Qanun 1992-ci ildə qəbul edilən "BMT-nin sülhməramlı və digər əməliyyatlarında iştirak etmək haqqında qanun"dan sonra Diet tərəfindən qəbul edilən ən mübahisəli qanunlardan biri olmuşdur.[50]

Liberal Demokrat Partiyasından (LDP) olan baş nazir Keyzo Obuçi Hinomaru və Kimiqayonu ölkənin rəsmi simvollarına çevirmək üçün 2000-ci ildə qanun layihəsi hazırlamışdır. Onun kabinet katibi Hiromu Nonaka İmperator qanun layihəsinin Akihitonun taxta çıxmasının 10 illiyinə qədər tamamlanmasını istəyirdi.[51] Lakin bu, hər iki simvolun rəsmi simvol kimi qəbul edilməsi üçün göstərilən ilk təşəbbüs deyildi. 1972-ci ildə Okinavanın Yaponiyaya qaytarılmasından və 1973-cü il neft böhranından sonra baş nazir Tanaka Kakuey hər iki simvolun rəsmi olaraq qəbul edilməsini istəmişdir.[52] Kimiqayonu öyrətmək və çalmaqla bağlı məktəblərə göstəriş verməklə yanaşı Kakuey hər səhər mərasimlə Hinomarunun qaldırılmasını və 1890-cı ildə İmperator Meyci tərəfindən hazırlanan Təhsil haqqında İmperiya Reskriptinin bəzi elementlərinə əsaslanan əxlaqi tədris planı qəbul etdirmək istəyirdi.[53] Lakin həmin il Diet onun təklif etdiyi qanunu qəbul etməmişdir.[54]

1999-cu il qanununun əsas tərəfdarları LDP və Komeyto idi. Əsas əleyhidarlar isə Sosial Demokrat Partiyası (SDP) və Kommunist Partiyası (YKP) idi və onlar hər iki simvolun müharibə erasını xatırladığını müdafiə edirdilər. Hətta YKP qərarın ictimaiyyət tərəfindən verilməli olduğunu müdafiə edərək daha da qarşı çıxdı. Bu zaman Yaponiya Demokrat Partiyasında (YDP) belə bayraq haqqında konsensus əldə edilə bilməmişdi. YDP prezidenti və gələcək baş naziri Naoto Kan qeyd etmişdi ki, YDP qanunu dəstəkləməlidir, çünki partiya artıq hər iki simvolu Yaponiyanın simvolları kimi tanıyır.[55] Köməkçi katib və gələcək baş nazir Yukio Hatoyama isə cəmiyyət ilə ictimai məktəblər arasında ayrılıqlara səbəb olacağını düşünmüşdür. Hatoyama qanun layihəsinin lehinə, Kan isə əleyhinə səs vermişdir.[51]

Səsvermədən öncə iki simvol üçün Dietdə ayrı-ayrılıqda səsvermələrin keçirilməsi haqqında tələblər də edilmişdir. Vaseda Universitetinin professoru Norihiro Kato qeyd etmişdir ki, Kimiqayonun məsələsi ayrı olmalıdır, çünki onun məsələsi Hinomarudan daha mürəkkəbdir.[56] YDP və digər partiyalar tərəfindən təkcə Hinomarunun rəsmi simvol kimi qəbul edilməsi cəhdləri Diet tərəfindən rədd edilmişdir.[57] Nümayəndələr palatası 22 iyul 1999-cu ildə 403 səsə qarşı 86 səslə qanun layihəsini qəbul etmişdir.[58] Qərar 28 iyulda Müşavirlər palatasına göndərilmiş və 9 avqustda qəbul edilmişdir. 13 avqustda qanun qüvvəyə minmişdir.[59]

8 iyul 2009-cu ildə YDP-nin parlament seçkiləri üçün təşkil etdiyi mitinqdə çəkilmiş fotoşəkildə tavandan asılmış banner təsvir olunmuşdu. Banner iki Hinomaru bayrağının kəsişməsindən ibarət idi və birlikdə YDP-nin loqosunu əmələ gətirirdilər. Bu, LDP üzvü və baş nazir Taro Asonun qəzəbinə səbəb olmuş və bunu bağışlanmaz adlandırmışdı. Buna cavab olaraq, Yukio Hatoyama (qanunun qəbul edilməsinin lehinə səs vermişdi)[51] bannerin Hinomaru olmadığını və başqa cür qəbul edilməməli olduğunu bildirmişdir.[60]

Dizayn[redaktə | mənbəni redaktə et]

Dalğalanan Yaponiya bayrağı.

1870-ci ildə qəbul edilmiş baş nazirin 57 saylı müraciətnaməsinə əsasən milli bayraqla bağlı qanun var. Birincisi bayrağın kim tərəfindən və necə dalğalandırılması, ikincisi isə bayrağın necə hazırlanması ilə bağlıdır.[6] Bayrağın eninin uzunluğuna olan nisbəti 7:10 şəklində idi. Günəşi təmsil edən və bayrağın mərkəzində dayanan qırmızı disk isə qaldırıcı enin beşdə üç hissəsini əhatə edirdi. Qanuna görə bayraq tam mərkəzdə yerləşdirilməli idi, lakin adətən bayrağın qaldırıcı hissəsinin 0,01-lik hissəsinə tərəf bir az sürüşdürülür.[61][62] Həmin ilin 3 oktyabrında ticarət bayrağının və dəniz donanması bayrağının dizaynları qəbul edilmişdir.[63] Ticarət bayraqları üçün bayrağın eninin uzunluğuna olan eni 2:3 idi. Günəş diskinin ölçüsü eyni idi, lakin qaldırıcı hissəsinin 0,05-lik hissəsinə tərəf sürüşdürülmüşdü.[64]

Bayrağın quruluş eskizi.

"Milli bayraq və Milli himn haqqında qanun" qəbul ediləndən sonra bayrağın ölçülərindən gözəçarpan dəyişikliklər olmuşdur. Bütün bayraqlar üçün enin uzunluğa nisbəti 2:3 olaraq müəyyənləşdirilmişdir.[1] Günəş diski tam mərkəzə gətirildi, lakin ölçüsü dəyişdirilməmişdir.[2] Bayrağın arxaplanın rəngi ağ, günəş diskinin rəngi qırmızı (紅色, beni iro?) kimi müəyyənləşdirilsə də, 1999-cu il qanununda dəqiq rənglər haqqında məlumat verilməmişdir.[1] Qırmızı rəng haqqında verilən yeganə hökm rəngin tünd olmasıdır.[65]

1973-cü ildə Yaponiya Müdafiə Agentliyi (hazırda Müdafiə Nazirliyi) tərəfindən buraxılmış xüsusiyyətlər siyahısına görə bayraqdakı qırmızı rəngin çaları 5R 4/12, ağ rəng isə Mansell rəng cədvəlinə görə N9-dur.[66] Sənəd 21 mart 2008-ci ildə bayrağın yeni qanuna uyğun yeni quruluşu və yenilənmiş Mansell rəngləri ilə uyğunlaşması üçün dəyişdirilmişdir. Sənədə görə hərbi işlər zamanı işlədilən bayraqlar orlon və ya neylon materiallardan hazırlana bilər. Orlon üçün qırmızı rəngin çaları 5.7R 3.7/15.5, ağ rəngin çaları N9.4-dür. Neylon üçünsə bunlar uyğun olaraq 6.2R 4/15.2 və N9.2-dir.[66] Rəsmi İnkişaf Köməkliyi (RİK) tərəfindən buraxılmış sənəddə qırmızı və ağ rənglərin çalarları, uyğun olaraq, DIC 156 və CMYK 0-100-90-0 kimi verilmişdir.[67] "Milli bayraq və Milli himn haqqında qanun"un müzakirələri zamanı açıq qırmızı (赤色, aka iro)?) rəngdən istifadə etmək və ya Yaponiya Sənaye Standartlarının (YSS) müəyyənləşdirdiyi rənglərdən birini seçmək təklif olunmuşdu.[68] Yaponiyada istehsal olunan bayraqlar üçün əsasən kinovar boyasından istifadə olunur.

Rəng cədvəli[redaktə | mənbəni redaktə et]

Rəsmi rəng (Ağ) Rəsmi rəng (Qırmızı) Rəng sistemi Mənbə İl
     N9[69]      5R 4/12[69] Mansell DSP Z 8701C[66] 1973
məlum deyil      156[70] DIC RİK Simvol təlimatları[67] 1995
məlum deyil      0-100-90-0 CMYK RİK Simvol təlimatları[67] 1995
məlum deyil      186 Coated[71] Panton Album des pavillons nationaux et des marques distinctives[72] 2000
məlum deyil      0-90-80-5[71] CMYK Album des pavillons nationaux et des marques distinctives[72] 2000
     N9.4 (Akrilik[69]      5.7R 3.7/15.5 (Akrilik)[69] Mansell DSP Z 8701E[66] 2008
     N9.2 (Neylon)[69]      6.2R 4/15.7 (Neylon)[69] Mansell DSP Z 8704E[66] 2008
məlum deyil      032 örtülü[71] Panton 2008 Yay Olimpiya Oyunları protokol oyunu – Bayraq istifadəsi və 2012 Yay Olimpiya Oyunları – Bayraq və himn istifadəsi[73][74] 2008/2012

İstifadə və adətlər[redaktə | mənbəni redaktə et]

Hinomaru Yoseqakiyə misal.

Hinomaru ilk dəfə tanıdılanda dövlət vətəndaşların qarşısına imperatoru bayraqla qarşılamağı məcburiyyəti qoymuşdur. Yaponlar arasında bayraq üzərində bir çox mübahisələr yaranmış və etirazlara səbəb olmuşdur. Bayrağın ölkə əhalisi tərəfindən qəbul edilməsi müəyyən zaman müddəti almışdır.[18]

İkinci dünya müharibəsi illərində Yaponiya mədəniyyətində dostlar, sinif yoldaşları, əsgər qohumları üçün Hinomaru imzalamaq və hədiyyə etmək adəti populyar olmuşdu. Bayraq həmçinin yaxşı uğur tilsimi və əsgərlərin döyüşdən sağ-salamat qayıtmasını diləmək üçün dua abidəsi kimi istifadə olunmuşdur. Bu növ tilsim üçün istifadə olunan bir termin Hinomaru Yoseqakidir (日の丸寄せ書き?).[75] Adətlərdən biri də bayraq üzərində yazı yazarkən yazıların günəş diskinə toxunmamasına diqqət yetirməkdir.[76] Döyüşlərdən sonra bu bayraqlar tez-tez ölmüş yapon əsgərlərin üzərində tapılırdı. Artıq suvenirə çevrilən bu bayraqları[76] ölmüş əsgərlərin ailələrinə göndərmək trendə çevrilmişdi.[77] Hinomaru üzərində yazı yazmanın uğur gətirməsi adəti indi də davam etsə də, əvvəlki kimi dəbdə deyil. Hinomaru Yoseqakiyə Yaponiya milli komandasına dəstək vermək məqsədilə beynəlxalq idman yarışlarında rast gəlmək olar.[78]

Takeru Kobayaşi haçimaki taxır.

Haçimaki (鉢巻?, azərb. "şlem-şərf"‎) ortasında günəş diski olan ağ bandana çeşididir. Üzərinə müxtəlif ifadələr yazılır. Bandana qətiyyətin, zəhmətin və ya cəsarətin simvolu kimi taxılır. Haçimaki əsasən idman yarışlarını izləyən tamaşaçılar, doğum edən qadınlar, cukularda oxuyan şagirdlər,[79] offis işçiləri, biznesmenlər tərəfindən müxtəlif vəziyyətlərdə taxılır. İkinci dünya müharibəsində kamikaze pilotları üzərilərində "Bəlli zəfər" (必勝, Hisshō?) və ya "Yeddi can" yazılan haçimakilər geyirdilər. Bu, pilotun vətəni üçün ölməyə hazır olduğunu bildirirdi.[80]

İkinci dünya müharibəsindən əvvəl bütün vətəndaşlar milli bayramlarda evlərində Hinomaru nümayiş etdirməyə borclu idilər.[20] Müharibədən sonra bayraqdan istifadə məhdudlaşdırılmışdır. İndi ancaq milli və yerli hökumət binalarına Hinomaru taxılır. Şəxsi evlərdə və kommersiya binalarında bayrağı görmək çətindir,[20] lakin bəzi insanlar və şirkətlər milli bayramlarda bayrağın nümayiş etdirilməsini müdafiə edirlər. Yaponiya hökuməti vətəndaşları milli bayramlarda Hinomarudan istifadə etmək üçün cəsarətləndirsə də, bunu etmək qanuni olaraq məcburi deyil.[81][82] 23 dekabr 2002-ci ildə imperatorun 80-ci ad günündən sonra Kyushu dəmiryol şirkəti Hinomarunu 330 stansiyada nümayiş etdirmişdir.[83]

1995-ci ildən RİK öz rəsmi loqosunda Yaponiya bayrağının motivindən istifadə edir. Loqonun özü hökumət tərəfindən yaradılmayıb və ictimaiyyət tərəfindən təqdim olunan 5000 dizayndan seçilib. Lakin hökumət yardım paketləri və inkişaf proqramları ilə Hinomarunun vizualizasiyasını artırmağa çalışmışdır. RİK-ə görə bayraqdan istifadə Yaponiya xalqı tərəfindən edilə köməyi simvolizə etmək üçün ən effektiv yoldur.[84]

Mədəniyyət və münasibət[redaktə | mənbəni redaktə et]

İmperator Naruhito nun taxta çıxmasından sonra İmperator ailəsini bayraqda dalğalandıran izdiham İmperator Sarayında, 4 may 2019-cu il.

Kütləvi informasiya vasitələri tərəfindən keçirilmiş səsvermələr göstərir ki, yaponların çoxu hətta 1999-cu ildə qəbul edilmiş "Milli bayraq və Milli himn haqqında qanun"dan öncə də bayrağı milli simvol kimi qəbul etmişdir.[85] Buna baxmayaraq, bayrağın məktəb tədbirlərində və kütləvi informasiya vasitələrində istifadəsi hələ də mübahisə mövzusudur. Məsələn, "Asahi Şimbun" və "Mainichi Shimbun" kimi liberal qəzetlər Yaponiya bayrağı haqqında tənqidi yazılar paylaşır və oxucularının siyasi spektrumunu əks etdirir.[86] Başqa yaponlara görə bayraq Yaponiya imperiya olanda demokratiyanın yox edildiyi zamanı simvolizə edir.[87]

Hinomarunun evlərdə və biznes müəssisələrində istifadəsi də cəmiyyət içində mübahisə mövzusudur. Hinomarunun uyoku dantay (sağçı) aktivistlər, irticaçılar və xuliqanlarla olan əlaqəsinə görə bəzi evlər və biznes müəssisələri bayrağı dalğalandırmaqdan imtina edirlər.[20] Bayrağı milli bayramlarda və ya xüsusi tədbirlərdə dalğalandırmaq məcburiyyəti yoxdur. İşikava prefekturasının Kanazava şəhəri 2012-ci ilin sentyabrında dövlət büdcəsi ilə bayraqlar alıb əhalini milli bayramlarda bayrağı dalğalandırmağa təşviq etmək barədə təklif etmişdir.[88] Yaponiya Kommunist Partiyası bayrağa tamamilə qarşıdır.

Hinomaruya qarşı neqativ münasibətlər Yaponiyanın keçmiş koloniyalarında, eləcə də, Yaponiyanın içində davam edir. Məsələn, Okinavada olduğu kimi. Buna misal kimi 26 oktyabr 1987-ci ildə Okinavada bir supermarket sahibinin Yaponiya Milli İdman Festivalından öncə Hinomarunu yandırmasını göstərmək olar.[89] Bayrağı yandıran Şoyçi Çibana Hinomarunu sadəcə Yaponiya ordusunun törətdiyi vəhşiliklərə və ABŞ ordusunun davam edən təzyiqlərinə qarşı olduğunu göstərmək üçün deyil, həmçinin ictimaiyyətdə nümayiş etdirilməsinin qarşısını almaq üçün yandırmışdı.[90] Okinavada bayraqla bağlı baş verən digər insidentlərə məktəb tədbirlərində bayrağın cırılması və şagirdlərin Kimiqayo sədaları altında bayrağa hörmət göstərməmələri aid edilə bilər.[21] Okinavanın paytaxtı Naha şəhərində bayraq Okinavanın Yaponiyaya qaytarılmasından sonra ilk dəfə 2001-ci ildə şəhərin 80 illiyi qeyd edilərkən dalğalandırılıb.[91] 1999-cu ildə bayrağın milli simvol kimi qəbul edilməsi keçmişdə Yaponiya imperiyasının əsarətində olmuş ÇinCənubi Koreya tərəfindən Yaponiyanın sağa meyil etməsi və onun yenidən hərbiləşməsi kimi qiymətləndirilmişdir. 1999-cu il qanununun qəbul edilməsi həm də Yasukuni məbədinin statusu haqqında da mübahisələrə səbəb olmuşdur. Yaponiyanın keçmişdə işğal etdiyi ölkələrdə 1999-cu il qanunu qarışıq reaksiyalar almışdır. Sinqapurda qoca nəsil bayrağa qarşı neqativ hislər bəsləməyə davam etsə də, cavan nəsil eyni baxış bucağına malik deyil və Yaponiya mədəniyyətini anime, manqaUniqlo şəklində qəbul etməyə davam edir. Filippin hökuməti isə 1999-cu il qanununun Yaponiyanın yenidən hərbiləşmək istədiyini göstərmədiyinə inanmış və Yaponiyanın hər bir dövlət kimi sadəcə öz simvollarını qəbul etmək istədiyini düşünmüşdür.[92] Yaponiyada Hinomarunu yandırmaq barədə cinayət məsuliyyəti yoxdur, lakin xarici dövlətlərin bayrağını yandırmaq olmaz.[93][94]

Protokol[redaktə | mənbəni redaktə et]

Yaponiyada matəm bayrağı.

Protokola görə bayraq günün doğmasından günün batmasına qədər dalğalandırıla bilər. Məktəblərə isə açılanandan bağlanana qədər bayrağı dalğalandırmaq icazə verilir.[95] Yaponiya bayrağı başqa ölkənin bayrağı ilə eyni anda dalğalananda Yaponiya bayrağı ləyaqət vəziyyəti alır və qonaq ölkənin bayrağı onun sağ istiqamətində dalğalanır. Hər iki bayraq eyni hündürlükdə və ölçüdə olmalıdır. Əgər xarici ölkə bayraqlarının sayı 1-dən çox olarsa, ona Yaponiya bayrağı BMT-nin müəyyənləşdirdiyi ölkələrin əlifba sırasına görə düzülüşünə görə həmin bayraqların arasına yerləşdirilir.[96] Bayraq istifadəyə yararsız olanda onu xüsusi şəkildə yandırırlar.[95] "Milli bayraq və Milli himn haqqında qanun"da bayraqdan istifadə haqqında göstərişlər verilməsə də, müxtəlif prefekturalar Hinomaru və prefektura bayraqlarından istifadə haqqında qaydalar müəyyənləşdiriblər.[97][98]

Matəm[redaktə | mənbəni redaktə et]

Hinomaru bayrağı matəmlər zamanı iki stildə dalğalandırıla bilər. Birincisi bir çox ölkələrdə olduğu kimi bayrağı yarıya kimi endirməkdir (半旗, Han-ki?). Xarici Əlaqələr Nazirliyinin rəsmiləri də hansısa xarici ölkənin dövlət başçısının dəfni zamanı bayrağı yarıya kimi endirirlər.[99]

Alternativ matəm stili isə bayraq dirəyinin ən ucuna qara rəngli sferik bəzək taxmaq və matəm bayrağı (弔旗, Chō-ki?) kimi tanınan qara lent yerləşdirməkdir. Bu stilin tarixi İmperator Meycinin vəfat etdiyi 30 iyul 1912-ci il tarixinə kimi uzanır[100] və Kabinet imperator vəfat edəndə bayrağın matəmdə qaldırılması barədə göstəriş qəbul etmişdir. Kabinet həmçinin milli bayrağın yarıya qədər endirilməsinin anonsunu etmək səlahiyyətinə malikdir.[101]

İctimai məktəblər[redaktə | mənbəni redaktə et]

Hokkaydo prefekturasında məzuniyyət tədbiri zamanı Yaponiya bayrağı və Hokkaydo bayrağı asılıb. Məktəb işçilərindən biri isə məktəbin öz bayrağı əlində tutub.

İkinci dünya müharibəsinin bitməsindən sonra Təhsil Nazirliyi onlara tabe olan məktəblərdə Hinomaru və Kimiqayonun istifadəsinə dəstək vermək üçün bildiriş və nizamlamalar buraxmışdır. Bu bildirişlərdən birincisi 1950-ci ildə buraxılmışdır və orada bildirilirdi ki, hər iki simvoldan istifadə etmək məqsədəuyğundur, lakin məcburi deyil. Daha sonra bu məqsəd hər iki simvolunun milli bayramlarda və tədbirlərdə istifadə edilməsinə daxil edilib tələbələrin milli bayramların nə olduğunu başa düşməsinə və təhsilin müdafiəsini təmin etməyə çevrilmişdir.[33] 1989-cu ildəki təhsil islahatları zamanı buraxılmış direktivdə LDP tərəfindən idarə olunan hökumət ilk dəfə məktəblərdə bayrağın istifadə olunmasını və hər iki simvola uyğun hörmət göstərilməsini tələb etmişdir.[102] Bu göstərişə əməl etməyən məktəb rəsmilərinə ilk dəfə 1989-cu ildə cəzalar verilməyə başlanmışdır.[33]

"Milli bayraq və Milli himn haqqındakı qanun"un qəbul edilməsindən sonra 1999-cu ildə Təhsil Nazirliyi tərəfindən buraxılmış kurrikulum direktivində "məktəblərdən daxilolma və məzuniyyət tədbirlərində Yaponiya bayrağını dalğalandırması və tələbələrə Kimiqayonu oxumaq barədə göstəriş verib bayrağın və himnin əhəmiyyətinə önəm verilməsi istənilirdi".[103] Bundan əlavə, nazirliyin 1999-cu ilin ibtidai məktəblər üçün hazırlanmış kurrikulum direktivinə etdiyi şərhdə qeyd olunmuşdur ki, "qloballaşmanı da nəzər almaqla, vətənpərvərliyi və yapon olmağın şüurluluğunu təbliğ etməklə birlikdə, məktəb uşaqlarını Yaponiya bayrağına və Kimiqayoya qarşı hörmətli şəkildə davranmalarını təmin etmək vacibdir, çünki onlar beynəlxalq cəmiyyətdə hörmətli Yaponiya vətəndaşları kimi böyüyürlər".[104] Nazirlik həmçinin bildirmişdir ki, əgər yapon şagirdlər öz simvollarına qarşı hörmət bəsləyə bilməsələr, başqa ölkələrin simvollarına qarşı da hörmət edə bilməyəcəklər.[105]

Məktəblər himn və bayraq üzərindəki mübahisələrin mərkəzi olmuşdur.[34] Tokio Təhsil Şurası ona tabe olan məktəblərdə tədbirlər zamanı himn və bayrağın istifadəsinə məcburi saymışdır. Göstəriş məktəb müəllimlərinin hər iki simvola hörmət etməsi istəmiş, əks halda işlərini itirmə riski ilə üz-üzə gələcəkləri ilə xəbərdarlıq etmişdir.[106] Bəziləri bu göstərişin Yaponiya konstitusiyası ilə ziddiyyət təşkil etdiyini bildirirək etiraz etmişdirlər, lakin Şura bildirmişdir ki, məktəblər hökumət agentlikləri olduğu üçün işçilərin şagirdlərə yaxşı Yaponiya vətəndaşı olmağın yollarını öyrətmək kimi məsuliyyətləri var.[13] Etirazların çoxalması ilə məktəblər Hinomarunu məzuniyyət tədbirlərindən göstərməkdən imtina etmiş və bəzi valideynlər bayrağı cırmışdırlar.[34] Müəllimlərin Tokio qubernatoru Şintaro İşiharaya və daha yüksək səlahiyyətli şəxslərə göstərişlə bağlı etdikləri şikayət uğursuz olmuşdur.[107] İlk qarşıdurmalardan sonra Yaponiya Müəllimlər Birliyi bayraq və himndən istifadə etməyə razı olmuşdur. Daha kiçik təşkilat olan Yaponiya Müəllimlər və Heyət Birliyi isə hələ də hər iki simvolun təhsil sistemində istifadə edilməsinə qarşıdır.[108]

Əlaqəli bayraqlar[redaktə | mənbəni redaktə et]

Hərbi bayraqlar[redaktə | mənbəni redaktə et]

Yaponiya Özünümüdafiə Qüvvələri (YÖMQ) və Yaponiya Quru Özünümüdafiə Qüvvələri Haçico-Kyokucitsuki (八条旭日旗?) adlanan və günəş diskindən ayrılan 8 qırmızı şüadan ibarət bayraqdan istifadə edir. Bayrağın sərhədləri qismən qızılı rəngdədir.[109]

Günəş diskinin yaxşı tanınan dizaynı Simens ulduzu şəklində olan 16 qırmızı şüalı günəş diskidir. Bu dizayn Yaponiyada tarixən, xüsusilə, Yaponiya İmperator ordusuYaponiya İmperiya donanması tərəfindən istifadə olunub. Yapon dilində Cyuokuco-Kyokucitsu-ki (十六条旭日旗?) adlanan bu bayraq ilk dəfə 15 may 1870-ci ildə qəbul edilib bə 1945-ci ildə İkinci dünya müharibəsinin başa çatmasına qədər istifadə olunub. Bayraq 30 iyun 1954-cü ildə yenidən qəbul olunub və hazırda Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (YQÖMQ) müharibə bayrağı və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (YDÖMQ) donanma bayrağı kimi istifadə olunur.[109] YÖMQ heyət şefi Katsutoşi Kavano bildirmişdi ki, Doğan günəş bayrağı Dəniz Özünümüdafiə Qüvvələri dənizçilərinin "gürurudur".[110] Yaponiya İmperator Ordusu tərəfindən istifadə olunduğuna görə bayraq Çin və Koreyada mənfi şöhrətə malikdir.[111] Onlar tez-tez bayrağı İkinci dünya müharibəsindəki Yaponiya imperializmi ilə əlaqələndirirlər. YDÖMQ dor bayraqcığından da istifadə edir. İlk dəfə 1914-cü ildə, ikinci dəfə 1965-ci ildə qəbul edilmişdir və donanma bayrağının sadələşdirilmiş versiyasına malikdir. Bayraqcığın nisbi ölçüləri 1:40 ilə 1:90 arasındadır.[112]

Yaponiya Hava Özünümüdafiə Qüvvələri (YHÖMQ) müstəqil şəkildə 1952-ci ildə təşkil olunmuşdur və emblemində təkcə günəş diski var.[113] Bu ordunun yeganə qoludur ki, emblemində qırmızı şüalar yoxdur. Lakin qolun bazalarında və paradlarında istifadə etdiyi bayrağı var. Bayraq 1972-ci ildə yaradılmış və YHÖMQ-nin yaradılmasından sonra istifadə olunan üçüncü bayraqdır. Bayraq göy fonun mərkəzində yerləşən emblemdən ibarətdir.[114]

Rəsmi şəkildə qəbul olunmamasına baxmayaraq Z siqnal bayrağı Yaponiya dənizçilik tarixində vacib rol oynamışdır. 27 may 1905-ci ildə Mikasa gəmisinin admiralı Heyhaçiro Toqo Rusiya Baltika Donanması ilə döyüşə hazırlaşırdı. Tsuşima döyüşündən öncə Toqo Z bayrağını gəmidə dalğalandırmış və daha sonra döyüşdə ruslara qalib gəlmişdir. Bu bayrağın dalğalandırılması gəmi heyətinə bu mesajı verirdi: "Yaponiya imperiyasının taleyi bu döyüşdən asılıdır; hər kəs işini görəcək və ən yaxşısını edəcək". Z siqnal bayrağı həmçinin 1941-ci ilin dekabrında Yaponiyanın Pörl-Harbora etdiyi hücum ərəfəsində təyyarə daşıyan gəmi Akagi-də də dalğalandırılmışdı.[115]

İmperiya bayraqları[redaktə | mənbəni redaktə et]

İmperator bayrağı.

1870-ci ildən başlayaraq Yaponiya imperatoru (o dövrdə İmperator Meyci), imperatriçası və imperiya ailəsinin digər üzvləri üçün bayraqlar yaradılırdı.[116] Əvvəlcə imperatorun bayrağı çox bəzəkli idi, incəsənət ornamentinin ortasında günəş yerləşirdi. Onun qurudu, dənizdə və qoşquda olduğu zamanlar üçün ayrıca bayraqları var idi. İmperiya ailəsi də dənizdə və quruda (biri piyada, biri qoşquda gedəndə) istifadə edilməsi üçün bayraqlarla təchiz olunmuşdu. Qoşqu bayraqları təkrəngli fonun ortasında yerləşdirilmiş 16 ləçəkli təkrəngli payızgülüdən ibarətdir.[63] 1889-cu ildə İmperator Meyci bu köhnə bayraqları ləğv edib qırmızı fonda yerləşən payızgülü təsvirindən ibarət bayraqdan istifadə etməyə başlamışdır. Rəngin tonlarında və bayrağın ölçülərində edilən kiçik dəyişikliklərlə birlikdə 1889-cu il bayrağı hələ də imperiya bayrağı kimi istifadə olunur.[117][118]

Hazırda imperatorun bayrağı qırmızı fonun ortasında yerləşən 16 ləçəkli və qızıl rəngli payızgülü təsvirindən ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3 şəklindədir. İmperatriça da eyni bayraqdan istifadə edir, lakin bayrağın forması haçaquyruq şəklindədir. Vəliəhd şahzadələrin də bayraqları eynidir, lakin payızgülü təsviri daha kiçikdir və bayraqların ortasında ağ sərhəd var.[119] Payızgülü imperiya taxt-tacı ilə ilk dəfə XII əsrdə İmperator Qo-Tobanın dövründə əlaqələndirilməyə başlamışdır, lakin 1868-ci ilə kimi imperiya taxt-tacının yeganə simvolu kimi qəbul olunmamışdır.[116]

Yarımilli bayraqlar[redaktə | mənbəni redaktə et]

Milli bayraq Okinava prefekturasının bayrağı və Urasoe şəhərinin bayrağı ilə birlikdə dalğalanır.

Yaponiyanın 47 prefekturasının hər birinin milli bayraq kimi öz bayrağı var. Bu bayraqlar təkrəngli fonun (təkcə Ehime prefekturasının bayrağının arxafonu ikirənglidir) üzərində təsvir olunmuş mon adlı simvoldan ibarətdir.[120] Hiroşima kimi bəzi prefekturaların bayraqları milli bayrağın xüsusiyyətlərini daşıyır (2:3 ölçü, mon simvolunun bayrağın uzunluğunun 3/5-lük hissəsində mərkəzdə olması).[121] Bəzi monlar prefekturanın adını yapon işarələri ilə yazılışı təcəssüm etdirir; digərləri isə prefekturanın yerinin və ya digər xüsusiyyətini özündə əks etdirir. Məsələn,Naqano prefekturasının bayrağında ağ diskin içərisində narıncı rəngli ナ (na) katakana simvolu təsvir olunub. Monun digər açıqlaması isə onun dağları, ağ diskin isə gölü simvolizə edir. Narıncı rəng günəşi, ağ rəng isə regionun qarını təmsil edir.[122]

Bələdiyyələr də öz bayraqlarını qəbul edə bilər. Bələdiyyə bayraqlarının dizaynı da prefektura bayraqlarında olduğu kimidir: təkrəngli fonda yerləşən mon. Məsələn, Kumamoto prefekturasındakı Amakusa şəhərinin bayrağındakı mon ア (a) katakana simvolundan və onu əhatə edən dalğalardan ibarətdir.[123] Bu mon ağ fonun mərkəzində yerləşir, enin uzunluğa nisbəti isə 2:3 şəklindədir.[124] Bayraq və emblem 2006-cı ildə qəbul edilmişdir.[124]

Törəmə bayraqlar[redaktə | mənbəni redaktə et]

Japan Post-un keçmiş bayrağı (1872–1887).

Hərbi bayraqlarla yanaşı bir neçə başqa bayraq da milli bayrağın dizaynı əsasında yaradılıb. Keçmiş Japan Post bayrağı Hinomarunun ortasında keçən qırmızı rəngli horizontal xəttdən ibarətdir. Qırmızı günəşin ətrafında isə nazik ağ halqa var. Bu bayraq daha sonra ağ fonda yerləşən qırmızı rəngli 〒 poçt işarəsindən ibarət yeni bayraqla əvəz olunmuşdur.[125]

Son illərdə qəbul olunmuş iki milli bayraq Yaponiya bayrağını xatırladır. 1971-ci ildə Banqladeş Pakistandan müstəqilliyini əldə edəndə yaşıl fonun üzərində mərkəzdən bir az qıraqda yerləşdirilmiş qırmızı diskdən ibarət bayraq qəbul etmişdir.[126] Qırmızı diskin içərisində isə Banqladeşin qızıl rəngli xəritəsi var idi. 1972-ci ildə xəritə bayraqdan çıxarılmış və o vaxtdan həmin versiya istifadə olunur. Banqladeş hökuməti rəsmi şəkildə qırmızı diski dairə adlandırır; qırmızı rəng ölkəni qurmaq üçün ölənlərin qanlarını simvolizə edir.[127] Ada ölkəsi olan Palau da bənzər dizayndan istifadə edir, lakin rənglər tamamilə fərqlidir. Palau hökuməti bayrağın Yaponiya bayrağının təsiri altında yaradıldığını bəyan etməsə də, Yaponiya 1914-cü ildən 1944-cü ilə kimi adanı idarə etmişdir.[128] Palau bayrağı göy fonun üzərində mərkəzdən bir az qıraqda yerləşən sarı-qızılı bütöv aydan ibarətdir.[129] Bütöv ay sülhü və gənc dövləri, göy fon isə Palaunun 1981–1994-cü illərdə müstəqilliyə keçid dövrünü simvolizə edir.[130]

Yaponiya donanma bayrağı başqa bayraqlara da ilham vermişdir. Buna misal kimi Asahi Şimbun tərəfindən istifadə olunan bayrağı göstərmək olar. Bayrağın aşağı küncündə günəşin dördə birlik hissəsi görünür. Ağ rəngli 朝 kanci işarəsi günəşin böyük hissəsini tutur. Günəşdən çıxan 13 ədəd ağ və qırmızı şüalar bir-birini əvəz edir.[131][132] Bu bayraq çox vaxt Asahi Şimbun-un sponsorluq etdiyi Liseylər arası Milli Beyzbol Çempionatının yarışlarında görünür.[133] Rütbə bayraqları da donanma bayrağı əsasında yaradılmışdır.[134]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 国旗及び国歌に関する法律
  2. 2,0 2,1 Consulate-General of Japan in San Francisco. Basic / General Information on Japan; 2008-01-01 [archived 2012-12-11; Retrieved 2009-11-19].
  3. Yamanashi Tourism Organization. 日の丸の御旗 [archived 2019-03-29; Retrieved 2011-07-17]. (yap.)
  4. Unpoji. 宝物殿の案内 [archived 2011-11-04; Retrieved 2011-07-17]. (yap.)
  5. Little-Known Wars of Great and Lasting Impact: The Turning Points in Our History We Should Know More About. Fair Winds; 2009. ISBN 1-59233-375-3. p. 54.
  6. 6,0 6,1 6,2 Web Japan. Japanese Ministry of Foreign Affairs. National Flag and Anthem [PDF]; 2000 [archived 2010-06-15; Retrieved 2009-12-11].
  7. Dyer, 1909. səh. 24
  8. Edgington, 2003. səh. 123–124
  9. 9,0 9,1 Itoh, 2003. səh. 205
  10. Feldman, 2004. səh. 151–155
  11. Ashkenazi, 2003. səh. 112–113
  12. Hall, 1996. səh. 110
  13. 13,0 13,1 13,2 Hongo, Jun. Hinomaru, 'Kimigayo' express conflicts both past and future. The Japan Times. 2007-07-17 [archived 2012-07-18; Retrieved 2008-01-11].
  14. Turnbull, 2001
  15. Goodman, Neary, 1996. səh. 77–78
  16. National Diet Library. レファレンス事例詳細 [Reference Case Details]; 2009-07-02 [archived 2012-06-23; Retrieved 2009-11-20].  (yap.).
  17. Feiler, 2004. səh. 214
  18. 18,0 18,1 Ohnuki-Tierney, 2002. səh. 68–69
  19. Rohl, 2005. səh. 20
  20. 20,0 20,1 20,2 20,3 20,4 20,5 Befu, 1992. səh. 32–33
  21. 21,0 21,1 21,2 Befu, 2001. səh. 92–95
  22. Nornes, 2003. səh. 81
  23. Cwiertka, 2007. səh. 117–119
  24. Tipton, 2002. səh. 137
  25. Newell, 1982. səh. 28
  26. The Camera Overseas: The Japanese People Voted Against Frontier Friction. TIME. 1937-06-21 [archived 2011-12-14; Retrieved 2010-01-19]:75.
  27. National Historical Institute. The Controversial Philippine National Flag [PDF]; 2008 [archived 2009-06-01; Retrieved 2010-01-19].
  28. Taylor, 2004. səh. 321
  29. Goodman, Neary, 1996. səh. 102
  30. Ebrey, 2004. səh. 443
  31. Hauser, Ernest. Son of Heaven. LIFE. 1940-06-10 [archived 2011-12-14; Retrieved 2010-01-17]:79.
  32. 32,0 32,1 Ministry of Education. 国旗,国歌の由来等 [Origin of the National Flag and Anthem]; 1999-09-01 [archived 2008-01-10; Retrieved 2007-12-01].  (yap.).
  33. 33,0 33,1 33,2 33,3 33,4 Goodman, Neary, 1996. səh. 81–83
  34. 34,0 34,1 34,2 Weisman, Steven R. For Japanese, Flag and Anthem Sometimes Divide. The New York Times. 1990-04-29 [archived 2013-05-24; Retrieved 2010-01-02].
  35. Hardarce, Helen; Adam L. Kern. New Directions in the Study of Meiji Japan. Brill; 1997. ISBN 90-04-10735-5. p. 653. "Arxivlənmiş surət". Archived from the original on 2016-04-29. İstifadə tarixi: 2018-10-07.
  36. 吉田 藤人. 邦人船員消滅 [Kunihito crew extinguished] [archived 2012-12-09; Retrieved 2007-12-02].  (yap.).
  37. University of Leicester. The Journal of Transport History. Manchester, United Kingdom: University of Leicester; 1987. p. 41. "Arxivlənmiş surət". Archived from the original on 2016-05-07. İstifadə tarixi: 2018-10-07.
  38. Carr, Hulme, 1956. səh. 200
  39. Yoshida, Shigeru. National Diet Library. Letter from Shigeru Yoshida to General MacArthur dated May 2, 1947; 1947-05-02 [archived 2008-12-08; Retrieved 2007-12-03].  (yap.), English.
  40. MacArthur, Douglas. National Archives of Japan. Letter from Douglas MacArthur to Prime Minister dated May 2, 1947; 1947-05-02 [archived 2011-06-11; Retrieved 2009-12-10].
  41. Meyer, 2009. səh. 266
  42. Large, 1992. səh. 184
  43. Yamazumi, 1988. səh. 76
  44. Fukiura, Tadamasa. ブラックマヨネーズ (TV). Japan: New Star Creation. 2009.
  45. 45,0 45,1 Borneman, 2003. səh. 112
  46. Chira, Susan. Hirohito, 124th Emperor of Japan, Is Dead at 87. The New York Times. 1989-01-07 [archived 2010-01-07; Retrieved 2010-01-30].
  47. Kataoka, 1991. səh. 149
  48. Aspinall, 2001. səh. 126
  49. Vote in Japan Backs Flag and Ode as Symbols. The New York Times. 1999-07-23 [archived 2013-06-01; Retrieved 2010-10-13].
  50. Williams, 2006. səh. 91
  51. 51,0 51,1 51,2 Itoh, 2003. səh. 209–210
  52. Goodman, Neary, 1996. səh. 82–83
  53. Education: Tanaka v. the Teachers. Time. 1974-06-17 [archived 2013-07-08; Retrieved 2010-10-13].
  54. Okano, 1999. səh. 237
  55. Democratic Party of Japan. 国旗国歌法制化についての民主党の考え方 [The DPJ Asks For A Talk About the Flag and Anthem Law]; 1999-07-21 [archived 2013-07-08; Retrieved 2010-01-17].  (yap.).
  56. Contemporary Japanese Thought. Columbia University Press; 2005 [Retrieved 2010-10-14]. ISBN 978-0-231-13620-4. p. 211.
  57. Democratic Party of Japan. 国旗・国歌法案、衆院で可決 民主党は自主投票 [Flag and Anthem Law Passed by the House, DPJ Free Vote]; 1999-07-22 [archived 2013-10-19; Retrieved 2010-01-18].  (yap.).
  58. National Diet Library. 第145回国会 本会議 第47号; 1999-07-22 [archived 2012-07-14; Retrieved 2010-01-17].  (yap.).
  59. House of Representatives. 議案審議経過情報: 国旗及び国歌に関する法律案; 1999-08-13 [archived March 23, 2011; Retrieved 2010-01-17].  (yap.).
  60. 【日本の議論】日の丸裁断による民主党旗問題 国旗の侮辱行為への罰則は是か非か [(Japan) Discussion of penalties of acts of contempt against the Hinomaru by the DPJ]. Sankei Shimbun. 2009-08-30 [archived 2009-09-02; Retrieved 2009-09-06].  (yap.). Sankei Digital.
  61. 明治3年太政官布告第57号
  62. Takenaka, 2003. səh. 68–69
  63. 63,0 63,1 明治3年太政官布告第651号
  64. Takenaka, 2003. səh. 66
  65. Cabinet Office, Government of Japan. National Flag & National Anthem; 2006 [archived 2009-05-22; Retrieved 2010-01-02].
  66. 66,0 66,1 66,2 66,3 66,4 Ministry of Defense. Defense Specification Z 8701C (DSPZ8701C) [PDF]; 1973-11-27 [archived 2019-06-17; Retrieved 2009-07-09].  (yap.).
  67. 67,0 67,1 67,2 Office of Developmental Assistance. 日章旗のマーク、ODAシンボルマーク [National flag mark, ODA Symbol] [PDF]; 1995-09-01 [archived 2011-09-28; Retrieved 2009-09-06].  (yap.).
  68. National Diet Library. 第145回国会 国旗及び国歌に関する特別委員会 第4号 [145th Meeting of the Diet, Discussion about the bill Law Regarding the National Flag and National Anthem]; 1999-08-02 [archived 2011-08-19; Retrieved 2010-02-01].  (yap.).
  69. 69,0 69,1 69,2 69,3 69,4 69,5 Hexadecimal obtained by placing the colors in Feelimage Analyzer Arxivləşdirilib 2010-01-25 at the Wayback Machine
  70. DIC Corporation. DICカラーガイド情報検索 (ver 1.4) [DIC Color Guide Information Retrieval (version 1.4)] [Retrieved 2009-09-15].  (yap.).[daimi ölü keçid]
  71. 71,0 71,1 71,2 Find a PANTONE color. Pantone LLC. Pantone Color Picker [archived 2015-09-10; Retrieved 2009-12-09].
  72. 72,0 72,1 du Payrat A. Album des pavillons nationaux et des marques distinctive. France: Service Hydrographique et Océanographique de la Marine. 2000. JA 2.1. ISBN 2-11-088247-6.
  73. Flag Manual. Beijing, China: Beijing Organizing Committee for the Games of the XXIX Olympiad – Protocol Division. 2008. B5.
  74. Flag and Anthems Manual (SPP Final Version). London, UK: The London Organising Committee of the Olympic Games and Paralympic Games Ltd. 2012. 58.
  75. City of Himeji, Hyogo Prefecture. 開催中の平和資料館収蔵品展から「日の丸寄せ書き」について [Museum collections from the exhibition "Group flag efforts" being held for peace] [archived 2011-08-13; Retrieved 2009-09-25].  (yap.).
  76. 76,0 76,1 Smith, 1975. səh. 171
  77. McBain, Roger. Going back home. Courier & Press. 2005-07-09 [archived 2016-03-03; Retrieved 2009-09-25].
  78. Takenaka, 2003. səh. 101
  79. "Hachimaki – Japanese Headbands – DuncanSensei Japanese". DuncanSensei Japanese (ingilis). 2016-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-19.
  80. Cutler, 2001. səh. 271
  81. Web Japan. Ministry of Foreign Affairs. 国旗と国歌 [National Flag and Anthem] [PDF] [archived 2019-03-23; Retrieved 2009-12-11].  (yap.).
  82. Yoshida, Shigeru. House of Councillors. 答弁書第九号; 1954-04-27 [archived 2019-07-22; Retrieved 2010-02-01].  (yap.).
  83. 47news. JR九州、日の丸を掲揚へ 有人330駅、祝日に [JR Kyushu 330 manned stations to hoist the national flag]; 2002-11-26 [archived 2008-12-08].  (yap.).
  84. "Ministry of Foreign Affairs of Japan". 2013-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  85. Asahi Research. TV Asahi. 国旗・国歌法制化について [About the Law of the Flag and Anthem]; 1999-07-18 [archived 2008-05-23; Retrieved 2008-03-11].  (yap.).
  86. Hoso Bunka Foundation. テレビニュースの多様化により、異なる番組の固定視聴者間に生じる意見の差 [Diversity of television news, viewers differences of opinion arise between different programs] [PDF]; 2002 [archived 2012-03-01; Retrieved 2018-12-09].  (yap.).
  87. Khan, 1998. səh. 190
  88. "Arxivlənmiş surət". 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.
  89. Wundunn, Sheryl. Yomitan Journal: A Pacifist Landlord Makes War on Okinawa Bases. The New York Times. 1995-11-11 [archived 2008-12-10; Retrieved 2008-03-11].
  90. Smits, Gregory. Penn State University. Okinawa in Postwar Japanese Politics and the Economy; 2000 [archived 2013-05-30; Retrieved 2008-10-28].
  91. http://www.japantimes.co.jp/text/nn20010521a3.html
  92. Japan's Neo-Nationalism: The Role of the Hinomaru and Kimigayo Legislation. JPRI working paper. 2001-07 [archived 2018-10-02; Retrieved 2010-04-17];79:16.
  93. Lauterpacht, 2002. səh. 599
  94. Inoguchi, Jain, 2000. səh. 228
  95. 95,0 95,1 Sargo Flag Company. Flag Protocol [archived 2019-11-25; Retrieved 2008-01-15].  (yap.).
  96. Ministry of Foreign Affairs. プロトコール [Protocol] [PDF]; 2009-02 [archived 2018-08-08; Retrieved 2010-01-13].  (yap.).
  97. 国旗及び国歌の取扱いについて
  98. 国旗及び県旗の取扱いについて
  99. Ministry of Foreign Affairs. Page 1 「グローカル通信」平成21年5月号 プロトコール講座 [Protocol Question and Answer (May 2009)] [PDF]; 2009-05 [archived 2020-02-27; Retrieved 2010-01-20].  (yap.).
  100. 大正元年閣令第一号
  101. Office of the Cabinet. National Diet Library. 全国戦没者追悼式の実施に関する件; 1963-05-14 [archived 2005-03-10; Retrieved 2010-01-26].  (yap.).
  102. Trevor, 2001. səh. 78
  103. Hiroshima Prefectural Board of Education Secretariat. 学習指導要領における国旗及び国歌の取扱い [Handling of the flag and anthem in the National Curriculum]; 2001-09-11 [archived 2011-07-22; Retrieved 2009-12-08].  (yap.).
  104. Ministry of Education. 小学校学習指導要領解説社会編,音楽編,特別活動編 [National Curriculum Guide: Elementary social notes, Chapter music Chapter Special Activities]; 1999 [archived 2006-03-19].  (yap.).
  105. Aspinall, 2001. səh. 125
  106. McCurry, Justin. A touchy subject. Guardian Unlimited. 2006-06-05 [archived 2012-10-29; Retrieved 2008-01-14]. The Guardian.
  107. The Japan Times. Ishihara's Hinomaru order called legit; 2006-01-05 [archived 2011-06-06; Retrieved 2007-12-04].
  108. Heenan, 1998. səh. 206
  109. 109,0 109,1 自衛隊法施行令
  110. "Japan to skip S. Korea fleet event over 'rising sun' flag". The Asahi Shimbun (ingilis). October 6, 2018. 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2018.
  111. 国际, 在线. 赵薇欲代言抗日网游洗刷"军旗装事件"之辱(图) [Zhao Wei wishes to endorse the anti-Japanese gaming scrubbing]. Xinhua. 2006-08-11 [archived 2008-07-07; Retrieved 2008-01-25]. Chinese.
  112. 海上自衛隊旗章規則
  113. 〇海上自衛隊の使用する航空機の分類等及び塗粧標準等に 関する達
  114. 自衛隊の旗に関する訓令
  115. Carpenter, 2004. səh. 124
  116. 116,0 116,1 Fujitani, 1996. səh. 48–49
  117. Matoba, 1901. səh. 180–181
  118. Takahashi, 1903. səh. 180–181
  119. 皇室儀制令 [Imperial System] [archived 2008-12-08; Retrieved 2007-12-02].  (yap.).
  120. Government of Ehime Prefecture. 愛媛県のシンボル [Symbols of Ehime Prefecture]; 2009 [archived 2008-01-09; Retrieved 2010-01-03].  (yap.).
  121. 広島県県章および県旗の制定
  122. Government of Nagano Prefecture. 長野県の県章 – 県旗 [Flag and Emblem of Nagano Prefecture]; 2006 [archived 2007-09-18; Retrieved 2007-12-02].  (yap.).
  123. 天草市章
  124. 124,0 124,1 天草市旗
  125. Communications Museum "Tei Park". 郵便のマーク [archived 2013-01-02; Retrieved 2010-02-06].  (yap.).
  126. Prime Minister's Office, People's Republic of Bangladesh. People's Republic of Bangladesh Flag Rules (1972) [PDF]; 2005-07 [archived 2010-07-14; Retrieved 2010-01-13].
  127. Embassy of Bangladesh in the Netherlands. Facts and Figures [archived 2011-07-24; Retrieved 2010-01-13].
  128. Van Fossen, Anthony B.; Centre for the Study of Australia-Asia Relations, Faculty of Asian and International Studies, Griffith University. The International Political Economy of Pacific Islands Flags of Convenience. Australia-Asia. [archived 2011-12-14; Retrieved 2009-12-30];66(69):53.
  129. Republic of Palau National Government. Palau Flag; 2008-07-18 [archived 2009-11-13; Retrieved 2010-01-13].
  130. Smith, 2001. səh. 73
  131. Saito, 1987. səh. 53
  132. Tazagi, 2004. səh. 11
  133. Mangan, 2000. səh. 213
  134. Gordon, 1915. səh. 217–218

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

Qanunvericilik[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Yaponca[redaktə | mənbəni redaktə et]